Universitet tələbəsi müəmmalı şəkildə ölüb - FOTO
26-09-2017 05:59

O, paytaxta rayondan yenicə qayıdıbmış
Bakıda universitet tələbəsi müəmmalı şəkildə dünyasını dəyişib.
Xaçmaz rayon Susayqışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədova Minarə Bakıda kirayə qaldığı evdə dünyasını dəyişib.
M.Məmmədova rayondan Bakıda qaldığı evə qayıdaraq ərzaqları yerləşdirən zaman keçinib. Yaxınlarının verdiyi məlumata görə, qadının ürəktutmasından ölməsi ehtimal olunur.
O, Azərbaycan Texniki Universitetinin Radiotexnika və Rabitə fakültəsinin 3 kurs tələbəsi olub./report