Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
İdmançıımızın nəşi Livandan Azərbaycana yola salınıb
Xəzər Əliyev Beyrutda yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib
Azərbaycan vətəndaşı Xəzər İntiqam oğlu Əliyevin cənazəsi sentyabrın 8-də "Türk Hava Yolları"nın Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 8-09-2017
Yaxın 2 ildə Azərbaycan büdcəsinin defisitlə icra olunacaq - PROQNOZ
Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 2014-cü ildəki 14,4%-dən 2016-cı ildə 50,7%-dək artıb.
Bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda vurğulanıb ki, bunun əsas səbəbləri manatın amortizasiyası və dövlət zəmanətli borcların artmasıdır.
Agentliyin proqnozuna əsasən, neftin qiyməti 45-55 dollar diapazonunda ticarət olunmağa davam edərsə, 2017-ci il dövlət büdcəsi 2,9% defisitlə icra olunduğu halda, 2018-ci ildə defisit 1,8% təşkil edə bilər.Muxalifet - 8-09-2017
"Azərbaycan iqtisadiyyatı neft qiymətlərindən asılıdır" – REYTİNQ AGENTLİYİ
"Azərbaycanın kredit reytinqinin "B2" səviyyəsində, reytinq üzrə proqnozun isə stabil olması ölkə iqtisadiyyatının, maliyyə və bank sisteminin neft qiymətlərindən asılılığını əks etdirir".
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.
Agentliyin baş vitse-prezidenti və məqalənin müəlliflərindən biri Kristin Lindoun (Kristin Lindow) sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib.Muxalifet - 8-09-2017
Xaçmazda yük maşını qadını vurub
Xaçmazda yol nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə şəhərin Alı Mustafayev küçəsində qeydə alınıb.
"Qazel" markalı yük maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 8-09-2017
Azərbaycana qarşı qaralama kampaniyası Trampa qarşı kampaniyanın tərkib hissəsi ola bilərmi?
Politoloq: “Bu kampaniya 2018-ci il prezident seçkilərinə hədəflənmiş bir kampaniyadır və bir növ Azərbaycan hakimiyyətinə qarşı təzyiq xarakteri daşıyır”
“Əslində bu qaralama kampaniyası təkcə Qərb mətbuatı deyil, Rusiya tərəfindən də həyata keçirilir”Muxalifet - 8-09-2017
Bakıda 25 yaşlı qız özünü asdı - İNTİHARA CƏHD
Bakıda intihara cəhd olub.
Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 25 yaşlı Günel Ağamirova özünü asaraq intihara cəhd edib.
Yaxınları onun bu cəhdinin qarşısını alaraq xilas ediblər.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 8-09-2017
“Çelsi" ilə oyun üçün "Qarabağ" azarkeşlərinə göndərilmiş biletlərin hamısı satılıb
Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək
“Qarabağ”ın İngiltərə təmsilçisi “Çelsi”yə qarşı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirəcəyi oyun üçün Bakıya göndərilmiş biletlərin hamısı satılıb.
Ağdam klubunun rəsmi “facebook” səhifəsində xəbər veriliar ki, Londonda bilet əldə etmək istəyən “Qarabağ” azarkeşləri üçün isə sentyabrın 11-də satış həyata keçiriləcək. Bilet satışının məkanı haqqında növbəti günlərdə ətraflı məlumat veriləcək.Muxalifet2 - 8-09-2017
Azərbaycan və Ermənistanın dini liderlərindən birgə BƏYANAT
Sentyabrın 8-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin görüşü keçirilib.
Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər müzakirə edilib.Muxalifet2 - 8-09-2017
“Türkiyənin Avropa Birliyinə yolu bağlandı” – İSVEÇ XİN RƏHBƏRİ
Türkiyənin Avropa Birliyinə yolu bağlandı.
Bunu İsveç Xarici İşlər naziri Marqot Vollström deyib.
Vollström bildirib ki, Türkiyə düzgün istiqamətdə hərəkət etməyib və düzgün qərar verə bilmir.Muxalifet2 - 8-09-2017
Kiyevdə avtomobil partladıldı – GÜRCÜSTAN VƏTƏNDAŞI ÖLDÜ
Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.
"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində Gürcüstan vətəndaşı ölüb.
“Partlayışa səbəb avtomobilə yerləşdirilmiş partlayıcı qurğu olub. Hadisə nəticəsində ölən kriminal aləmdə yaxşı tanınan Gürcüstan vətəndaşı Timur Maxaurudir. Partlayış zamanı avtomobildə qadın və uşaq olub. Qadın yaralanıb, uşaq isə xəsarət almayıb”, deyə Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(apa).Muxalifet2 - 8-09-2017
“İrma”dan sonra “Xose” qasırğası Qəraib hövzəsinə yaxınlaşır
Atlantik okeanı üzərində formalaşmış "Xose" qasırğasının gücü beş ballıq cədvəl ilə 4 bala çatıb.
Qasırğa saatda 240 kilometr sürətlə Qəraib hövzəsinə yaxınlaşır. Qeyd edək ki, hazırda həmin bölgədə "İrma" qasırğası tüğyan edir.
Son məlumata görə, "İrma" qasırğası nəticəsində 16 nəfər həyatını itirib.
ABŞ-ın Mayami şəhərində isə "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.Muxalifet2 - 8-09-2017
Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib.
Türkiyə KİV-i xəbər verir ki, prezidentin təyyarəsi Astanada yerli vaxtla saat 17:00-da eniş edib.
Məlumata əsasən, Türkiyə prezidentini Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Kasımbek, Astana Şəhərinin akiminin birinci müavini Sergey Xoroşun, Türkiyənin Astanadakı səfiri Nevzat Uyanık, Türkiyənin İƏT-də daimi nümayəndəsi Salih Şən və səfirliyin əməkdaşları qarşılayıblar.Muxalifet2 - 8-09-2017
Bir gündə Azərbaycanda 95 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.Muxalifet2 - 8-09-2017
Qasırğanın yaxınlaşır, 700 min nəfər təxliyə edildi - KUBADA
Kubanın şərq bölgəsində “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib.
“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, insanlar ölkə ərazisində yerləşən 45 evakuasiya mərkəzi və 39 xüsusi sığınacaqda yerləşdirilir.
Hazırda Kubanın bir sıra bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Sahilboyu ərazilər su altında qalıb.
Bundan əvvəl "İrma" qasırğası Karib adalarında 18 nəfərin ölümünə səbəb olub.Muxalifet2 - 8-09-2017
Bacısını döyüb xəstəxanalıq etdi - GƏNCƏDƏ DAHA BİR DÖYÜLMƏ...
Gəncədə iki döyülmə faktı qeydə alınıb.
APA-nın Qərb bürosunun verdiyi xəbərə görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Nəsibova Qəmər Əhməd qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən döyüldüyü bildirilir.
Digər Gəncə sakini, 1994-cü il təvəllüdlü Ələsgərov Elmir Ənvər oğlu isə tanımadığı şəxs tərəfindən döyülüb. Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet2 - 8-09-2017
Xərcəngə tutulmamaq üçün bu 8 məhsulu yeməyin! – Onkoloqlardan XƏBƏRDARLIQ
Xərçəng xəstəliyinə səbəb olan məşhur amillərin arasında genetika, siqaret çəkmə, yanlış qidalanma, bəzi infeksiyalar, kimyəvi preparatlarla əlaqə, radioaktiv şüalanma və başqaları göstərilir.
Tədqiqatlar göstərir ki, onkoloji riski yüksəldən 2 əsas amil var: passiv həyat tərzi və pis qidalanma. Xərçəng xəstəliyinə tutulmaması üçün onkoloqlar xüsusilə aşağıdakı məhsullardan uzaq durmağı məsləhət görürlər.
1. Qənd halına salınmış şəkər və süni şirinləşdirici maddələrMuxalifet2 - 8-09-2017
Ukraynada “Rapid Trident 2017” hərbi təlimləri başlayıb
Ukraynada “Rapid Trident 2017” beynəlxalq hərbi təlimlərinin birinci mərhələsinə start verilib.
Yerli “112ua” nışri yazır ki, bu barədə Ukrayna müdafiə nazirliyinin mətbuat xidməti bildirib.
“ABŞ hərbçiləri Ukrayna pilotlarını müxtəlif döyüş şəraitlərinə uyğun təlimlər keçəcəklər”, - məlumatda deyilir. Amerikalı hərbi mütəxəssislər həmçinin tibbi hazırlıq üzrə bir sıra nəzəri və praktiki təlimlər keçirəcəklər.Muxalifet2 - 9-09-2017
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 58-ə çatıb - YENİLƏNİB
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi.
Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.
***
21:13
Muxalifet2 - 9-09-2017
“Qarabağ” – “Roma” matçına ilk iki gündə 12 500 bilet satıldı
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Apasport.az saytına klubdan verilən məlumata görə, ötən günə olan son nəticələrə əsasən, 12500 bilet satılıb.
Satışın ilk günündə bu rəqəm 3000-ə bərabər idi.
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
Muxalifet2 - 9-09-2017
65 yaşlı qadını avtomobil vurub - ƏHMƏDLİDƏ
Hadisə Xətai rayonu ərazisində baş verib
Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Metronun Əhmədli stansiyasının yaxınlığında yolu keçmək istəyən 1952-ci il təvəllüdlü Hüseynova Şəmsiyyə Ağahüseyn qızını minik avtomobili vurub.
Yaralı sürücünün köməkliyi ilə Respublika Neyrocәrrahiyә Xәstәxanasına yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Muxalifet - 9-09-2017