Axtarış

The search found 105779 results in 0.016 seconds.

Search results

  1. Avropa İttifaqı: Mehman Əliyevin həbsindən dərin narahatıq

    Avropa İttifaqı (Aİ) azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin durektoru Mehman Əliyevin saxlanması ilə bağlı dərin narahatlığını bildirib.
     
    Bu barədə Aİ nümayəndəsi ATƏT-in daimi iclasında bəyan edib.
    Bundan öncə Aİ Azərbaycanda azad fikrin ifadə edilməsi üçün məkanın daralmasından, jurnalistlərin və hüquq müdafiəçilərinin siyasi motivli həbslərindən narahatlığını bildirmişdi.
    Bu, mayın 12-də Bakı məhkəməsinin beş İnternet-KİV-in, o cümlədən onlayn-televiziya platformalarının bloklanması barədə qərarından sonra baş verir.

    Muxalifet - 8-09-2017

  2. Mehman Əliyevə həbsxanada məhdudiyyət qoyulub - VƏKİLDƏN AÇIQLAMA

    "Turan" Informasiya agentliyinin direktoru Mehman Əliyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüş hüququna məhdudiyyət qoyulub.
     
    Bu barədə vəkili Fariz Namazlı bildirib.
    Sentyabrın 7-də 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşdən sonra vəkil deyib ki, məhdudiyyət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini Qurban Mehrəliyevin 30 avqust 2017-ci il tarixli qərarı əsasında tətbiq olunub.

    Muxalifet - 8-09-2017

  3. Qondarma "prezident" Bako Saakyanın “andiçmə mərasimi" keçirilib

    Bu gündən Bako Sahakyanın qondarma "Dağlıq Qarabağ Rejiminin prezidenti" vəzifəsində ən azı daha üç il müddətinə fəaliyyəti başlayır.
     
    Cümə axşamı qondarma “DQR parlamentinin fövqəladə iclasında" onun inauqurasiya mərasimi keçirilib.
    Sahakyan əlini 17-ci əsrin incili və "DQR Konstitusiyasına" qoyub, "DQR-in suverenliyi və ərazi bütövlüyünü" qoruyub saxlamağa and içib.

    Muxalifet - 8-09-2017

  4. ​Qalmaqallı “26” kafesi sökülür - Abutalıbov hadisə yerində - FOTOLAR

    Bakının mərkəzində "26-lar" adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

    Muxalifet2 - 8-09-2017

  5. ​Ucarda iki məktəbli qızı maşına mindirdilər və ... 5 illik HƏBSLƏ NƏTİCƏLƏNƏN SEVGİ

    Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı qıçırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Salman Muradov, 1998-ci il təvəllüdlü Xəyal Fərmanov və 2001-ci il təvəllüdlü Şəhriyar Fərmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az xəbər verir ki, Ucar rayonunun Bərgüşad kəndində yaşayan Salman Muradov həmkəndlisi Nazpərini sevib. O, qıza elçi göndərsə də, qızı ona verməyiblər.
     
    Qız qaçırma, pul və hörmət
     

    Muxalifet2 - 8-09-2017

  6. 10 saniyə ərzində xərçəngi müəyyənləşdirən “Qələm” - ARAŞDIRMA

    Texas Universitetindəki alimlərə görə, portativ cihaz xərçəng toxumasını 10 saniyədə müəyyən edə bilər.
     
    Onlar deyirlər ki, bu cihaz şişi daha sürətli, təhlükəsiz və daha dəqiqliklə çıxarmaq üçün cərrahiyə əməliyyatı edə bilər.
    Ümid edilir ki, cihaz müalicədən sonra hər hansı bir xərçəng hüceyrəsinin geridə qalmasının "təəssüfünü" yaşatmayacaq.
    MasSpec Pen qələmi xərçəng hüceyrələrinin unikal metabolizmindən faydalanır.

    Muxalifet - 8-09-2017

  7. Daha bir AXCP fəalını polis axtarır

    Daha bir AXCP fəalı hakimiyyətin hədəfindədir. AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı məlumat verir ki, Cəlilabad polisi onu axtarır.
     
    O.Baxışlı əslən Cəlilabad rayonundandır. Lakin o, Bakıda yaşayır. Sentyabrın 7-də Cəlilabaddakı qohumlarından biri zəng vuraraq deyib ki, rayon polis idarəsindən Orxanın harada olduğunu soruşub, onu axtardıqlarını bildiriblər. Səbəbini soruşduqda isə əlavə məlumat vermədən, bu barədə Daxili İşlər Nazirliyindən tapşırıq aldıqlarını deyiblər.

    Muxalifet - 8-09-2017

  8. “Məni cəzalandırmaq istəyirlər” – Vəkil Yalçın İsmayılov

     Penitensiar Xidmətin rəis əvəzi həbsxanadakı işgəncələri araşdırmaq əvəzinə o haqda məlumat verdiyinə görə vəkilin cəzalandırılmasını istəyir
     

    Muxalifet - 8-09-2017

  9. İLHAM ƏLİYEVƏ YENİ SƏLAHİYYƏTLƏR VERİLİR

    Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir.
     
    Gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.

    Muxalifet - 8-09-2017

  10. “Müalicəmə çoxlu pul lazımdır, o da yoxdur...” - Vaqif Bayatlı

    "Hazırda vəziyyətim çox yaxşıdır. Sadəcə olaraq, sağ ayağım işləmir. 2012-ci ildə iynə vurublar və damarım zədələnib. Qan yaxşı işləmədiyi üçün bu da məni incidir”.
     
    Bunu hafta.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, "Vladimir Mayakovski mükafatı" laureatı, məşhur şair Vaqif Bayatlı deyib. Onun sözlərinə görə, xəstəliyi ölümcül deyil və müalicəsi xaricdədir və bunun üçün də xeyli pul lazımdır:

    Muxalifet - 8-09-2017

  11. Deputat 4 saat növbədə dayandı - “Qarabağ”ın oyununa bilet almaq üçün

    "Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra "Qarabağ” – "Roma” futbol oyununa bilet aldım.”
     
    BakuPost.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə "Facebook" səhifəsində yazıb.

    Muxalifet - 8-09-2017

  12. Azərbaycanlı siyasətçi Yeni Zelandiyada deputatlığa namizədliyini verdi/ FOTO

    Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədov sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacaq.
     
    Diasporla İş Üzrə Dövlət Komitəsindən BakuPost.az-a daxil olan xəbərə görə, T. Məmmədovun namizədliyi Yeni Zelandiyanın Leyboristlər Partiyası tərəfindən irəli sürülüb.

    Muxalifet - 8-09-2017

  13. Evlilik təklifiinə “hə” aldı, sevincindən yıxılaraq öldü

    Yaponiyada qəribə hadisə baş verib.
     
    Sevgilisinə evlənmə təklifi edən şəxs müsbət cavab aldıqdan sonra sevincindən 30 metrlik körpüdən yıxılaraq ölüb.
    Hadisə Okinava şəhərində baş verib. 32 yaşlı kişi sevgilisini İrabu körpüsünə aparıb. Avtomobildən enərək evlilik təklifi edib. Sevgilisindən "hə" cavabı alan şəxs sevincindən 120 santimetrlik məhəccərə tullanıb. Amma özünü saxlaya bilməyərək 30 metr hündürlükdən yerə yıxılıb.
    Qadın dərhal polisə müraciət edib. 7 saatlıq axtarış-xilasetmə işlərindən sonra kişinin meyiti tapılıb.

    Muxalifet - 8-09-2017

  14. ​BAKIDA DƏHŞƏT: Qadının dilini və dodağını kəsdilər

    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində naməlum şəxs 42 yaşlı Ellada Əlizadənin dilini, dodağını kəsib və boğaz nahiyyəsinə xəsarət yetirib.
    Daha sonra həmin şəxs 1967-ci il təvəllüdlü Cələb Cələbovu da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
    Hadisənin hansıs səbəbdən və kim tərəfindən baş verdiyi məlum deyil. Hər iki yaralı koma vəziyyətində olduqları üçün onları dindirmək mümkün olmayıb.

    Muxalifet2 - 8-09-2017

  15. Mehman Əliyev məhkəməyə gətirilməyib – Proses təxirə salınıb

    “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb.
     
    Bu gün Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesə Mehman Əliyev gətirilməyib.
    Bu səbəbdən proses sentyabrın 11-dək təxirə salınıb.

    Muxalifet - 8-09-2017

  16. Qarabağa görə addımlar atılmalıdır – Rusiya Patriarxı

    Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət tərəflər arasında etimad tədbirlərinin gücləndirilməsi üçün tədbirlər işləyib hazırlamağı tələb edir.
     
    Bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan və Ermənistan dini liderləri ilə Moskvadakı görüşündə deyib.
    Onun sözlərinə görə, görüş zamanı tərəflər münaqişənin həlli üzrə qarşılıqlı anlayış və eyni baxışı əks etdirəcək müəyyən razılıqlar əldə edə, birgə mətn hazırlaya biləcəklər.

    Muxalifet - 8-09-2017

  17. Ukrayna-Gürcüstan sövdələşməsi: Saakaşvilini həbs edib Gürcüstana vermək istəyirlər

    Saakaşvili: “Əminəm ki, Ukrayna mənim barədə artıq Gürcüstanla razılaşıb”
     
    Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili danışıb.
    “Hamımız görürük ki, Poroşenko və İvanişvili arasında razılaşma var. Onlar əvvəl məni şantaj etdilər və qorxudurlar. Deyirlər ki, əgər Ukraynaya gəlsəm, məni ittihamlarla həbsə atacaqlar. Əslində həmin ittihamları heç kəs qəbul etmir”, - Saakaşvili bildirib.
    Qeyd edək ki, Ukrayna Saakaşvilinin vətəndaşlığını ləğv etdikdən sonra siyasətçi yenidən Kiyevə qayıdacağını açıqlamışdı./axar.az

    Muxalifet - 8-09-2017

  18. "Mehman Əliyevin həbsi ilə bağlı sanksiya mexanizminin işə düşməsi mütərəqqi addımdır" - Cəmil Həsənli

     “Mən hesab edirəm ki, nəhayət ki, Amerika Senatı hərəkətə gəldi. Çünki ABŞ dünyada demokratiyanın təminatçısı missiyasını yerinə yetirən bir dövlətdir. Mehman Əliyevin həbsi beynəlxalq aləmi o qədər hiddətləndirdi ki, qısa bir zamanda konqresin müvafiq komitələri bu işdə əli olan məmurlara sanksiya tətbiq edilməsi ilə bağlı məsələni müzakirə edib, Senata təqdim etdilər.”
     

    Muxalifet - 8-09-2017

  19. Mehman Əliyevin məhkəməsinin təxirə salınması ilə bağlı vəkildən açıqlama

    Sentyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində "Turan" İnformasiya Agentliyinin direktoru haqda Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılmadan təxirə salınıb.
     
    Saat 14.30-da başlanmalı olan iclasın 3 saatdan sonra təxirə salındığı bildirilib.
    Bu barədə jurnalistlərə açıqlama verən vəkil Fuad Ağayev deyib ki, hakimlər konvoy problemi səbəbindən Mehman Əliyevin gətirilmədiyini söyləyiblər:
    "35 illik vəkillik fəaliyyətimdə ilk dəfədir belə bir hadisə ilə rastlaşıram. Proses sentyabrın 11-nə saat 14.30-15.00-a təxirə salındı".

    Muxalifet - 8-09-2017

  20. Arda Turanın “Qalatasaray”a keçidi baş tutmayıb

    Bu barədə jurnalistlərlə söhbətində İstanbul təmsilçisinin prezidenti Dursun Özbək bildirib
     
    İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanın Türkiyə “Qalatasaray”ına keçidi baş tutmayıb.
     “Fanatik” xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində İstanbul təmsilçisinin prezidenti Dursun Özbək bildirib.
    O, transfer işlərini bitirdiklərini söyləyib: "Qalatasaray" olaraq transfer dönəmini bağladıq”.

    Muxalifet - 8-09-2017

Pages