2 nəfər bıçaqlandı - GƏNCƏDƏ

Gəncə şəhərində iki nəfər bıçaqlanıb.
Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunurlar.
Hadisənin şəxsi mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.