​Türkiyə Suriya ilə sərhədə zirehli texnika yığır

Türkiyə Suriya ilə sərhədə hərbi texnika göndərməkdə davam edir.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu gün Kırklareli əyalətindən Hatay əyalətinə dəmir yolu vasitəsi ilə 80 ədəd zirehli texnika göndərilib.
Qeyd edək ki, müdafiə naziri Fikri İşıq iyul ayında Suriya kürdləri özünümüdafiə qüvvələrinin nəzarət etdikləri Afrina regionundan Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaranarsa, Ankaranın hərbi əməliyyat keçirilməsini istisna etmədiyini bildirmişdi(virtualaz.org).