Qazaxda 80 yaşlı kişi özünü yandırıb

Onun ruhi əsəb xəstəsi olduğu bildirilir
 
Qazax rayonunda 80 yaşlı kişi özünü yandıraraq öldürüb.
Hadisə Qazax rayonlararası Ruhi Xəstəxanasında baş verib.
Belə ki, 20 gün əvvəl xəstəxanaya yerləşdirilən Ağstafa rayon sakini, 1937-ci il təvəllüdlü Tahir Məhəmməd oğlu Hüseynov özünü yandırıb və ağır dərəcəli yanıq xəsarəti alıb. O, daha sonra aldığı xəsarətlərdən ölüb. Yaxınlarının bildirdiyinə görə, xəstəxanadan onlara yaşlı kişinin özü-özünü yandırdığını bildiriblər.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.