“Ağrı dağını Ermənistana qaytaracağıq” - Jirinovski

Rusiya Liberal Demokrat Partiyası Ağrı dağının Ermənistanın tərkibinə qayıtması üçün liderliyi öz əlinə alacaq.
 
Bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Moskvada erməni malları yarmarkasının açılışı zamanı söyləyib. Onun sözlərinə görə, Liberal Demokrat Partiyası Rusiya və Ermənistan arasında dəmiryolu xəttinin bərpa etmək niyyətində olduğunu bildirib:
“Çinlilər İpək Yolunu bərpa edirlər, bizdə isə Rusiya və Ermənistanı birləşdirən və bütün sutkanı işləyəcək dəmiryol xətti olmalıdır. Bu ermənilərin özünü Rusiyada, rusların isə Ermənistanda özlərini evdə hiss etməsi üçün lazımdır”.