"Şimali Koreyanı məhv etməyə hazırıq" - Cənubi Koreya

Cənubi Koreyanın prezidenti Çje İn Mun yeni açıqlama ilə çıxış edib.
 
Prezidentin bəyanatına əsasən, rəsmi Pxenyanın təxribatlarına görə Şimali Koreya hökuməti ilə dialoq aparmaq mümkünsüzdür. Onun fikrinə əsasən vəziyyəti ancaq sanksiyalar dəyişə bilər.
 Mun eyni zamanda bildirib ki, aqressiyaya cavab olar Cənubi Koreya ordusu Şimali Koreyanı məhv etməyə hazırdır. Bununla yanaşı rəsmi Seul müdafiə gücünü artırmağa davam edir.
Cənubi Koreya lideri deyib: "Beynəlxalq sanksiyalar Şimali Koreyaya təzyiqi artıracaq. Bizimlə real dialoqa başlamaqdan başqa çarəsi qalmayacaq".
Qeyd edək ki, bir müddət əvvəl Çje İn Mun Seul və Pxenyan arasında sülh dialoqunun bərpası üçün çıxış etmişdi.