Ev dustağı edilən şəxs elektron nəzarətdə olacaq - Yeni cəza növü

Xəbər verdiyimiz kimi, Azərbaycanda “azadlığın məhdudlaşdırılması” adlı yeni cəza növü yaradılır.
 
Milli Məclisdən verilən məlumata görə, bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan cəza növüdür.
Belə ki, şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı xüsusi elektron nəzarət vasitələrindən istifadə ediləcək.
 Bununla da məhkumun yerini dəyişməyi və harada olmağı barədə sistemə məlumat daxil olacaq./modern.az