"Kürdüstana müdaxilə edəcəyik" - İRAQDAN XƏBƏRDARLIQ
17-09-2017 09:26

Referendum zorakılıqla nəticələnərsə, hərbi yola baş vuracağıq.
Bu sözləri İraqın Baş naziri Heydər Abadi 25 sentyabrda Kürdüstanda keçirilməsi nəzərdə tutulan müstəqillik referendum barədə danışarkən söyləyib.
“İraq xalqı hüquqi müstəvidən kənar güc yolu ilə zorakılığa məruz qalarsa, hərbi yolla müdaxilə etmək məcburiyyətində olacağıq. İraqın və regionun sərhədlərinə qarşı gəlmək olduqca təhlükəlidir”, - Abadi bildirib.