Axtarış

The search found 105779 results in 0.021 seconds.

Search results

  1. Astarada “Niva” dərəyə aşıb

    Astarada avtomobil dərəyə aşıb, xəsarət alan var.
     
    Hadisə Astaranın Miki kəndi ərazisində qeydə alınıb.
    "Niva” markalı minik avtomaşını idarəetmədən çıxaraq dərəyə aşıb.
     Nəticədə sürücü ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    Onun vəziyyətinin orta ağır olduğu deyilir.
    Fakt araşdırılır./apa

    Muxalifet - 5-09-2017

  2. 18 yaşlı gənc bıçaqlandı, ailəsi də döyüldü - AĞSTAFADA

    Ağstafa sakini bıçaqlanıb.
     
    Hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
    Kənd sakini, 1999-cu il təvəllüdlü Novruz Vəliyev qonşusu və qohumu olan şəxs tərəfindən evində bıçaqlanıb. Bədənin müxtəlif yerlərindən bıçaq xəsarətləri alan N.Vəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Muxalifet - 5-09-2017

  3. Azərbaycan – San-Marino 5:1 – Millimizin vurduğu qollar - VİDEO

    Azərbaycan – San-Marino 5:1 – Millimizin vurduğu qollar - VİDEO

    Muxalifet - 5-09-2017

  4. Naftalanda “VAZ 2107” və “Mitsubishi” toqquşub

    Naftalanda xəsarətlə nəticələnən yol qəzası baş verib.
     
    Naftalan şəhərində “VAZ 2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan biri - Naftalan şəhər sakini, 1978-ci il təvəllüdlü Ülfət Həsənov Goranboy Rrayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
     Faktla bağlı Naftalan Rayon Polis Şöbəsində araşdırma aparılır.
     

    Muxalifet - 5-09-2017

  5. Fransa Elşad Abdullayevin sığınacaq müddətini uzatmadı - SƏBƏB...

    Fransa hökuməti bu ölkədə mühacir həyatı yaşayan keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə verdiyi sığınacaq müddətini uzatmaqdan imtina edib.
     
    Bu haqda məlumatı Hollandiyada mühacirətdə olan “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli sosial şəbəkədə paylaşıb.

    Muxalifet - 5-09-2017

  6. Qəbələdəki meşə yanğını qəsdən törədilib

    Xəbər verdiyimiz kimi artıq bir neçə gündür Qəbələ və Oğuzda meşə yanğınları davam edir. Yanğının söndürülməsi üçün FHN-nin və digər aidiyyatı qurumların əməkdaşları ərazidə yanğının söndürülməsi ilə bağlı iş aparır.
     
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov unikal.org-a açıqlamasında yanğının qəsdən törədilməsini istisna etməyib:

    Muxalifet - 5-09-2017

  7. Ermənistan öz meydanında darmadağın edildi - VİDEO

    DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ermənistan millisi Danimarka ilə qarşılaşıb.
     
    Sport7.az xəbər verir ki, oyun Danimarkanın 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.
    Həmin matçın videosunu təqdim edirik:

    Muxalifet - 5-09-2017

  8. ​İran ABŞ-ın casus təyyarəsini necə qovdu?

    "The Daily Mail" yazır ki, İranın havadan müdafiə qüvvələri son 6 ayda Birləşmiş Ştatlara məxsus casus təyyarəsini və dronu ölkənin hava məkanı yaxınlığından "qovmalı" olub.
    İran hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Fərzad İsmail deyib ki, RQ-4 tipli pilotsuz dronu ölkənin hava sərhədinin yaxınlığında ötən həftə "tutulub".
    Fars agentliyinin verdiyi xəbərdə isə deyilir ki, Amerikaya məxsus U2 casus təyyarəsinə xəbərdarlıq edildikdən sonra pilot təyyarənin səmtini dəyişməli olub.

    Muxalifet2 - 5-09-2017

  9. ​Arvadın evi saxlaması kişinin sağlamlığına təhlükədir – ALİMLƏRİN YENİ TAPINTISI

    “Ailə başçısı rolunu itirən kişilər müxtəlif problemlərlə qarşılaşırlar...”
     
    "The Telegraph" qəzeti yazır ki, iş yerində uzun saatlar gərginlik içində vurnuxan kişilər üçün evdə çörək qazananın qadın olması cənnət kimi görünə bilər. Lakin indi məlum olub ki, ailənin əsas çörək gətirəninin qadın olması, evin kişisinin sağlamlığı üçün böyük təhlükə imiş.
    Alimlər aşkar ediblər ki, qadının öz qazancı ilə dolandırdığı ailədə evdar kişi olan ər ürək xəstəlikləri, insult və ikinci tip diabet təhlükəsi ilə üzləşə bilər.

    Muxalifet2 - 5-09-2017

  10. Türkiyə Suriyada hərbi əməliyyata başlayır - 25 MİNLİK ORDU İLƏ

     Türkiyə bu ay ərzində Suriyanın İdlib şəhərində yeni hərbi əməliyyata başlayacaq.
     
    Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
    Əməliyyatların “Azad Suriya Ordusu”nun bölmələri ilə birgə aparılacağı bildirilir.
    Qeyd edək ki, hazırda Suriya ilə sərhəddə 25 min türk hərbçi yerləşdirilib.

    Muxalifet - 5-09-2017

  11. Azərbaycan Fransa İctimai Televiziyasını ittiham edir

    Azərbaycan məhkəmə qaydasında fransız ictimai telekanalı “France 2”yə və jurnalist Eliza Lyusiyə qarşı təhqiqata başlayıb.
     
    Virtualaz.org “StandardRepublic” nəşrinə istinadən bildirir ki, buna səbəb onların Azərbaycan rejimini "diktatura" adlandırmaları olub.
    Məlum olub ki, “France 2”nin jurnalistləri (Eliza Lyusidən başqa Loran Rişarın da adı hallanır) 2015-ci ilin sentyabrında Azərbaycanla bağlı qərəzli reportaj hazırlayıblar və faktiki olaraq ona böhtan atıblar.

    Muxalifet - 5-09-2017

  12. Aeroport yolunda 3 maşın toqquşdu: yaralanan var - VİDEO

    Ötən gecə Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
     
     “Mercedes” markalı avtomobilin yanacağı qurtarıb. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb.
    Bu vaxt arxadan gələn “KİA” markalı avtomobil yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb, ardınca isə “London taksi”sinin sürücüsü idarəetməni itirərək maşını “KİA”ya çırpıb.
    Hadisə nəticəsində “KİA”da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 5-09-2017

  13. ​Tunisdə qadınlara qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək

    "The Guardian" yazır ki, Tunis daxildəki və xaricdəki müsəlman çevrələrindən göstərilən təzyiqlərə baxmayaraq ölkənin nikah və varislik barədə qanunlarına inqilabi dəyişikliklər etməyə hazırlaşır.
    Ötən ay prezident Beji Caid Essebsi bəyan edib ki, ölkə qadınlarına qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək. Belə qadınların valideyn ailəsindəki varislik hüquqları da saxlanacaq.
    Hazırda Tunisdə müsəlman qadınların qeyri-müsəlmanlarla evlənməsi qadağandır. Əksinə kişilər qeyri-müsəlman qadınlarla evlənə bilərlər və bu qadınlardan dinlərini dəyişmələri tələb edilmir.

    Muxalifet2 - 5-09-2017

  14. ​Doğum evində 100-dən çox uşağın ölüm səbəbi – ŞOK

    Hindistanda onlarca körpənin ölümü ilə bağlı təhqiqat başladılıb
     
    100-dən çox uşağın ölüm səbəbinin oksigen çatışmazlığı olduğu deyilir.
    Hindistan polisi ölkənin şimalında yerləşən Farruxabad şəhərinin bir xəstəxanasında onlarca yeni doğulmuş körpənin ölüm səbəbini araşdırır.
    Bir ay içində 49 uşaq Ram Manohar Lohia xəstəxanasında vəfat edib, onlardan azı 30-nun "perinatal asfiksiyadan" öldüyü iddia olunur.
    Bu, doğuş zamanı oksigen səviyyəsinin azalması ilə əlaqədardır.

    Muxalifet2 - 5-09-2017

  15. Tovuzda kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi

    Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub.
     
    Trend xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub.
    Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla, 8 nəfər tüstüdən zəhərlənib.

    Muxalifet - 5-09-2017

  16. ​ Laboratoriyada ət istehsal edildi

    "Memphis Meats" şirkətinin laboratoriyasında orijinal ət ilə eyni dadı verən dana, toyuq və ördək əti istehsal ediblər.
     
    Heç bir heyvanı kəsmədən tamamilə laboratoriya şəraitində istehsal edilən ətə "təmiz ət" adı verilib.
    Bir miqdar heyvan hüceyrəsi nümunəsi dəmir qablar içində yenidən çoxaldıb istehsal edilən "təmiz ət" 100% ət dadı verir, tərkibində antibiotik və enterobakteriya növlərinə də rast gəlmək mümkün deyil.

    Muxalifet - 5-09-2017

  17. Almaniyada dünyanın ən nəhəng “süni günəş”ini yaratdılar

    Günəş Almaniyanın Yulix şəhərinin aerokosmik mərkəzində (DLR) yaradılıb.
     
    Synlight adı daşıyan üçmərtəbəli bu qurğu, 20x20 sm sahəlik bir nöqtəyə tuşlanan 150 ədəd 7 kilovattlıq lampadan ibarətdir.
    Alimlər bu günəşin köməyi ilə, təyyarələr və avtomobillər üçün ən ekoloji təmiz yanacaq vasitəsi sayılan hidrogenin, su buxarından ayrılma texnoloqiyasını öyrənmək istəyirlər.
    Günəşin hazırlanması 3,5 milyon avroya başa gəlmişdir.

    Muxalifet - 5-09-2017

  18. Myanmadakı müsəlman qətliamının arxasında dayanan səbəb - Ekspert

    Myanma uzun illər Çinin nəzarətində olan hərbi xunta vasitəsi ilə idarə olunurdu, bu gün də Çinin həmin ölkəyə ciddi təsirləri var.
     
     1990-cı illərin əvvəlində məlum oldu ki, Myanma dünyanın ən çox neft-qaz, uran olan 20 ölkəsindən biridir. Bir neçə il öncə Beynəlxalq Enerji Agentliyi elan etdi ki, Myanma yaxın 30 ildə ən çox yeni neft-qaz yatağı kəşf ediləcək 5 ölkədən biri olacaq. Artıq 2000-2010-cu illərdə Çin Myanmaya 14 mlrd. dollar sərmayə qoymuşdu.

    Muxalifet - 5-09-2017

  19. Ermənistanda Rəsədxana TƏHLÜKƏDƏ – Yanğın nəzarətdən çıxır

    Ermənistanın Araqsotn vilayətində dağlıq ərazidə meşə sahəsində yanğın davam edir.
     
    Ermənistan KİV xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
    Xəbərə görə, xilasedici desant qüvvələri ən təhlükəli əraziyə - Burakan kəndinin yaxınlığında yanğının söndürünməsinə cəlb edilib. Burada yerləşən Astrofizika Rəsədxanasının yanğınlar səbəbindən təhlükədə olduğu bildirilir.

    Muxalifet - 5-09-2017

  20. Messi türk ulduzun "Barselona"ya transferini əngəlləyib

    Bu yay adı "Barselona" ilə yanaşı çəkilən Məsut Özilin Kataloniya klubuna transfer olunmamasının səbəbi müəyyənləşib. Transferi Lionel Messi əngəlləyib.
     
    Bildirilir ki, argentinalı ulduz Məsut Özillə birlikdə oynamağın faydalı olmayacağını rəhbərliyə deyib və transferin reallaşdırılmamasını istəyib. Lionel Messinin hansı səbəbdən bu qənaətə gəldiyi açıqlanmır. (fanat.az)

    Muxalifet - 5-09-2017

Pages