2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb - MİNGƏÇEVİRDƏ

Kənan Balayevin həyatı üçün təhlükə yoxdur
 
Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.
Hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib.
Onun həyatı üçün təhlükə olmadığı bildirilir./report