Türkiyə “Kürdüstan"la sərhədləri bağladı

Bərzaninin referendumunda səs vermə prosesi davam edərkən son dəqiqə xəbəri gəldi.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali İraqla sərhəd olan Habur Sərhəd Qapısı tək tərəfli olaraq bağlanılıb. Sadəcə Türkiyədən Şimali İraqa keçidə icazə verilir. Bu isə o anlama gəlir ki, artıq bu gündən “Kürdüstan” bölgəsi ilə bütün ticarət əlaqələri dayandırılır.
Xatırladaq ki, Bərzani dünyadan gələn xəbərdarlıqlara baxmayaraq Şimali İraqdakı müstəqillik referendumunun bu gün keçiriləcəyini açıqlayarkən, "Ümid edirəm Ki, Türkiyə sərhədi bağlamaz" - demişdi.
Müxalifət.az