Türkiyə, İran və İraqdan birgə referendum bəyanatı

Türkiyə, İran və İraq Xarici İşlər Nazirləri Şimali İraqda 25 Sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu ilə bağlı birgə bəyanat yaydı
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Nyu-york şəhərində bir araya gələn Türkiyə, İran və İraq Xarici İşlər Nazirləri Şimali İraqda 25 Sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumunu müzakirə ediblər.
 Xarici işlər Naziri Mövlud Çavuşoğlu, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif və İraq Xarici İşlər Naziri İbrahim Cəfəri arasında keçirilən üçtərəfli görüşün ardından Şimali İraqdakı referenduma dair birgə bəyanat dərc olunub.
 İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, birgə bəyanatda bildirilir ki, referendumun Kürd xalqı və Şimali İraq rəhbərliyinə heç bir  xeyir gətirməyəcək. Ona görə də Şimali İraq rəhbərliyindən referendum qərarından imtina etməsi tələb olunur.
 Bəyanatda, Şimali İraqdakı referendumun İraq konstitusiyasına zidd olduğu, bunun bölgədə nəzarəti çətinləşdirəcəyi və yeni qarşıdurmaların fitilini alovlandıracağı bildirilir.
 İclasda, üç ölkənin referenduma qarşı koordinasiyalı tədbirlərin alınması zəruriliyi üzərində anlaşma əldə etdikləri qeyd olunub.
Müxalifət.az