Axtarış

The search found 105779 results in 0.026 seconds.

Search results

  1. ​Bakıda ər və arvadı maşın vurdu - HƏR İKİSİ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

    Bakının Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    "Report" xəbər verir ki, Qara Qarayev prospektində yolu keçmək istəyən ər və arvad – 1994-cü il təvəllüdlü Rəhimova Aygün Aleksandr qızı və 1963-cü il təvəllüdlü Azadov Fərahim Azad oğlunu minik avtomobili vurub.
    Ağır xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.
     

    Muxalifet3 - 6-09-2017

  2. ​Lənkəranda 24 yaşlı oğlanın boğazı kəsildi

    Lənkəranda 24 yaşlı şəxsin boğazı kəsilərək xəstəxanaya yerləşdirilib.
    Hadisə Lənkəranın Vilvan kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Asim Təvəkkül oğlu Cəfərov boyun nahiyəsinin kəsilməsi diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb. Yaxınlarının verdiyi məlumata görə, onun boynunu dəmir kəsib(publika.az).

    Muxalifet - 6-09-2017

  3. Şəmkirdə narkomanlar xəstəxanaya basqın edib

    Onlar, həmçinin xəstələrə və yaxınlarına təzyiq göstərərək xuliqanlıq ediblər
     
    Şəmkirdə narkotik maddələrin təsiri altında olan şəxslər xəstəxanaya basqın ediblər.
    Şəxsiyyətləri hələ ki, məlum olmayan 4 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxasının Travmatologiya şöbəsinə gələrək orada hay-küy salıblar. Onlar, həmçinin xəstələrə və yaxınlarına təzyiq göstərərək xuliqanlıq ediblər.

    Muxalifet - 6-09-2017

  4. Goranboyda 30 yaşlı gənci maşın vuraraq öldürüb - FOTO

    Hadisə Qızılhacılı kəndi ərazisində baş verib
     
    Goranboy-Naftalan yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
    Hadisə Goranboyun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.
    İlkin məlumata görə, ölən şəxs 1987-ci il təvəllüdlü Qocayev Məmməd Şirin oğludur.

    Muxalifet - 6-09-2017

  5. Saatlıda yaralının yaxınları xəstəxanada həkimi döyüblər

    Hadisə həkim yaralı qadına ilkin tibbi yardım göstərən zaman baş verib
     
    Saatlıda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
    Hadisə rayonda fəaliyyət göstərən Xəyal restoranının yaxınlığında qeydə alınıb.

    Muxalifet - 6-09-2017

  6. Merkeli seçki mitinqində pomidorla vurdular

    Almaniya kansleri hadisəyə təbəssümlə reaksiya verib
     
    Naməlum şəxslər çərşənbə axşamı Heydelberq şəhərindəki (Baden-Vürtemberq federal torpağı) tələbə şəhərində keçirilən seçkiqabağı mitinqdə Almaniya kansleri Angela Merkelə pomidor atıblar.
    TASS xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
    Məlumata görə, hökumət başçısı vəzifəsinə namizəd üç min seçici qarşısında çıxış edib. Çıxışın sonuna yaxın kütlədən ona tərəf iki pomidor atılıb. Onlardan biri kanslerin sol buduna, digəri isə görüşün aparıcısına dəyib.

    Muxalifet - 6-09-2017

  7. Toyda kütləvi dava: 1 nəfər bıçaqlanıb - NEFTÇALADA

    Hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb
     
    Neftçalada toyda kütləvi dava olub.
    Hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb.
    Belə ki, toyda baş verən kütləvi dava zamanı Günəşli kənd sakini, 36 yaşlı Elnur Əzizağa oğlu Səlimov bıçaqlanıb, digər həmyerlisi, 47 yaşlı Elxan İmanqulu oğlu Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elnur Səlimov Neftçala, Elxan Abdullayev isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

    Muxalifet - 6-09-2017

  8. BMT Myanmanı Arakan müsəlmanlarına vətəndaşlıq və hüquqi status verməyə çağırıb

    Baş katib: Mən Myanma hakimiyyətini bu zorakılığa son qoymağa çağırıram
     
    BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə hüquqi status və mümkün qədər vətəndaşlıq verməyə çağırıb.
    RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib.
    "Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da hələlik hüquqi status vermək çox vacib olacaq", - deyə o bildirib.

    Muxalifet - 6-09-2017

  9. “Qarabağ”dan gələn təklifə təəccübləndim" - Enrike

     “Əvvəlcə “Qarabağ”dan gələn təklifə təəccübləndim. PAOK-da vəziyyət yaxşı deyildi. Başa düşürdüm ki, komandanın Avropa Liqasında qrupa vəsiqə qazanmaq şansı azdır”.
     
    Bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Enrike deyib.
    Braziliyalı yarımmüdafiəçi “Arena Press” qəzetinə açıqlamasında Ağdam klubuna keçidi haqda danışıb:

    Muxalifet - 6-09-2017

  10. Müharibə olmaması üçün 5 səbəb

    Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən həyata keçirilən son sınaqlar və təhlükələrə baxmayaraq, ABŞ KXDR-ə qarşı hərbi əməliyyatlara başlamayacaq.
     
    Bu haqda Mayami Universitetinin politologiya departamentinin professoru Cun Teufel Dreyer bildirib.
    Professor fikrini əsaslandırmaq üçün beş səbəb göstərib.

    Muxalifet - 6-09-2017

  11. Hərbi əməkdaşlıq: Bakı-Tiflis-Ankara birləşir

    Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi münasibətləri hərbi-siyasi əməkdaşlığa çevrilir.
     
    Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Türkiyə, Gürcüstan və Azərbaycan XİN başçılarının görüşünü şərh edərkən deyib. O bildirib ki, tərəflər hər üç ölkənin müdafiə sistemlərini birləşdirmək üçün çalışırlar:

    Muxalifet - 6-09-2017

  12. Bu gün Mehman Əliyevin məhkəməsidir

    Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin girov əvəzində həbsdən azad edilməsi barədə vəsatətə baxılacaq.
     
    Modern.az xəbər verir ki, bu haqda onun vəkili Fuad Ağayev bildirib.
    Xatırladaq ki, avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib.

    Muxalifet - 6-09-2017

  13. Çingiz Abdullayev və Fərhad Bədəlbəyli Mehman Əliyevə görə prezidentə müraciət etdi

    "Cənab Prezident, biz cəmiyyətin yaxşı tanıdığı bir jurnalistin taleyindən narahatlığımızı ifadə edirik. İstintaqın obyektiv aparılmasına və Mehman Əliyev barəsində həbs qətiimkan tədbirinin dəyişdirilməsinə kömək göstərməyinizi xahış edırık".
     
    Bu barədə Azərbaycanın tanınmış ictimai xadimlərinin həbsdə olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı prezident İlham Əliyevə ünvanladığı müraciətdə deyilir.

    Muxalifet - 6-09-2017

  14. "Kopenhagen"in məşqçisi "Qarabağ"a məğlubiyyətə görə işindən kənarlaşdırılıb

    Klub baş məşqçinin əsas köməkçisi ilə müqaviləyə vaxtından əvvəl xitam verib
     
    Danimarkanın "Kopenhagen" futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.
    40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.

    Muxalifet - 6-09-2017

  15. 77 yaşlı qadın ağacdan yıxılaraq ölüb - BAKIDA

    Bakıda 77 yaşlı qadın ağacdan yıxılaraq ölüb.
     
    Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova ağacdan yıxılaraq ölüb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 6-09-2017

  16. Ağdaşda 53 yaşlı kişi sirkə içərək intihara cəhd edib

    Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.
     
    Ağdaş şəhəri Cəlil Məmmədquluzadə küçəsində yaşayan, 1964-cü il təvəllüdlü Rüstəmov İlqar Məmmədəli oğlu intihar məqsədilə sirkə turşusu içib.
     Ailə üzvləri İlqar Rüstəmovu ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
     Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet - 6-09-2017

  17. Marşrut avtobusu 67 yaşlı kişini vuraraq öldürüb - BAKIDA

    Bakıda marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib.
     
    Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda Valeh Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ötən gün orada ölüb.
     Faktla bağlı araşdırma aparılır./apa

    Muxalifet - 6-09-2017

  18. Gədəbəydə avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

    Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
     
     Lent.az xəbər verir ki, Gədəbəy-Şəmkir yolunun 1-ci kilometrliyində "Hyundai" markalı, 99 GZ 021 dövlət qeydiyyat nişanlı minik avtomobili 2010-cu il təvəllüdlü Hüseynli Elxan Elnur oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.
     Bildirilir ki, hadisə 7 yaşlı Elxan yolu keçməyə çalışarkən baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 6-09-2017

  19. Prezident “Xankəndi” sualtı gəmisinin təqdimat mərasimində

    Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.
     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Muxalifet - 6-09-2017

  20. Azərbaycanlı və erməninin yaratdığı cinayətkar qrup ifşa olunub – XARKOVDA

    Xarkovun Dzerjinski məhkəməsi Azərbaycandan və Ermənistandan olan  cinayətkarlar dəstəsinin məsələsinə baxıb.
     
     Dəstədə həmçinin Xarkov sakini olan üçüncü bir cinayətkar da olub. Onlarla birlikdə müttəhimlər kürsüsündə Mariupolda yaşayan bir qadın da əyləşib.
    Virtualaz.org bildirir ki, bu barədə “Depo. Xarkov” nəşri məlumat yayıb.
    Məhkəmə müəyyən edib ki, 25 fevral 2015-ci ildə həmin qadın öz rəfiqəsigildə qonaqlıqda olub. O orada onun zəngin dostu haqqında eşidib və ona hücum etməyi təklif edib.

    Muxalifet - 6-09-2017

Pages