Axtarış
The search found 105783 results in 0.092 seconds.
Search results
Azərbaycan Prezidenti Malta dövlət başçısını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli xanım Prezident,
Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.Muxalifet2 - 20-09-2017
Erməni deputatlar sabah Bakıya gəlir
Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan sabah Bakıya gəlmək niyyətindədirlər.
Bu barədə Armen Aşotyan "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində “Şərq tərəfdaşlığı” Proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.
Məlumata görə, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən bu tədbirdə iştirak etmək üçün dəvət alıb.Muxalifet - 20-09-2017
XİN ABŞ konqresmenlərinin Qarabağa səfərini araşdırır
"ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
Araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq".
Bunu Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, özünü ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər.
Muxalifet - 20-09-2017
Masallıda yol kənarında kişi meyiti tapılıb
Masallı rayonunda, yol kənarında naməlum kişi meyiti tapılıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 20-09-2017
Bakı metrosunda 9 yeni stansiya tikiləcək
“Bakı metropoliteni” QSC metronun “yaşıl” xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.
Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.
Onun sözlərinə görə, yeni stansiyalar üçün ərazi artıq ayrılıb: “Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”.Muxalifet - 20-09-2017
Vəkilin işinə Rəyasət Heyəti baxacaq
Vəkillər Kollegiyasının İntizam Komissiyası vəkil Yalçın İmanovla bağlı rəy verib. Rəy vəkilin cəzalandırılmasını istəyən Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədovun şikayət məktubu və İmanovun özünün izahatı, təqdim etdiyi sənədlər əsasında verilib.
Muxalifet - 20-09-2017
Kürdəmirdə Müsavatın və KXCP-nin təmsilçiləri polisə çağırıldı
Bu gün Müsavat Partiyası və KXCP-nin Kürdəmir rayon təşkilatlarının təmsilçiləri polisə çağırılıb.
Bu haqda “Basta”ya Müsavatın Kürdəmir təşkilatının lideri Baha Mikayılov məlumat verib.
“Bu gün səhər məni və KXCP-nin yerli təşkilatının sədri Əliyusif Məlikovu polisə çağırdılar. Orada rayon polis şöbəsinin rəis müavini mitinqlə bağlı suallar verdi. Bildirdim ki, mitinqə gedib-getməmək hər kəsin hüququdur. Mitinqlərin qarşısını almaq yox, etirazları dinləmək lazım”, – Baha Mikayılov bildirib.Muxalifet - 20-09-2017
AŞPA-da Azərbaycana aid 2 tənqidi HESABAT
Oktyabrda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana aid iki tənqidi hesabatın müzakirəsi keçiriləcək.
Azərbaycanın AŞPA üzvlərinə rüşvət verərək onların səslərini və dəstəyini satın alması iddiaları təşkilatda dərin gərginlik və ciddi reaksiyaya səbəb olub və yaranan narahatlıq Azərbaycan ətrafında bütün müzakirələrə öz təsirini göstərib.
Azərbaycan Avropa Şurasına (AŞ) 2001-ci ilin yanvar ayında üzv olduqdan bəri qurumun parlament assambleyasında (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) iştirak etməkdədir.Muxalifet - 20-09-2017
Poroşenko Nyu-Yorkda Ərdoğanla görüşdü - FOTO
Sentyabrın 20-də Nyu-Yorkda Ukrayna prezidenti Petro Poroşenko və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Bu barədə Ukrayna prezidentinin mətbuat katibliyinin açıqlamasında bildirilir.
Söhbət zamanı tərəflər Kiyevdə keçiriləcək Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 6-cı toplantısına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məlumata görə, Türkiyə prezidenti bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.Muxalifet3 - 21-09-2017
İlham Əliyevin ABŞ-a səfəri başa çatdı
Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nyu-Yorkda BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak ediblər.Muxalifet3 - 21-09-2017
Zəlzələdə ölənlərin sayı 230-a çatdı - MEKSİKADA
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 230 nəfərə çatıb.
“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin Milli Koordinatoru Luis Felipe Puente özünün “Tvitter”ində yazıb.
“Paytaxt Mexikoda ölənlərin sayı 100-ə çatıb. Təbii fəlakət qurbanların ümumi sayı 230 nəfərdir”, Peunte qeyd edib.
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Son iki sutka ərzində ölkə ərazisində 10-dan çox yeraltı təkan qeydə alınıb. Təbii fəlakət nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.Muxalifet3 - 21-09-2017
Əri tərəfindən döyülən qadın xəstəxanalıq oldu – GƏNCƏDƏ
Gəncə sakini döyülüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1962-ci il təvəllüdlü Nəsirova Xəzangül Ələddin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə qadın ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet3 - 21-09-2017
"İran Yaxın Şərqdə sabitliyə təhdid törədir" – TİLLERSON
İran nüvə proqramına dair "altılıq" ölkələri ilə razılaşma imzalamasına baxmayaraq Yaxın Şərqdə sabitliyə təhdid olaraq qalıb.
“RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
"Təəssüflər olsun ki, İranla razılaşma imzalanandan sonra biz sabit və sülh içində olan regiondan başqa hər şey gördük", - deyə o bildirib.
Dövlət katibinin qənaətincə, razılaşmanın nəticələrinin gözləntiləri regiona sülh və sabitlik gətirməlidir.Muxalifet3 - 21-09-2017
Bakıda yaşlı kişiyə 3 bıçaq zərbəsi vuruldu – NAMƏLUM ŞƏXS TƏRƏFİNDƏN
Bakıda ahıl kişi boğazından bıçaqlanıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Şərifzadə küçəsi 365, ev 10 ünvanında 1947-ci il təvəllüdlü Musazadə Məmmədhüseyn Yusif oğlu tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb. Ona boğaz nahiyəsinə bir, bədəninə isə iki bıçaq zərbəsi vurulub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Siraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır(report).Muxalifet3 - 21-09-2017
28 yaşlı gənc yüksək dozada narkotikdən öldü
Natiq İsmayılovun ölümü araşdırılır
Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc oğlan ölüb.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
A. Şərifzadə küçəsində yaşayan 1989-cu il təvəllüdlü İsmayılov Natiq Eynulla oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./reportMuxalifet - 21-09-2017
KXDR-in XİN başçısı Trampı təhqir etdi
Koreya dilində it yuxusu absurd və cəfəngiyat anlamı verir
Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların KXDR-i məhv etməyə hazır olması barədə hədələrini it hürüşünə bənzədib.
Nazir "əgər o hesab edirsə ki, bizi it hürüşü ilə qorxuda bilər, onda bu, it yuxusudur", - deyə bildirib.
O, bununla "it hürər, karvan keçər" məsəlinə işarə edib. Qeyd edək ki, Koreya dilində "it yuxusu" absurd və cəfəngiyat anlamını verir.Muxalifet - 21-09-2017
32 yaşlı qadını sevgilisi bıçaqladı - BAKIDA
Bakıda orta yaşlı qadın sevgilisi tərəfindən bıçaqlanıb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Əliyeva Maya Əbülfət qızına sevgilisi ilə mübahisə zamanı 2 bıçaq xəsarəti yetirilib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.Muxalifet - 21-09-2017
Məhəmməd İngiltərədə ən populyar adlardan biridir
Ötən il Məhəmməd İsraildə də oğlanlara verilən ən populyar ad olub
Ərəb əsilli ad olan Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir.
"Mignews".com xəbər verir ki, Milli Statistika İdarəsinin tərtib etdiyi sıralamada bu ad 8-ci yer tutur.
Ötən il İngiltərə və Uelsdə Məhəmməd adı 3908 oğlana verilib. Bundan əlavə, London və Uest-Midlendsdə də bu ad ən populyar ad olub.Muxalifet - 21-09-2017
Minik avtomobili yandı - BAKIDA
Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 21-09-2017
Xüsusi prokuror Trampın fəaliyyəti ilə bağlı sənədlər toplayır
Son bir neçə həftədə əlavə sənədlər üçün 13 istiqamət üzrə müraciət ünvanlanıb
ABŞ-ın "Rusiyanın müdaxiləsi" istintaqına dair xüsusi prokuroru Robert Müller prezident Donald Trampın dövlət başçısı fəaliyyəti dövründə bir sıra addımları ilə bağlı Ağ Evdən sənədlər istəyib.
Bu barədə "The New York Times" öz mənbələrinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, son bir neçə həftə ərzində Müller 13 istiqamət üzrə müraciət ünvanlayıb. Müraciətlərə əsasən, istintaqçılara əlavə məlumat lazımdır.Muxalifet - 21-09-2017