Moldova prezidentinə qarşı mitinq – Rusiyanın adamı təklənir

Moldovanın paytaxtı Kişinyovda ölkə prezidenti İqor Dodona qarşı mitinq keçirilib.
 
Etirazçılar Dodonun hesablarının dondurulmasını və Avropa Birliyinə gedişinə qadağa qoyulmasını istəyiblər. Sağçı partiyaların təşkil etdiyi aksiyada 3 min nəfər iştirak edib.
Qeyd edək ki, Moldovada siyasi böhran bir neçə aydır davam edir. Buna səbəb Moldova hökuməti ilə prezidentinin xarici siyasi kurslarının fərqli olmasıdır. Belə ki, hökumət qərbyönlü siyasət yürütsə də, prezident rusiyayönlü siyasətin tərəfdarıdır.