Axtarış

The search found 105779 results in 0.117 seconds.

Search results

  1. MEHMAN ƏLİYEV MÜXALİFƏTİN VAHİD NAMİZƏDİ OLA BİLƏR? - Siyasilərdən açıqlama

    Mirmahmud Mirəlioğlu: “Mehman Əliyev hazırda namizəd olmağa razı olmaz”

    Arif Hacılı: “Müxalifətin vahid namizədi məsələləri müzakirə olunmur”

    Həsrət Rüstəmov: “Bu mövzunun bəlli tərəfdən gəlməsi başqa niyyətlərdən xəbər verir”

    Sülhəddin Əkbər: “Müxalifətin vəzifəsi ilk növbədə ölkədə demokratik şəraitin yaradılması üçün birləşməkdir”

    Azər Qasımlı: “Bu məsələni şərhsiz buraxmaq daha məqsədəuyğun olar”

    Muxalifet2 - 8-09-2017

  2. ​MTN generalı məhkəmədə zərərçəkmişi təhqir etdi: "SƏN ÇOX..."

    Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə şahidlər ifadə veriblər.

    Muxalifet2 - 8-09-2017

  3. Bakıda avtobusda DAVA: Xanım sərnişin sürücünü söydü - VİDEO

    Bakıda 6 saylı marşrut xəttində sərnişin sürücünü qeyri-etik ifadələrlə təhqir edib.
    Muxalifet.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı videogörüntülər yayıb.
    Yayılan görüntülərdən məlum olur ki, 6 saylı marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərdən biri ön qapıdan düşmək istəyir. Lakin sürücü buna mane olur və bildirir ki, avtobusdan düşmək üçün sərnişinlər orta və arxa qapılardan istifadə edə bilər. Mübahisədə elə bundan sonra başlayır.
    Xanım sərnişin qeyri etik ifadələrlə sürücünü təhqir edir.

    Muxalifet2 - 8-09-2017

  4. Moldovada hökumət böhranı

    Moldova Prezidenti İqor Dodon bu gün keçiridyi brifinqdə müdafiə nazirinin müavini Georgi Qalburanın istefasını tələb etdiyini bildirib.
     
     “RİA-Novosti” xəbər verir ki, prezidentin qəzəblənməsinə qoyduğu qadağaya baxmayaraq Moldova hərbçilərinin Ukraynada keçirilən hərbi təlimlərdə iştirak etməsi səbəb olub.

    Muxalifet - 8-09-2017

  5. İrəvanda “Mariott” otelində QAPALI TOPLANTI

    Putin Rusiyadakı ermənilərindən ibarət “desant qüvvələri” İrəvana çıxarır.
     
    Bu günlərdə İrəvandakı “Mariott” otelində Rusiya sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə rus və erməni sahibkarlarının birgə toplantısı keçirilib.
    Ermənistan mediasının məlumatına görə, toplantı rəsmi xarakter daşısa da yarıqapalı olması ilə diqqət çəkib.

    Muxalifet - 8-09-2017

  6. Mariya Zaxarova: “Qərb Rusiya müttəfiqinə - Azərbaycana təzyiq göstərir”

    "Qərb Rusiyanın müttəfiqlərinə, xüsusi halda Azərbaycana təzyiq göstərir".
     
    Rusiya KİV-i xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
    Onun sözlərinə görə, Böyük Britaniyanın “Qardian” nəşri və başqa Qərb KİV-lərində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiq kimi qiymətləndirilməlidir.

    Muxalifet - 8-09-2017

  7. İsrail niyə Bakını seçdi? - “The Jerusalem Post”

    İsraildə çıxan nüfuzlu “The Jerusalem Post” qəzetinin 7 sentyabr tarixli nömrəsində siyasi icmalçı Arye Qutun “İsrail öz seçimini nə üçün Azərbaycanın üzərində saxlayıb?” sərlövhəli məqaləsi dərc edilib.
     
    Müxalifət.az Azərtac-a istinadən məqaləni təqdim edir.
     

    Muxalifet - 8-09-2017

  8. “Akif Əli cəzalanacaq”- Baş nazirin müavinindən sərt açıqlama

    Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.
     
    Baş nazirin müavini Abid Şərifov Bizimyol.info-ya açıqlamasında məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

    Muxalifet - 8-09-2017

  9. Timoşenko Saakaşvilinin müdafiəsinə qalxdı

    Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko sentyabrın 10-da Mixail Saakaşvilinin Ukraynaya geri dönməsinə kömək etmək üçün Polşaya gedəcək.
     
    Bunu “Nyusvan” televiziyasına açıqlamasında Timoşenkonun özü söyləyib.
    “Mən Mixail Saakaşvilini şəxsən müdafiə edəcəyəm. Onun Ukraynada yaşamaq haqqı var. Prezident Pyotr Poroşenko Saakaşviliyə qarşı siyasi represiyanın gizli metodlarından istifadə edir” – deyə o bildirib.

    Muxalifet - 8-09-2017

  10. Fuad Poladovun səhhətində problem yarandı

    Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladov xəstəxanadadır.
     
    Bu barədə aktyor özü Kult.az-a məlumat verib.
    O bildirib ki, səs tellərində problem olduğu üçün xəstəxanaya gəlib. Aktyor hazırda danışmaqda çətinlik çəkir.

    Muxalifet - 8-09-2017

  11. Qəbələdəki yanğın söndürüldü - FHN

    Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatıb.
     
    FHN-dən verilən məlumata görə, yanğın 7 sentyabr tarixində saat 17:00 radələrində söndürülüb. Ötən günlər ərzində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınıb, əhali arasında xəsarət alan olmayıb.

    Muxalifet - 8-09-2017

  12. Prezidentin hələ açılışını etmədiyi yol dağıldı...

    Lerikdə 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun çəkilişi  başa çatmadan dağılıb.
     
    Bu barədə toplum.tv-yə Lerik sakinləri məlumat veriblər.
    Onlar bildiriblər ki, Noda-Şingədulan-Xanagah yolunun Ağçay kəndinə qədər olan hissəsi tamamilə sıradan çıxıb. Vətəndaşlar bunu Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafəyə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) "şebel”in tökülməməsi ilə əlaqələndiriblər.

    Muxalifet - 8-09-2017

  13. ​Azərbaycan Myanma müsəlmanlarına humanitar yardım göndərir

    Prezident  İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir.
    Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
    Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

    Muxalifet2 - 8-09-2017

  14. "İsrail "şiə dəhlizi"nin yaranmasına imkan verməyəcək" - LİBERMAN

    "İsrail İran və Suriya arasında dəhlizin yaranmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək".
     
    TASS xəbər verir ki, bunu İsrailın müdafiə naziri Aviqdor Liberman deyib.
    “Biz İsrail olaraq Tehran və Dəməşq arasında “şiə dəhlizi”nin yaranmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Düşmənlərimizə İsrailin təhlükəsizliyinə zərər vermək imkanı yaratmamaqda qərarlıyıq”, - deyə Liberman vurğulayıb.
    Qeyd edək ki, cümə axşamı hava aviazərbələri nəticəsində iki Suriya hərbçisi qətlə yetirilib.

    Muxalifet - 8-09-2017

  15. ​Tovuzda kütləvi zəhərlənmə olan restoran sahibi danışdı: “Biz məsuliyyət daşımırıq” - VİDEO

    Tovuzda şadlıq saraylarının birində keçirilən toy şənliyi zamanı 6-sı uşaq olan 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib.
    Muxalifet.az ARB 24-ə istinadən xəbər verir ki, onların bir qrupu reanimasiya, digərləri isə infeksionnu şöbəyə yerləşdirilib.
    Səlim Qasımov – Zərərçəkən: “Kətəyə oxşayan bir şey idi. Mən yedim, gördüm dadı qəribədi. Qardaşım yanımda oturmuşdu. Əlindən tutdum ki, sən yemə. Ona heç nə olmayıb”.
    Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

    Muxalifet2 - 8-09-2017

  16. AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərdi

    AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib.
     
    Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu yerli KİV-ə bildirib ki, rəsmi etiraz Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədar bildirilib.
    M.Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən bununla əlaqədar tədbir görülməsi xahiş olunub.

    Muxalifet - 8-09-2017

  17. ​Putinin 2007-də elan etdiyi MÜHARİBƏ: Rusiya kəşfiyyatının 4 mərhələli PLANI

    Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı Ukrayna deyil, Rusiya ilə bağlıdır.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “The Atlantic Council” üçün məqaləsində ekspert, Strateji kommunikasiyaları üzrə hökumət və qeyri-hökumət institutlarının məsləhətçisi Lad Kosliski yazıb.
    Onun sözlərinə görə, KXDR-ə raket texnologiyalarının qanunsuz çatdırılması barədə Kiyevin ünvanına irəli sürülən ittihamlar əslində Rusiyanın Kiyev və Qərbə qarşı apardığı hibrid müharibənin daha bir nümunəsidir.

    Muxalifet2 - 8-09-2017

  18. Dərslər sentyabrın 18-i başlayacaq? - RƏSMİ

      Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.
     
    Nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.
    Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.

    Muxalifet - 8-09-2017

  19. Prokuror jurnalist Elçin İsmayıllının 10 il azadlıqdan məhrum olunmasını istəyib

    Şəki Ağır Cinayətlər Məhkəməsində həbsdəki jurnalist Elçin İsmayıllının cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı jurnalistin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
     
    Jurnalistin məhkəməsi sentyabrın 15-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.
    Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.

    Muxalifet - 8-09-2017

  20. Məhkəmə Kanal 13 TV rəbərinin apellyasiya şikayətini təmin etməyib

    Bakı Apellyasiya Məhkəməsi Kanal 13 internet televiyasının Baki bürosunun rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimknan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayəti təmin etməyib.
     
     Bu barədə vəkilı Cavad Cavadov facebook səhifəsində yazıb.
    Avqustun 29-da Bakının Nəsimi rayon Məhkəməsi Kanal 13 İnternet Televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin dekabrın 17-dək (3 ay) uzadılması barədə qərar qəbul edib.

    Muxalifet - 8-09-2017

Pages