Tovuzda dəhşətli qəza: 5 yaralı

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
Hərəkətdə olan "Hunday Xtrel" markalı avtomobilin aşması nəticəsində 5 nəfər ağır yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinin kimliyi məlum olub. Bunlar Həsənli Vüqar və Nəsibov Sədidir.
Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.
Yaralılardan birinin vəziyyəti ağırdır.