Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb

Yaralılar xəstəxanaya yerləşdirilib
 
Bakıda 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.
Hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Müşviqabad qəsəbəsində 6 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1992-ci il təvəllüdlü Əhmədov Emil Elşən oğlu və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların hər ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.