Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
Əsnək əsnək gətirir - SƏBƏBİ...
Deyirlər, əsnək əsnək gətirir. Hətta siz bu xəbəri oxuyarkən də əsnəyəcəksiz. Bu, təsadüf deyil. Nottinqham Universitetinin araşdırmaçıları insanların əsnəyərkən niyə biri-birilərinə təpki verdiyini öyrənməyə çalışıb.
Muxalifet2 - 4-09-2017
Rusiya Kim Çenin arxasında dayandığını bəyan etdi – “ABŞ-ın ŞƏRQİ ASİYADA YERİ YOXDUR”
“Assoşieyted Press” informasiya agentliyi Kim Çenin yeni bir raket sınağına hazırlaşdığını son dəqiqə xəbərlərində dünyaya yayıb.
Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın hidrogen bombası sınağından sonra həyacan rejiminə keçən Cənubi Koreya, ard-arda “Hyunmoo II” ballistik raket atəşləri açıb. ABŞ və Cənbi Koreya artan təhdidə qarşı birgə təlimləri daha da intensivləşdirməyi qərara alıblar. AP və “Röyters” təlimlərdə çəkilən fotoları dünyaya yaymaqdadırlar.Rusiya Şimali Koreyanı dəstəkləyir
Muxalifet2 - 4-09-2017
İlon Mask: “Üçüncü dünya müharibəsinin səbəbi olacaq hadisə...”
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Rusiya prezidenti Vladimir Putinin süni intellekt barədə dediyi sözləri şərh edib.
“Gazeta.ru” xəbər verir ki, Putin bu məsələ ilə bağlı fikrini bildirərkən süni intellekt sahəsində liderliyi qazanan ölkənin “dünyanın hökmranı”na çevriləcəyini bəyan edib.
“Çin, Rusiya, tezliklə bütün ölkələr kompüter elmlərində güclü olacaq. Milli səviyyədə süni intellekt sahəsində birincilik uğrunda rəqabət, çox güman ki, Üçüncü dünya müharibəsinin səbəbi olacaq”, - Mask “Twitter”dəki mikrobloqunda yazıb.Muxalifet - 4-09-2017
Saakaşvili Danimarkaya getdi
Gürcüstanın eks-perzidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Kopenhagenə - Avropa Xalq Partiyasının rəhbərləri və Avropa parlamentinin üzvləri ilə görüşə yollanıb.
O, bu barədə özünün “Facebook” səhifəsində yazan siyasətçi qeyd edib:
“Səhər Avropanın ən iti siyasi birliyinin sədri Cozef Doul və baş katib Antonio Salafranka ilə maraqlı söhbətimiz oldu. Eyni zamanda, çoxlu müsahibə verdim”.Muxalifet - 4-09-2017
Britaniya eksperti: “Bizim üçün ən böyük təhlükə Səudiyyə Ərəbistanı, ən təbii müttəfiq isə İrandır” – TƏHLİL
Sünnilərin şiələrə köhnə nifrətinin bəlirtisinin təzahürü olan İraq, Suriya və Yəmənin saysız-hesabsız şəhərləri kimi Səudiyyənin Əvamiyə şəhərinin bu gün ancaq adı qalıb. BMT keçən ay Səudiyyə rejiminin bu şəhərin şiə sakinlərinə hücumundan bir neçə gün qabaq buranı unikal mədəniyyət və dini önəmli yer adlandırıb.
Muxalifet2 - 4-09-2017
İran Azərbaycandan İsraildə səfirlik açmamasını tələb edir
İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.
“Farsnews” xəbər verir ki, Təbrizdə islam ölkələrinin KİV nümayəndələri ilə görüşən Əl-Haşem bəyan edib ki, bəzi ölkələr İranla Azərbaycanı bir-birindən uzaqlaşdırmağa çalışır. “Buna görə də, biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin”, - İran ruhaniliyinin təmsilçisi deyib.Muxalifet - 4-09-2017
“Burdan Qurban Qurbanovun üzünə deyirəm ki...” - BƏHRAM
Teleqraf.com tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, rəssam, yumor ustası və ən əsası Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin 45 illik yubileyi ilə əlaqədar özəl müsahibə götürüb:
- Bəhram bəy, bu gün sizin ad gününüzdür. Yubileyiniz münasibətilə sizi təbrik edirik. Özünüzə nə arzu edirsiniz?
Muxalifet - 4-09-2017
Türklər Şimali İraqdakı hava əməliyyatı zamanı 4 TERRORÇUNU MƏHV ETDİ
Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Zap bölgəsində terrorçulara qarşı hava əməliyyatı təşkil edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 4 terrorçu məhv edilib.
Türkiyə Baş Qərargahının rəsmi internet səhifəsindən hadisə ilə bağlı açıqlama yayımlanıb. Açıqlamada bildirilir ki, məhv edilən terrorçuların bölgədəki hərbi bazalara hücum etməyə hazırlaşması təsbit edilib.
Hava hücumu da məhz bu səbəbdən təşkil edilib.Muxalifet2 - 4-09-2017
Ramil Quliyev “Avropada ayın atleti” seçildi
Ramil Quliyev “Avropada ayın atleti” seçilib.
Seçim Avropa Atletizm Birliyi tərəfindən internetdə sorğu əsasında edilib.
Birliyin tvitter hesabında bu barədə açıqlama verilib. AAB tərəfindən hər ay belə sorğular təşkil edilir. R.Quliyev isə avqust ayının atleti seçilib.
Qeyd edək ki, azərbaycanlı atlet Ramil Quliyev ötən ay Londonda keçirilən Dünya çempionatında 200 metr qaçısı ilk olaraq tamamlamışdı. Bununla da Türkiyəyə kişilər arasında 200 metrə qaçışda ilk qızıl medal qazandıraraq tarixə düşüb.Muxalifet - 4-09-2017
NATO-nun mobil qrupu Hərbi Hava Qüvvələrimizdə təlim kursu keçir
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Hərbi Hava Qüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin saytı bildirir ki, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının iştirak etdiyi təlim kursu sentyabrın 8-dək davam edəcək.Muxalifet - 4-09-2017
Quzğun turistlərlə söhbət etdi - VİDEO
İngiltərənin Yorkşire bölgəsində tarixi qalada qəribə görüntü qeydə alınıb. Qalanın başında yaşayan quzğun turistlərlə söhbət edib.
Türkiyə mətbuatı ki, əvvəlcə bundan təəccüblənən turistlər daha sonra quzğunla danışmağa başlyıblar. Heyvan əvvəlcə “hello” (salam) deyə müraciət edib. Bir müddət bu sözü təkrarladıqdan sonra “what the matter?” (problem nədir?) deməyə başlayıb.
Bu sual qarşısında turistlər daha da təəccüblənib. Bundan sonra quzğun “what are you looking for?” (nə axtarırsınız?) deyə soruşub. Bu sual qarşısında turistlər deməyə söz tapmayıb.Muxalifet2 - 4-09-2017
Sərnişin avtobusu 67 yaşlı kişini vurdu
Bakıda sərnişin avtobusu piyadanı vurub.
Yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb.
Belə ki, Abbas Muradovun idarə etdiyi 35 saylı marşrut avtobusu 8-ci kilometr bazarının qarşısında yol kənarında dayanmış 67 yaşlı Mehrəliyev Şahmar Xıdır oğlunu vurub. Ş.Mehrəliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 4-09-2017
“Kokain kralı” ləqəbli mafiya başçısı tutuldu
İtaliyada ən çox axtarılan mafiya başçılarından biri - Rokko Morabito Uruqvayda yaxalanıb.
Hurriyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, Uruqvay Daxili İşlər Nazirliyi 1994-cü ildən bu vaxtadək narkotik maddə qaçaqmalçılığı və mafiya fəaliyyəti səbəbiylə axtarışda olan Morabitonun paytaxt Montevideodakı otellərdən birində ələ keçdiyini açıqlayıb.
11 ildir port şəhəri olan Punta del Estedə yaşayan Morabito qızını öz soyadıyla məktəbə qeyd etdirərkən diqqət çəkib.Muxalifet2 - 4-09-2017
Kadırov Arakana görə minlərlə çeçeni mitinqə çıxardı
Çeçenistanın paytaxtı Qroznuda Myanmada müsəlmanların kütləvi qətlinə qarşı etiraz aksiyası başlayıb.
Axar.az xəbər verir ki, aksiyada minlərlə insan iştirak edir.
Etiraz aksiyası zamanı “Myanmada genosidə yox”, “Birmadakı müsəlmanlara qarşı təyziqləri dayandırın” şüarları səsləndirilir. Mitinqə həmçinin Çeçenistan lideri Ramzan Kadırov, spiker Maqomed Daudov da qatılıb.Muxalifet2 - 4-09-2017
Gözəl Bayramlının bacısı: ‘Bir qadının ölümü ilə əllərinə nə keçəcək?’
“Axı, niyə oturdublar içəridə? Neyləyib? Adam öldürüb? Cinayətkardımı o? Onu məhkəməyə gətirəndə bu ölkədə yaşadığıma görə özümə nifrət etdim. Bu adam neyləyəcək sizə? Üstünüzə hücum çəkəcək? Bir BTR-ləri əskik idi. Abdulla Öcalanı məhkəməyə elə gətirmirdilər ki, Gözəli elə gətirirdilər”.
“Halbuki heç 12 qəpiyi yoxdur bu adamın, borc alıb gedib həkimə”.
Muxalifet - 4-09-2017
İranın sonunu gətirəcək su problemi
"Su bohranı gələcək 15 ildə bizim bir neçə min illik tariximizin məhvinə səbəb olacaq".
Bunu İranın ətraf mühitin qorunması və ekologiya təşkilatının sədri İsa Kələntəri bu gün keçirdiyi mətbuat konfransında deyib.Muxalifet - 4-09-2017
Azərbaycan San-Marinonu darmadağın etdi – 5:1
Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını məğlub edib.
Milli komanda "Bakcell Arena"da baş tutan görüşdə rəqibini 5:1 hesabı ilə üstələyib. Bununla da yığma seçmə mərhələlərdə ilk dəfə 10 xal toplanış olub və bir tsikldə 3 qalibiyyət əldə edib.
Bu zəfər sayəsində milli yer aldığı C qrupunda 3-cü pilləyə yüksəlib.Muxalifet - 4-09-2017
Xəzərdə batan gənc qızın cəsədi tapılıb
Arzu Hacızərovanın cəsədi Qaxa gətirilib
Xəzər dənizində batan qızın cəsədi tapılıb.
Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı deyilən Qax rayon sakini, 1990-cı il təvəllüdlü Arzu Nazim qızı Hacızərovanın cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
Gənc qızın cəsədi doğulduğu Qax rayonuna gətirilib.Muxalifet - 4-09-2017
Şəkidə 28 yaşlı gənc göldə batıb
Vüsal Məmmədov kənd ərazisində göldə çimərkən boğulub
Şəkidə 28 yaşlı gənc göldə batıb.
Hadisə axşam saatlarında rayonun Fazıl kəndində baş verib.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehman oğlu Məmmədov kənd ərazisində göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılıb.
Qeyd edək ki, V. Məmmədov Fazıl kəndinə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 4-09-2017
Türkiyə və İran arasında Myanma müzakirələri
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı əsas müzakirə mövzusu Myanmanın Arakan əyalətində müsəlmanların vəziyyəti olub.
Qeyd edək ki, Arakanda müsəlmanların kütləvi surətdə qırğına məruz qaldığı bildirilir.Muxalifet - 4-09-2017