Türkiyədə İŞİD-ə bağlı olan 73 ƏCNƏBİ SAXLANILDI
17-09-2017 07:57

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinən 74 nəfəri saxlayıb, onlardan 73-nün əcnəbi olduğu bildirilir.
Muxalifet.az “Anadolu”ya istinadən xəbər verir ki, saxlanılan əcnəbilər ölkədən çıxarılmaları üçün miqrasiya xidməti orqanlarına təhvil veriliblər.
Saxlanılanların vətəndaşlığı barədə məlumat verilmir.