Axtarış
The search found 105779 results in 0.027 seconds.
Search results
İdmançımızın Beyrutda qalan nəşi... – XİN-dən açıqlama
Beyrut şəhərində avtoqəza nəticəsində həyatını itirən idmançı Xəzər Əliyevin nəşinin vətənə gətirilməsi istiqamətində danışıqlar davam edir.
Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Beyrutda keçirdiyi avtoqəzada həyatını itirən və 9 gündür meyiti Beyrut şəhər morqunda qalan idmançı X.Əliyevin nəşinin ölkəyə gətirilməsi sualını cavablandırarkən bildiriblər. Nazirlikdən verilən məlumata görə, X.Əliyevin anası hazırda Beyrutdadır:Muxalifet - 5-09-2017
Rusiya Donbasdan bu şərtlə çıxacaq – Piontkovski
Əgər dünya Krımın anneksiyasını tanısa, Rusiya elitasının böyük hissəsi ordunun Donbasdan çıxarılmasına dəstək verəcək.
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.
“Elita istəyir ki, Donbasdan çıxsın, amma bunun əvəzində Krımın anneksiyasına göz yumulsun. Qərb heç vaxt hüquqi baxımdan Krımın anneksiyasını tanımayacaq. Kremldə hazırda elita arasında ciddi konflikt var”, – deyə o bildirib.Muxalifet - 5-09-2017
İŞİD-çilər təslim oldu - FOTO
Onlarla İŞİD silahlısı Təlafar yaxınlığında İraq hərbi qüvvələrinə təslim olub.
Bu məlumatı İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn Axar.az-a verib.
İraq hərbçiləri İŞİD-çilərin əllərini bağlayaraq, maşınlara mindirib və ərazidən uzaqlaşıb.
Xatırladaq ki, 20 avqustda başladılan İraqın Təlafər şəhərinin azad edilməsi əməliyyatları zamanı 115 hərbçi həyatını itirib, 679 nəfər isə yaralanıb.Muxalifet - 5-09-2017
Saakaşvili: “Məni FSB generalı edəcəklər”
Kiyev mənim Ukraynaya dönüşümlə əlaqədar olaraq yeni provokasiyalar hazırlayıb.
Bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb.
“Onlar hansısa provokasiyalar hazırlayırlar. Növbəti günlər ərzində onlar məni Putinin dostu, FSB generalı və ya agenti elan etsələr, heç təəccüblənmərəm”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya gələcəyini açıqlayıb. Kiyev isə onun ölkəyə addım atacağı təqdirdə həbs olunacağını bildirib./axar.azMuxalifet - 5-09-2017
Xruşşov: “Krımın Ukraynaya verilməsi doğru qərar idi”
Krımın Ukraynaya verilməsi doğru qərar idi.
Bunu Ukrayna mətbuatına açıqlamasında SSRİ lideri Nikita Xruşşovun oğlu Sergey Xruşşov söyləyib.Muxalifet - 5-09-2017
“Daha 155 amerikalı diplomatı ixtisar etmək lazımdır” – Putin
Rusiya və Amerika diplomatik missiyaları arasında tam paritet üçün daha 155 amerikalı diplomatı ixtisar etmək lazımdır.
Bunu Şərq İqtisadiyyat Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, Rusiya bu haqqını özündə saxlayır və hələlik onu tətbiq etməyə tələsmir./axar.azMuxalifet - 5-09-2017
Qazaxda 80 yaşlı kişi özünü yandırıb
Onun ruhi əsəb xəstəsi olduğu bildirilir
Qazax rayonunda 80 yaşlı kişi özünü yandıraraq öldürüb.
Hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib.
Belə ki, 20 gün əvvəl xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. O, daha sonra aldığı xəsarətlərdən ölüb. Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özü-özünü yandırdığını bildiriblər.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.Muxalifet - 5-09-2017
Mehman Əliyev həbsin girovla əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edib
Vəsatət Yasamal Rayon Məhkəməsinə təqdim olunub
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində olan həbsin girovla əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Bu barərə "Report"a vəkil Fuad Ağayev məlumat verib.
Onun sözlərinə görə, M.Əliyevin barəsində olan həbsin girovla əvəz olunması ilə bağlı vəsatət Yasamal Rayon Məhkəməsinə təqdim edilib.Muxalifet - 5-09-2017
Ağstafada yaşlı qadın tualet quyusuna düşüb
Qadın FHN xilasediciləri tərəfindən quyudan çıxarılıb
Ağstafa rayonunda tualet quyusuna düşən 86 yaşlı qadın çıxarılıb.
Rayonun Poylu qəsəbəsinin sakini 1931-ci il təvəllüdlü Zərəngiz Süleyman qızı Mustafayeva rayonun Qarahəsənli kəndində yaşayan qızının evinə gedib. Orada tualet quyusuna düşüb.Muxalifet - 5-09-2017
Putin: "Rusiya XİN ABŞ-ı məhkəməyə verməlidir"
Rəsmi Moskva ABŞ-ın diplomatik missiyasının əməkdaşlarının sayını daha 155 nəfər azaltmaq hüququnu özündə saxlayır
"Rusiya Xarici İşlər Nazirliyi ölkənin San-Fransiskodakı baş konsulluğunun binasının bir hissəsinin ələ keçirilməsinə görə ABŞ-a qarşı məhkəmədə iddia qaldırmalıdır".
"Qazeta.Ru" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Xarici İşlər Nazirliyinə məhkəmədə iddia qaldırmağı məsləhət görürəm. Görək ABŞ-ın tərifli məhkəmə sistemi necə işləyəcək", - V.Putin bildirib.Muxalifet - 5-09-2017
Şahdağ Milli Parkınında yanğın söndürülüb
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş vermiş yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb.
FHN-in saytının verdiyi məlumata görə, meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın sentyabrın 5-də saat 08:56-da söndürülüb.Muxalifet - 5-09-2017
Nobel mükafatçı müsəlman qatili
İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı – İSESCO Myanmar hökumətinin faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çjinin (Aung San Suu Kyi) 1991-ci ildə layiq görüldüyü Nobel Sülh Mükafatından məhrum edilməsi barədə məsələ qaldırıb.
Muxalifet - 5-09-2017
Gürcüstan Ermənistanın yeni səfirini arzuolunmaz sayır
Gürcüstan Ermənistanın bu ölkəyə təyin etməyi düşündüyü səfirə aqreman verməkdən imtina edir.
“Jamanak” qəzetinin verdiyi məlumata görə, Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır.
Qəzetin yazdığına görə, Gürcüstan tərəfində ciddi şübhə var ki, S. Minasyan bu ölkədə Ermənistanı deyil, əslində Rusiyanı təmsil edəcək.Muxalifet - 5-09-2017
Güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı: axtarışa verildi
Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib.
lent.az xəbər verir ki, o, bir sıra cinayətdə ittiham olunur.
Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Rəşad Gəncinski” barəsində axtarış elan edib.Muxalifet - 5-09-2017
Azərbaycanlı 15 yaşlı oğlan universitetə qəbul olundu - FOTO
İsayev Elcan Sabir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) builki tədris ilinin ən gəc tələbəsidir.
Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.
"Qaynarinfo" xəbər verir ki, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.
Qeyd edək ki, “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.Muxalifet - 5-09-2017
Siyavuş Novruzova vəzifə verildi
Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib.
Parlamentdən modern.az-a verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb.
İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib.
Qeyd edək ki, Siyavuş Novruzov həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.Muxalifet - 5-09-2017
“MEHMAN ƏLİYEV VAHİD NAMİZƏD OLACAQ…” - Deputatdan maraqlı açıqlamalar
“Mehman bəyin siyasi fəaliyyətində gizli danışıqlara və riskli addımlar atmağa meyilli olması onun həbsini istəyənlərə imkan yaradıb ki, siyasi rəhbərliyi nəyəsə inandırsınlar”
Mehman Əliyevin həbsini və müdafiəsini təşkil edənlər arasında iqtidar nümayəndələri də olduğundan cəmiyyətin bir hissəsi əmindir ki, Turan İnformasiya Agentliyinin direktoru məmur intiriqalarının qurbanıdır. Bu versiya nə dərəcədə əsaslıdır?Muxalifet - 5-09-2017
Ağacan Əbiyev vəzifədən çıxarılmasına reaksiya verdi
Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib. Parlamentdən verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb.
İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib. S.Novruzov həm də Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədridir.
Maraqlıdır ki, Ağacan Əbiyev Unikal.org-a açıqlamasında bu qərardan xəbərsiz olduğunu bildirib: “Ola bilməz. Mən “komandirovka”dan təzə qayıtmışam. Maraqlanaram görüm nə məsələdir”.Muxalifet - 5-09-2017
Azərbaycan ulduzları Hacıbala Abutalıbova qarşı çıxdı - VİDEO
Azərbaycan şou-biznesinin ulduzları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətini kəskin tənqid ediblər.
Virtualaz.org-un məlumatına görə, məşhur müğənnilərin etirazı, hansı ki, aralarında Sevda Yəhyayeva, Manana, Elnarə Xəlilova, Samir Piriyev, Nadır Qafarzadə, Tünzalə Ağayeva, Çingiz Mustafayev, İlhamə Qasımova və başqaları var, H.Abutalıbovun bütün təşəbbüslərinin lağa qoyulduğu istehzalı mahnıya çevrilib.Muxalifet - 5-09-2017
“Bir komitəni qoyub o birinə gedəsi deyiləm ki?” – Siyavuş Novruzov
Milli Məclisin hər bir komitəsinin sədri iclaslarda seçilir. Hələ parlamentin növbəti sessiyası öz işinə başlamayıb, iclas olmaya-olmaya necə sədr seçilə bilərəm?
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra-katibinin müavini Siyavuş Novruzov Milli Məclisin İntizam Komissiyasının sədri seçilməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib.
O, komitə sədri vəzifəsinə seçimin üzv deputatların etimadı ilə reallaşdığını qeyd edib:Muxalifet - 5-09-2017