Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
"Barselona" Arda Turanı "Qalatasaray"a göndərir
Avropada transfer pəncərəsi bağlansa da, Türkiyədə klublar sentyabrın 8-dək heyətlərinə yeni oyunçular qata biləcəklər.
Fanat.az xəbər verir ki, fürsətdən yararlanmaq niyyətində olan "Qalatasaray"da da transfer çalışmalarını davam etdirir.
İspaniyanın məşhur "El Mundo Deportivo" qəzeti yazır ki, "Barselona" rəhbərliyi uzun müddətdi İstanbul klubunun hədəfində olan Arda Turanla bağlı qərar verib. Kataloniyalılar türk futbolçunu "Qalatasaray"a göndərmək istəyir və bu barədə qərar bu həftə açıqlanacaq.Muxalifet - 4-09-2017
"Torqovı"da pantomima göstərən turistə polis müdaxiləsi - FOTOLAR
Bakının Nizami küçəsində pantomima tamaşası göstərməyə çalışan turistə polis müdaxiə edib.
Hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, ötən gün "Tarqovı" adlanan ərazidə pantomima göstərməyə çalışan turist qrimlənmiş vəziyyətdə dayanıb. Görənlərin böyük marağına səbəb olan bu səhnəcik çox keçmədən polis müdaxiləsi ilə dağıdılıb.
Baş verən hadisədən heç nə anlamayan turistə qadağa ilə bağlı məlumat verilib. Aktyor turist hadisə yerindən uzaqlaşıb.Muxalifet - 4-09-2017
Oğuz rayonunda meşə yanğını söndürüldü
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının əziyyəti və fədəkarlığı sayəsində, o cümlədən FHN-in işçilərinin səyləri nəticəsində ötən gün gecə saat 4 radələrində tam olaraq söndürülüb.
Bu barədə ETSN-in mətbuat xidmətindən bildirilib.Muxalifet - 4-09-2017
Yasamal Məhkəməsinin qərarından apellyasiya şikayəti verildi - "MEHMAN ƏLİYEV İŞİ"
"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin tutulması ilə bağlı Yasamal Rayon Məhkəməsinin avqustun 31-də qəbul etdiyi qərardan apellyasiya şikayəti verilib.
Bu barədə vəkil Fuad Ağayev bildirib.
Avqustun 24-də saat 18.20-də Mehman Əliyevə onun şübhəli şəxs qismində tutulması haqqında qərar elan edilib. Müstəntiqin qərarına əsasən Cinayət Prossesual Məcəllənin 147.2.1 maddəsinə istinadən, yəni M.Əliyev cinayət törətməsinə şübhə yarandığına görə o, tutulub.Muxalifet - 4-09-2017
Arif Hacılıdan Mehman Əliyevin xanımına müraciət
Müsavat başqanı Arif Hacılı vergi borcu ittihamıyla həbs olunmuş Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin xanımı Zemfira Əliyevanın mətbuata verdiyi müsahibəsi ilə bağlı bu sözləri deyib.
“Mehman bəyin həbsdə olduğunu onun 86 yaşlı atasına da deyin Zemfira xanım.”
Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Mehman Əliyevin xanımı deyib ki, Mehman bəylə fəxr edir.
Biz hamımız Mehman bəylə fəxr edirik.
Özünü tanıyan hər bir Azərbaycan vətəndaşı onunla fəxr edir.Muxalifet - 4-09-2017
Arda Turandan canlı yayında şok etiraf
Arda Turan Türkiyəyə qayıtmayacaq.
Bir neçə müddətdir transfer qalmaqalı yaşayan Arda Turan canlı yayımda iştirak edib. Futbolçu "Barcelona"da qalacağını bildirib.
Arda Turan deyib: "Türkiyədə "Qalatasaray"ın bütün tərəfdarları mənim qayıtmağımı istəmir. Mən komandaya ziyan vurmaq istəmirəm. "Barcelona"da qalacağam".Muxalifet - 4-09-2017
Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun ölüm səbəbi
Bir neçə gün öncə Zaqatalanın Katex çayında batan 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin ölüm səbəbi bəlli olub.
Azxeber.com xəbər verir ki, gənc fotoqraf olan Ə.Nuriyev şəlalə adlanan ərazidə model xanımlardan birinin fotosessiyasını edirmiş. Model qızın şəkillərini çəkən Ə.Nuriyev daha sonra üzmək üçün suya girib. Bu zaman o suyun təzyiqindən qızın gözlərinin önündə boğulub.Muxalifet - 4-09-2017
Trampı Kremllə bağlayan əlaqələr ortaya çıxa bilər - FOTOLAR
ABŞ prezidentinin kriminal şəxslər vasitəsilə Rusiya ilə biznes bağlantılarına malik olduğu iddia edilir
ABŞ-ın indiki prezidenti Donald Trampın başı vəzifədə olduğu 9 ay ərzində bir gün də olsun, özü ilə bağlı qalmaqallı xəbərlərdən ayılmır. Mətbuat daha ilk gündən onun Rusiyanın köməyi sayəsində Ağ Evə köçməsini yazır. Bununla bağlı hər həftə yeni sensasion faktlar üzə çıxarılır.
The Washington Post qəzeti ABŞ prezidentinin yaxın keçmişdə Rusiyada apardığı biznes fəaliyyəti ilə bağlı maraqlı yazı dərc edib.Muxalifet - 4-09-2017
Bakıda sevgililər iki qadını bıçaqladılar
Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiklərindən onların ifadəsini almaq mümkün olmayıb.Muxalifet - 4-09-2017
ABŞ Müdafiə naziri: “Kim Çen ağır zərbə alacaq”
Şimali Koreya ABŞ və onun müttəfiqlərinə hücum edərsə, ağır hərbi zərbə alacaq.
Bu bəyanatla ABŞ-ın Müdafiə naziri Ceyms Mettis çıxış edib. O deyib ki, ABŞ və ya onunla əlaqəli ərazilərə qarşı hər hansı bir təhlükə olarsa, buna Pentaqonun ağır cavab zərbəsi olacaq.
“Biz Şimali Koreya məsələsini şişirtmək niyyətində deyilik, amma buna cavab olaraq bir çox variantlarımız var”, - general bildirib.
Pentaqon rəhbəri deyib ki, Prezident Tramp bu variantlarla bağlı məlumatlandırılıb.Muxalifet - 4-09-2017
Trampdan Çinə təhdid: “Ticarət bitdi”
ABŞ Prezidenti Donald Tramp Çini üstüörtülü şəkildə təhdid edib.
Prezident öz təhdid dolu mesajını Tvitter səhifəsində paylaşıb. Belə ki, Tramp mesajında Şimali Koreya ilə biznes əlaqəsi olan istənilən ölkə ilə ABŞ-ın ticarət münasibətlərini dayandıracağını bildirib.
Qeyd edək ki, hazırda Şimali Koreyanın ən böyük ticarət tərəfdaşı Çin hesab edilir.Muxalifet - 4-09-2017
Ucarda “Mersedes” 55 yaşlı kişini vurub – Piyada zərbədən ölüb
Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin Azərbaycan prospektində rayon sakini, 1973-ci il təvəllüdlü Xəyyam Səlim oğlu Səlimov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən 1962-ci il təvəllüdlü Yaşar İsrayıl oğlu İsrayılovu vurub. Ağır xəsarət alan Y. İsrayılov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, xəstəxanada aldığı xəsarətdən ölüb.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. /apaMuxalifet - 4-09-2017
Söyün Sadıqov Qarabağdan məqalə yazdı: “ABŞ danışıqlardan kənarlaşdırılsın, KİV-lər hərbi təbliğatı dayandırsın...”
Rusiya prezidentinin ictimai əsaslarla xüsusi nümayəndəsi, bir vaxtlar diaspor təşkilatı “AzərRos”a rəhbərlik edən Söyün Sadıqov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarından bəhs edən məqalə yazıb. Virtualaz.org xəbər verir ki, Söyün Sadıqovun məqaləsi “Regionı online” informasiya-analitik portalında yerləşdirilib. Bəs bizim Söyün nə yazır və Qarabağ münaqişəsinin düyünə düşmüş həll yolunu necə görür?
Muxalifet2 - 4-09-2017
Türkiyə Merkelin sözlərini boş buraxmadı
Almaniyanın və Avropanın əsas və təcili problemlərinin heçə sayılaraq Türkiyə-Ərdoğana hücumların edilməsi qoca qitədə üfüqi daralmanın göstəricisidir.
Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Tvitter hesabında yazıb.
“Almaniyada hansı partiyanın qalib olacağının bir önəmi yoxdur artıq. Çünki hansı zehniyyətin qalib olacağı artıq bəlli olur. Merkel və Şultsun debat boyu irqçilik və antisemintizmə heç toxunmaması alman siyasətinin gəldiyi nöqtəni göstərir”, - sözçü vurğulayıb.Muxalifet - 4-09-2017
Rusiya əzəli rəqiblərinə meydan oxuyur: Hindistan və Çinə İQTİSADİ SAVAŞ ELAN EDİLDİ
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin iqtisadiyyatında inflyasiyanın azaldığını elan edib.
Muxalifet.az xəbər verir ki, prezident bu barədə Çində təşkil edilən BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, və Cənubi Afrika) liderlər zirvəsində çıxış edərkən danışıb.
V.Putin bildirib ki, Rusiya iqtisadi inkişaf tempini yenidən artırıb. O, Hindistan və Çinin iqtisadi inkişafına diqqət çəkərək onların zəif nəticə göstərdiyini qeyd edib.Muxalifet2 - 4-09-2017
Bu şəxslər Rusiyadan deportasiya ediləcək
Rusiya Federasiya Şurası əcnəbi vətəndaşların arzuedilməyən davranışlar səbəbiylə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.
Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
“Arzuedilməyən davranışlar” dedikdə, Rusiya milli təhlükəsizliyinə xələl gətirəcək addımların nəzərdə tutulduğu bildirilib.
Milli və dini zəmində qarşıdurmaya cəhd göstərmək, Rusiyada seçki prosesinə potensial müdaxilələr, ölkədəki təhsil ocaqlarının və gənclərin xarici təsirlərə məruz qalması da arzuedilməyən davranış elan ediləcək.Muxalifet - 4-09-2017
Türkiyədə yaşayan Azərbaycan vətəndaşı qəzaya düşdü
Hadisə dünən Kırklarəli əyalətinin Dəmirköy qəsəbəsində baş verib.
Muxalifet - 4-09-2017
Sumqayıtda borcunu qaytarmayan kişinin başına oyun açdılar — FOTO
Bir neçə gün əvvəl Sumqayıtda qəribə hadisə baş verib.
Baku.ws xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat paylaşılıb.
Qeyd olunur ki, hadisə avqust ayında hərarətin 42-43 dərəcəyə çatdığı bir vaxtda olub.Muxalifet - 4-09-2017
Prezidentdən prezidentə nəsihət: “Qoyma ki, hinduşkalar səni yıxsın…”
Barack Obama, yeni prezident Donald Trump-a yazdığı məktubda onu qanunun alililyi prinsipinə əməl etməyə və "beynəlxalq dünya nizamını" pozmamağa çağırıb
"The Guardian" yazır ki, yenicə üzə çıxmış məktubdan keçmiş prezident Barack Obama-nın təzə prezident Donald Trump-a nəsihət verdiyi məlum olub.
ABŞ-ın 44-cü prezidenti 45-ci prezidentə yazdığı məktubda onu qanunun alililyi prinsipinə əməl etməyə və "beynəlxalq dünya nizamını" pozmamağa çağırır.
Obama Ağ Evdə Trump üçün qoyub getdiyi məktubda ona üç əsas məsləhət verirdi.Muxalifet - 4-09-2017
"Prezident olsaydım, Lavrovu qovardım" - JİRİNOVSKİ
Rusiya Liberal Demokrat Partiyasının lideri, tanınmış siyasətçi Vladimir Jirinovski Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən getməsini təklif edib.
APA xəbər verir ki, Jirinovski Rusiyanın daha sərt siyasət yürütməli olduğunu bəyan edib. O, bu səbəbdən Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib: "Beynəlxalq problemlər qalır. Biz, daha sərt xəttin lazım olduğunu hesab edirik. Prezident olsaydım, xarici işlər nazirinin dəyişdirməkdən başlayardım. Bu gün başqa adam lazımdır, hansı ki, ondan yaxşı olacaq".Muxalifet2 - 4-09-2017