Abid Şərifov “AA seriyalı taksilər” məsələsinə hiddətləndi

Baş nazirin müavini Abid Şərifov "Yeni Müsavat” qəzetində dərc olunan və Bakıda işləyən AA seriyalı taksilərin ona məxsus olduğunu bildirən yazıya münasibət bildirib.
 
Modern.az xəbər verir ki, Abid Şərifovun xəbərə reaksiyası çox sərt olub. Acıqlı tonda cavab verən baş nazirin müavini bu haqda yazılanlara və xəbər yayanlara hiddətlənib.
"Onu yazan da, söyləyən də qələt edir”,- deyə əsəbiləşən Abid Şərifov telefonu qapadaraq, digər sualları cavabsız buraxıb...