Ağstafada yaşlı qadın tualet quyusuna düşüb

Qadın FHN xilasediciləri tərəfindən quyudan çıxarılıb
 
Ağstafa rayonunda tualet quyusuna düşən 86 yaşlı qadın çıxarılıb.
Rayonun Poylu qəsəbəsinin sakini 1931-ci il təvəllüdlü  Zərəngiz Süleyman qızı Mustafayeva rayonun Qarahəsənli kəndində yaşayan qızının evinə gedib. Orada tualet quyusuna düşüb.
Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri qadının oradan çıxarıblar. Təcili Tibbi Yardım Stansiyasının həkimləri qadına ilkin tibbi yardım göstəriblər. Huşsuz vəziyyətdə quyudan çıxarılan qadının vəziyyətinin ağır olduğu bildirilir.