Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
Erməni polkovnikin etirafları...
“Azərbaycan ordusu texnikanın müntəzəm yerdəyişməsini həyata keçirərək aldadıcı manevrlər edirdi...”
Muxalifet2 - 4-09-2017
Tramp, Ərdoğan və Almaniyanın ikili standartları – “TAGESSPİEGEL”
“Almaniyada xarici siyasət ətrafında gedən debatlar ağıla deyil, emosiyalara istiqamətlənib”.
Bu cümlə Almaniyanın populyar “Tagesspiegel” qəzetinin icmalçısı Kristof fon Marşalın məqaləsində yer alıb.
Müəllif Almaniya hökumətinin son dövrlərdə Türkiyə ilə bağlı apardığı siyasəti təhlil edərək Merkel iqtidarını tənqid atəşinə tutub.
Yazıda Türkiyədə aprel referendumu öncəsi alman siyasətçilərinin prezident Rəcəb Tayyib Ərdoğanı ölkədə diktatura yaratmaq istəməkdə günahlandıraraq Türkiyə vətəndaşlarını açıq şəkildə referenduma qarşı çağırdığı xatırladılır.Muxalifet2 - 5-09-2017
Vahid Ələkbərov “Lukoyl”un təxminən 1 milyardlıq səhmini aldı
“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.
Virtualaz.org bildirir ki, bu barədə “Vedomosti” şirkətə istinadən məlumat yayıb.
Beləliklə, V.Ələkbərovun “Lukoyl”da payı 2,429%-dən 2,464%-dək artıb.
Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərinin sahibidir.Muxalifet2 - 5-09-2017
İran Azərbaycandan İsraildə səfirlik açmamasını tələb edir
“Biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin”
İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşem Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.
“Farsnews” xəbər verir ki, Təbrizdə islam ölkələrinin KİV nümayəndələri ilə görüşən Əl-Haşem bəyan edib ki, bəzi ölkələr İranla Azərbaycanı bir-birindən uzaqlaşdırmağa çalışır. “Buna görə də, biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin”, - İran ruhaniliyinin təmsilçisi deyib.Muxalifet2 - 5-09-2017
Kadırovun hədəsinə KREMLDƏN CAVAB
“Əgər Rusiya Myanmada cinayətlər törədən “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacam”
Muxalifet2 - 5-09-2017
“Rusiya siyasi rəğbətini dəyişmək qərarına gələcək” - POLİTOLOQ
“Kreml gələcək hakimiyyət dəyişikliyində Karapetyana stavka edəcək”
Ermənistan sentyabrın 3-də Gürcüstanda start götürən NATO-nun “Agile Spirit 2017” çoxmillətli hərbi təlimlərində iştirakdan imtina edib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri hərbi təlimlərin açılış mərasiminə qatılmayıb.
Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi Nino Tolordava bildirib ki, bununla əlaqədar Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi hər hansı izahat verməyib.Muxalifet2 - 5-09-2017
Xəzərdə batan 27 yaşlı qızın yaxın günlərdə toyu olacaqdı - YENİLƏNİB
Xəzər dənizində batmış 27 yaşlı qızın nişanlı olması məlum olub.
Nişanlı cütlük - Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər.
A. Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb, R. Məmmədovu isə dalğalar sahilə atıb. R. Məmmədov müxtəlif bədən xəsarətləri alsa da, sağ qalıb.
Qax sakinlərinin "Report" a verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı.
***22:24
Muxalifet2 - 5-09-2017
Masallıda mikroavtobus beton maneəyə çırpılıb: xəsarət alanlar var
Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir
Bakıdan Lənkərana gedən "QAZel" markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
Hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlar Lerik rayon sakinləridir. Onlar Bakıda keçirilən toy mərasimindən Lənkərana qayıdırmış. Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 5-09-2017
Myanmada müsəlmanların soyqırımına qarşı etiraz aksiyası keçirildi - KİYEVDƏ
Aksiya iştirakçıları soyqırım qurbanlarına dəstək ifadə ediblər
Ukraynanın paytaxtı Kiyev şəhərində, Xarici İşlər Nazirliyinin binası qarşısında Myanmanın müsəlman əhalisinin soyqırımına qarşı etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları soyqırım qurbanlarına dəstək ifadə ediblər.Muxalifet - 5-09-2017
Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb - BMT
Avqustun 25-dən bu günə kimi Myanmada baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.
Bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy "The Hindu nəşri"nə müsahibəsində xəbər verib.
"Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb", - deyə o bildirib.
Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.Muxalifet - 5-09-2017
Putin Myanmadakı zorakılığı pislədi
Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər
Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.
Bu barədə "Qazeta.ru" xəbər verib.Muxalifet - 5-09-2017
Bakıda 9 yaşlı uşağı avtomobil vurub
Sənan Sadıqov xəstəxanaya yerləşdirilib
Bakıda 9 yaşlı uşağı avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.
Belə ki, rayon ərazisində yolu keçən 9 yaşlı Sadıqov Sənan Sarvan oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. S. Sadıqov xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.Muxalifet - 5-09-2017
50 yaşlı kişi parkda bıçaqlanıb – BAKIDA
Azər Rəsulov naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb
Bakıda parkda orta yaşlı kişi bıçaqlanıb.
Hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prospektində yerləşən parkların birində 1967-ci il təvəllüdlü Rəsulov Azər Rəsul oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 5-09-2017
DÇ-2018: Norveç və Çexiya məğlub oldu: Azərbaycan 3-cü pillədə
Azərbaycan millisi turu 10 xalla başa vurub
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun növbəti oyunları keçirilib.
9 qarşılaşma C, E və F qruplarına təsadüf edib.
C qrupunda Almaniya Norveçi 6:0 hesabı ilə yenərək, xallarını 8 oyundan 24-ə çatdırıb. Şimali İrlandiya isə Çexiyanı 2 cavabsız qolla yenib. Bu nəticələrdən sonra Azərbaycan millisi turu 10 xalla 3-cü pillədə başa vurub.Muxalifet - 5-09-2017
ABŞ Cənubi Koreyaya milyardlarla dollarlıq silah ixrac edəcək - TRAMP QƏRAR VERDİ
Tramp Cənubi Koreyanın ABŞ-dan silah-sursat əldə etməsini bəyənib
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya Respublikasının dövlət başçısı Mun Çje İnlə danışığının gedişatında bildirib ki, respublikaya çoxmilyardlı silahın ixracı qərarını bəyənib.
"NBC Politiks"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Prezident Tramp həmçinin Cənubi Koreyanın ABŞ-dan milyardlarla dollara silah və sursatın əldə etməsini bəyəndiyini söyləyib", - deyə Ağ Evin xəbərində bildirilir.Muxalifet - 5-09-2017
Rusiyanın 2 hərbçisi Suriyada həlak olub
Hərbçilər İŞİD tərəfindən atəşə məruz qalıblar
Rusiyanın müqavilə ilə xidmət keçən 2 hərbçisi Suriyanın Deyr-ez Zor vilayətində İŞİD terrorçularının açdığı atəş nəticəsində həlak olub.
"RİA Novosti" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Muxalifet - 5-09-2017
Bağırsağında heroin keçirmək istədi: TUTULDU
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, piyada yolla İrandan Azərbaycana gələn ölkə vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Muxalifet - 5-09-2017
"Bu qələbəni Qurban bayramına həsr edirik" - PROSİNEÇKİ
Milli komandanın baş məşqçisi: Oyuna nəzarət bizim əlimizdə idi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə qrup matçında San Marino yığması üzərində 5:1 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransına qatılıb.
48 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə rəhbərlik etdiyi kollektivin cari tsikldəki üçüncü qələbəsi barədə danışıb.Muxalifet - 5-09-2017
Goranboyda avtomobil aşdı - SÜRÜCÜ XƏSARƏT ALDI
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə səhər saatlarında Goranboy-Naftalan yolunda baş verib.
Belə ki, Naftalan rayon sakini, 1978-ci il təvəllüdlü Ülfət Rafael oğlu Həsənov idarə etdiyi avtomobili aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 5-09-2017
63 yaşlı əmisini bıçaqladı – TOVUZDA
Tovuz sakini 63 yaşlı əmisini bıçaqlayıb
Tovuz rayon sakini qardaşı oğlu tərəfindən bıçaqlanıb.
Hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Abdullayev Həzi İmamqulu oğlu mübahisə zəminində qardaşı oğlu tərəfindən qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./reportMuxalifet - 5-09-2017