Axtarış
The search found 105779 results in 0.021 seconds.
Search results
Fəhlə 5-ci mərtəbədən yıxılaraq ölüb
Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb.
Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.
Nəsrəddin Tusi küçəsində Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı 1981-ci il təvəllüdlü Mustafayev Tahir Şəmsəddin oğlu inşası başa çatmamış hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T. Mustafayev dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 9-09-2017
ABŞ Bəhreynə 19 ədəd "F-16" qırıcı təyyarəsi satacaq
Sövdələşmənin qiymət dəyəri 2,785 milyard dollardır
ABŞ Dövlət Departamenti Bəhreynə dəyəri 3,8 milyard dollardan çox olan silah, o cümlədən "F-16" qırıcılarının mümkün satışı üzrə sövdələşməni təsdiq edib.
RİA "Novosti" xəbər verir ki, bu barədə Amerikanın Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı üzrə Agentliyinin (Defense Security Cooperation Agency, DSCA) məlumatında bildirilir.
Qeyd olunur ki, sövdələşmənin qiymətləndirmə dəyəri 2,785 milyard dollardır.Muxalifet - 9-09-2017
Bakı-Sumqayıt yolunda VAZ-2107 piyadanı vuraraq öldürüb - FOTO
Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb
Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.
Təxminən 55-60 yaşında olan kişi yolu keçmək istəyərkən onu "99-KA-231" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb. Polis əməkdaşları ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.Muxalifet - 9-09-2017
Səudiyyə Ərəbistanı Qətərlə dialoqdan imtina edib
Qətərin xarici siyasəti ölkələr arasında dialoqa başlamaq üçün əminlik ehtiva etmir
Səudiyyə Ərəbistanı Qətər rəsmi mövqeyini elan etməyincə Doha ilə dialoqa girməkdən imtina edib.
RT xəbər verir ki, bununla belə, ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Qətər hökuməti mövqeyini ictimai şəkildə bəyan etməlidir.
Eyni zamanda, Səudiyyə Ərəbistanı bildirib ki, Qətərin xarici siyasəti ölkələr arasında dialoqa başlamaq üçün əminlik ehtiva etmir.Muxalifet - 9-09-2017
Nümayişçilər Merkelin maşınına pomidor atıblar
Kansler fit və xoşagəlməz qışqırıq səsləri ilə qarşılanıb
Volqast şəhərində seçkiqabağı tədbirin keçirildiyi əraziyə gələn Almaniya kansleri Angela Merkelin avtomobilinə pomidor atıblar.
Bu barədə "Ostsee Zeitung" nəşri yazıb.
Bildirilir ki, Valqastda toplaşan təqribən 150 nümayişçi Merkelin maşınını fit və xoşagəlməz qışqırıq səsləri ilə qarşılayıblar.
Kansler tədbir iştirakçılarını 24 sentyabr tarixində keçiriləcək Bundestaq seçkilərində Xristian-Demokrat İttifaqına səs verməyə çağırıb.Muxalifet - 9-09-2017
Bakıda tanınmış aktyorun evi qarət edilib
Bakıda tanınmış aktyorun evindən oğurluq olub.
Hadisə Suraxanı rayonu ərazisində baş verib.
Qaraçuxur qəsəbəsi, 40/42/48/60 məhəllə, ev 4, mənzil 92-də yaşayan Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun evindən oğurluq edilib.Muxalifet - 9-09-2017
Qurbanovun Foqtsdan fərqi
Bir dəfə Portuqaliyada Berti Foqtsa sual verdik ki, komandanız sabah hansı nəticə üçün oynayacaq? Bunu sətəlcəm olmuş kimi titrəmə tutdu, cavab verdi ki, biz bura xal almağa gəlməmişik. Başqa sözlə, əlinizi üzün, uduzacağıq.
Muxalifet - 9-09-2017
Həftənin ən gözəl qolları - Video
Həftə ərzində dünyanın yaşıl meydanlarında vurulan ən gözəl qolların videogörüntüləri:
Muxalifet - 9-09-2017
Moskvanın 36 il sonra diriltdiyi HÜCUM PLANI - VİDEO/FOTO
Sentyabrın 14-dən 20-nə keçiriləcək Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimləri bu günlərdə dünya KİV-inin əsas mövzularından biridir. Qərb təlimlərə hazırlığı narahatlıqla izləyir.
Belarusun TUT.BY portalının dərc etdiyi məqalə Qərbin narahatlığının müəyyən qədər əsasının olduğunu göstərir.
Portal 1981-ci ildə sentyabrın 4-dən 12-dək müasir Belarus, Ukrayna və Baltikyanı ölkələrin ərazisində keçirilən “Qərb-1981” sovet ordusunun təlimlərinin xatırladıb.Muxalifet - 9-09-2017
Ermənistandan Rusiyanı qıcıqlandıracaq daha bir addım
Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının (AİB) üzvü olan Ermənistan növbəti dəfə Moskvanın əleyhinə addım atıb.
Ermənistan XİN rəhbəri E.Nalbəndyan Estoniyanın paytaxtı Tallində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etməyə qərar verdiyini açıqlayıb. Tallində çıxış edən Edvard Nalbəndyan bildirib ki, noyabrda keçiriləcək Brüssel sammitində Ermənistan və Avropa Birliyi arasında tərəfdaşlıq haqqında sazişin imzalanması mühüm nailiyyət ola bilər.Muxalifet - 9-09-2017
Səhiyyə naziri Oqtay Şirəliyev oğluna toy etdi - FOTO
Səhiyyə naziri Oqtay Şirəliyev oğluna toy edib.
“Azxeber.com”-un verdiyi məlumata görə, nazirin oğlu Kazım biznesmen ailəsi ilə qohum olub.
“Bilgah Beach Hotel”də baş tutan dəbdəbəli mərasimin aparıcısı Kamilə Babayeva olub.
Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər.
Mərasimdə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva da qonaq kimi iştirak ediblər.Muxalifet - 9-09-2017
AA seriyalı taksilər Abid Şərifova məxsusdur
Son günlər gündəmdə olan AA seriyalı taksilərin baş nazirin müavini Abid Şərifova məxsus olduğu bildirilir.
Muxalifet - 9-09-2017
Ermənistanın 3 hərbçisi öldürülüb - Gizlədilən qətllər
Ermənistanın iqtidaryönlü saytları “ən yenilməz ordu” adı altında hərbçilərini tərifləməyə davam etdiyi zaman Dağlıq Qarabağda cəbhə xəttində və Ermənistanda hərbçilər həmkarları tərəfindən döyülür və öldürülür.
AzVision.az xəbər verir ki, orduda törədilən bir çox cinayətlər gizlədilir.Muxalifet - 9-09-2017
Mehman Əliyevin həbsi Azərbaycana təzyiqləri artırıb
Fazil Mustafa: “Bu məsələ bir daha nəzərdən keçirilməli və müsbət həllini tapmalıdır”
Muxalifet - 9-09-2017
NATO-dan Moskvaya bəd xəbər
Ukraynanın Donbas bölgəsində atəşin dayandırılması Rusiyaya qarşı Qərbin sanksiyalarının ləğvi üçün kifayət etməyən əsasdır.
Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Hərbi alyansın başçısı vurğulayıb ki, sanksiyaların ləğvi yalnız Minsk razılaşmalarının tam reallaşdırılması, həmçinin Ukraynanın öz şərq sərhədi üzərində nəzarəti bərpa etməsindən sonra mümkün olacaq.
O, bununla da Almaniya Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabrielin təklifini rədd edib. Qeyd edək ki, daha əvvəl Almaniya xarici işlər naziriMuxalifet - 9-09-2017
GENİŞ QARŞIDURMA - ABŞ Rusiya-Çin ittifaqı ilə üz-üzə
Keçən həftə ABŞ və Rusiya arasındakı diplomatik müharibənin səs tonu bir qədər də yüksəldi.
Amerikanlar təkcə rus diplomatlarından San-Fransiskodakı baş konsulluğun tərk olunmasını tələb etmirdilər. Onlar həmçinin Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliyinin də boşaldılmasını tələb etmişdilər. Diplomatlar binanı tərk etdikdən sonra Federal Təhqiqat Bürosunun əməkdaşları orda axtarış həyata keçiriblər.Muxalifet - 9-09-2017
56 yaşlı Sumqayıt sakini özünü bıçaqlayaraq öldürdü
Sumqayıt sakini özünü öldürüb.
Hadisə şəhərin 1-ci Yaşıl Dərə adlanan ərazidə qeydə alınıb. Orada yaşayan, 1961-ci il təvəllüdlü Loğman Cavad oğlu Allahverdiyev yaşadığı evdə mətbəx bıçağı ilə özünü bıçaqlayıb. Nəticədə o aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /apaMuxalifet - 9-09-2017
İzzət Bağırovun cangüdəni həbs edildi
Müğənni İzzət Bağırovun cangüdəni Elçin Cabbarlı "Nealit” restoranında baş verən davaya görə həbs edilib.
Məlumata görə, Nizami rayon Məhkəməsinin qərarı ilə İzzət Bağırovun köməkçisi Elçin Cabbarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.Muxalifet - 9-09-2017
"Qarabağ"ın rəqibləri arasında futbolçu transferi həyata keçiriləcək
İngiltərənin "Çelsi" klubu yaxın günlərdə İspaniya "Atletiko"suna keçə bilər. "Report"un express.co.uk-a istinadən verdiyi məlumata görə, bununla bağlı iki klubun rəsmiləri arasında görüş olacaq.
Muxalifet - 9-09-2017
Mehman Əliyev hakimiyyət üçün baş ağrısına çevrilir
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi beynəlxalq təşkilatlar və dövlətlərin dərin narahatlığına səbəb olub və bu həftə ABŞ senat komitəsində Azərbaycana qarşı sansksiyaların təklifi ilə nəticələnib.
Senator Richard Durbin-in təklifi hələ ki, qanuni qüvvə daşımasa da, Azərbaycan rəsmiləri buna təəssüf etdklərini deyiblər.Muxalifet - 9-09-2017