Rusyönlü Moldova prezidentini devirmək üçün LAYİHƏ
21-09-2017 15:19

Moldova Liberal Partiyasının rəhbəri Mixay Qimpu parlamentin iclasında çıxışı zamanı Prezident İqor Dodonun vəzifədən uzaqlaşdırılması barədə layihə təklif edib.
Bu barədə RİA informasiya verib.
“Prezident yalnız qanunları təsdiq etməkdən imtina etmir, son zamanlarda səhvlərə də yol verir. Onun hakimiyyətdən uzaqlaşdırılması və referendum təşkil edilməsi barədə layihəni irəli sürürük. Bütün fraksiyalardan olan həmkarlarımızdan təşəbbüsü dəstəkləmələrini istəyirik”, - Qimpu bildirib.
Qeyd edək ki, hələlik təklifi yalnız 101 yerlik parlamentdə 11 nəfərlə təmsil olunan liberallar dəstəkləyib.
Prezident Dodon rusiyayönlü siyasətçidir və hökumətin qərbyönlü siyasətinə qarşı çıxır.