Axtarış

The search found 105779 results in 0.08 seconds.

Search results

  1. Prezidentdən dünya çempionlarına fərdi təqaüd

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
     
    Sənəddə qeyd olunub ki, Fransanın paytaxtı Paris şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında Əliyev Hacı Azər oğlu və Almaniyanın Hamburq şəhərində keçirilmiş boks üzrə dünya çempionatında Məcidov Məhəmmədrəsul Yusupoviç yüksək nəticələr əldə edərək üçqat dünya çempionu adını qazanıb və Azərbaycan idmanının şöhrətini daha da artırıblar.

    Muxalifet - 5-09-2017

  2. Moskvada “Ararat” futbol klubu fəaliyyətini dayandırır

    Sentybarın 7-də Ryazana qarşı keçiriləcək matç komanda üçün sonuncu olacaq
     
    Rusiyanın “Ararat” futbol klubu fəaliyyətini dayandıracaq. “Report” xəbər verir ki, bu barədə “Sport-Ekspress”ə Moskva təmsilçisinin baş məşqçisi Aleksandır Qriqoryan bildirib.

    Muxalifet - 5-09-2017

  3. Azərbaycanlı İŞİD-çilər İraqda kürd qüvvələrinə təslim oldu

    İraqda yüzlərlə İŞİD üzvü ailələri ilə birlikdə kürd-peşmərgə silahlı birləşmələrinə təslim olub.
     
    Onların arasında azərbaycanlıların da olduğu bildirilir.Virtualaz.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Haşdi Şabi silahlılarının və İraq əsgərlərinin onları öldürməsindən qorxan 250-yə yaxın İŞİD üzvü öz ailələri ilə birlikdə Telafer şəhərinin şimalındakı İyaziyə qəsəbəsində Peşmərgə qüvvələrinə təslim olub.

    Muxalifet - 5-09-2017

  4. “Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanda finq atır” – MEŞƏ YANĞINLARININ PƏRDƏARXASI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov unikal.org-a açıqlamasında Qəbələ və Oğuzda meşə yanğınlarının qəsdən törədilməsini istisna etməyib:
    “Meşənin qəsdən yandırıldığı istisna edilmir. Güman edirik ki, yanğın meşə oğruları, yəni brokonyerlər tərəfindən törədilib. Çünki yanğının traektoriyasından belə məlum olur ki, bu hadisə ehtiyatsızlıqdan baş verməyib. Bununla bağlı araşdırma aparılacaq. Əgər fakt təsdiqini taparsa, hadisəni törədən şəxs və yaxud şəxslər müəyyənləşdirilərək cəzasını alacaqlar”.

    Muxalifet2 - 5-09-2017

  5. “Azərboru” 2 aydır maaş vermir

    Sumqayıt "Azərboru" zavodunda 2 aydır ki, maaş verilmir.
     
    Zavodun işçilərindən xeberle.com-a verilən məlumata görə, rəhbərlik onlara hər gün məvaciblərinin bu gün veriləcəyini deyir. Lakin yenə də maaşdan əsər-əlamət yoxdur.
    Məsələ ilə bağlı zavodun iş icraçısı ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb.

    Muxalifet - 5-09-2017

  6. Azərbaycan torpağında qlobal güclər toqquşacaq

    "Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq".
     
    Bu proqnozla “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin inkişafını şərh edərkən çıxış edib.
    Ekspertlər əmindirlər ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına az vaxt qalıb.
    Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər.

    Muxalifet - 5-09-2017

  7. Nazirliyin işçilərinin sayı azaldıldı

    İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
     
    Fərmana əsasən nazirliyin əməkdaşlarının sayı azaldılıb:

    Muxalifet - 5-09-2017

  8. “Qarabağ”ın oyunu təxirə salındı

    Ağdamın “Qarabağ” komandası Peşəkar Futbol Liqasına müraciət edib.
     

    Muxalifet - 5-09-2017

  9. 1 milyon çeçen Myanmada müsəlman soyqırımına etiraz etdi – VİDEO

    Çeçenistan prezidenti Ramzan Kadırovun çağırışı ilə paytaxt Qroznı şəhərində 1 milyon insan Myanmada müsəlmanlara qarşı həyata keçirilən dəhşətli soyqırıma etiraz edib.
    Muxalifet.az həmin izdihamlı aksiyanın görüntülərini təqdim edir:

    Muxalifet3 - 5-09-2017

  10. ​ “Putin hesab edir ki...” - Saakaşvili Moskvanın PLANINI AÇIQLADI

    Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi imkanını şərh edib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülhməramlıların tərkibində Rusiya hərbiçilərinin olacağını düşünür.

    Muxalifet3 - 5-09-2017

  11. ​Zidan göz yaşlarını saxlaya bilmədi - VİDEO

    “Real”ın baş məşqçisi Zinəddin Zidan Fransa mətbuatına müsahibə verib.
    Publika.az xəbər verir ki, müsahibə zamanı jurnalistlərin ona hazırladığı kadrlar qarşısında təəccübünü gizlədə bilməyən futbolçu göz yaşlarına hakim ola bilməyib.
    Atasını görən Zidan onu çox sevdiyini və 2006-cı il Dünya Kubokunda ani əsəblə Materazziye atdığı baş zərbəsi ilə öyünmədiyini deyib.
     
     

    Muxalifet3 - 5-09-2017

  12. ​"Azərbaycan, Gürcüstan və Türkiyə arasında müzakirə olunacaq çoxlu sayda məsələlər var" – İLHAM ƏLİYEV

    Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

    Muxalifet3 - 5-09-2017

  13. ​Gədəbəydə qadın özünü güllələdi – İNTİHARA CƏHD

    Gədəbəydə qadın özünü güllələyib. Hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Kənd sakini 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat olunur. İlkin məlumata görə, 51 yaşlı qadın ailə münaqişəsi zəminində özünə atəş acıb.
    S. Məmədovanın ailəli olduğu, lakin övladı olmadığı bildirilir.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(apa).
     

    Muxalifet3 - 5-09-2017

  14. ​Futbol üzrə DÇ-2018-in daha bir iştirakçısı bəlli oldu

    Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub. Belə ki, Cənubi Koreya mundiala vəsiqəni rəsmiləşdirib.
    Asiyalılar seçmə mərhələnin 10-cu turunda Özbəkistanla qolsuz heç-heçə edərək xalını 15-ə çatdırıb və A qrupunu 2-ci pillədə başa vurub. Bununla da İranın ardınca koreyalılar da mundialda oynamağı təmin edib.
    Qeyd edək ki, Cənubi Koreya yığması ev sahibi Rusiya, həmçinin Braziliya, İran, Yaponiya, Meksika və Belçikadan sonra mundialda iştirak hüququna yiyələnən 7-ci komanda olub.

    Muxalifet3 - 6-09-2017

  15. ​“Gürcüstan və Azərbaycan sadiq dost ölkələrdir” – GÜRCÜ NAZİR

    Gürcüstan və Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, sadiq dost və qonşu ölkələrdir.
    Bu barədə Bakıda səfərdə olan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze “Twitter” hesabında yazıb.
    Gürcü nazir isti qarşılanmaya görə Gürcüstanın böyük dostu Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

    Muxalifet3 - 6-09-2017

  16. İraqın Telafer şəhərində 1300 İŞİD silahlısı təslim oldu

    Terrorçuların çoxu çeçen, əfqan, rus, fransız və ingilisdir
     
    İraqın Telafer şəhərinin İŞİD terror qruplaşması üzvlərindən təmizlənməsi əməliyyatı zamanı təslim olan yaraqlıların sayı açıqlanıb.
    İraq təhlükəsizlik qüvvələrindəki bir səlahiyyətli şəxsin məlumatına görə, Telafer əməliyyatı nəticəsində əcnəbi əsilli 1300 İŞİD üzvü təslim olub.
    Onların Mosulun cənubunda yerləşən Hamam əl- Əlil Əsgəri bazasında dustaq edildiyi bildirilir.

    Muxalifet - 6-09-2017

  17. Türkiyədə 477 miqrant saxlanıldı – YUNANISTANA KEÇMƏYƏ CƏHD EDİBLƏR

    Türkiyənin Ədirnə şəhərində 477 miqrant saxlanılıb.
    Türkiyə mətbuatının verdiyi xəbərə görə, saxlanılanlar Əfqanıstan, Hindistan, Suriya, Pakistan, İran, Fələstin, Myanma və Banqladeş vətəndaşlarıdır.
    Onlar qanunsuz yolla Yunanıstan ərazisinə keçməyə cəhd ediblər.
    Saxlanılanlar ilkin araşdırmalardan sonra Ədirnə Miqrasiya İdarəsinə göndərilib.

    Muxalifet3 - 6-09-2017

  18. “Mersedes” 41 yaşlı kişini vurub – BAKIDA

    Sürücü saxlanılıb
     
    Bakıda minik avtomobili piyadanı vuraraq ona ağır xəsarət yetirib.
    Yol-nəqliyyat hadisəsi Nizami rayonunda baş verib.
    Metronun Koroğlu stansiyasının yaxınlığında yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1976-ci il təvəllüdlü Əliyev Telman Aslan oğlunu "90-PC-386" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü vurub.
    Nəticədə piyada ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

    Muxalifet - 6-09-2017

  19. ​Qarətçilər sabiq dövlət katibini döydülər

    Parisdə naməlum şəxslər Fransanın sabiq dövlət katibi və Eson departamentini təmsil edən senator Jan Vinsen Plaseyə hücum ediblər. “RİA Novosti”nin verdiyi xəbərə görə, hücumun qarət məqsədi ilə törədildiyi ehtimal edilir. 
    Jan Vinsen Plase keçmiş prezident Fransua Ollandın administrasiyasında dövlət islahatlaşdırılması məsələləri üzrə dövlət katibi vəzifəsində çalışıb.  
    İnsident sentyabrın 3-nə keçən gecə baş verib. Cinayətkarlar sabiq məmurdan 7 min avro dəyərində saatını əlindən almağa çalışarkən onun baş nahiyəsinə xəsarət yetiriblər.  

    Muxalifet3 - 6-09-2017

  20. Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxs polis idarəsində intihara cəhd edib

    Hadisə Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsində qeydə alınıb
     
    Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib.
    Hadisə Nərimanov Rayon Polis İdarəsinin (NRPİ) müvəqqəti saxlama məntəqəsində qeydə alınıb.

    Muxalifet - 6-09-2017

Pages