Xruşşov: “Krımın Ukraynaya verilməsi doğru qərar idi”

Krımın Ukraynaya verilməsi doğru qərar idi.
 
Bunu Ukrayna mətbuatına açıqlamasında SSRİ lideri Nikita Xruşşovun oğlu Sergey Xruşşov söyləyib.
“Atam Krımı Ukraynaya yarımadanın bu ölkəyə bağlı olması ucbatından verdi. Belə ki, o dövrdə bu ərazidə indi mövcud olmayan kanalın tikintisi zamanı Moskva bunun vahid bir ərazinin yurisdiksiya daxilində olmasını məqsədəuyğun gördü. Ona görə də Ukraynaya Krım və digər regionlar verildi. Krımın Ukraynaya verilməsi doğru qərar idi. Burada heç bir siyasi və ya Rusiyada deyildiyi kimi, Ukrayna bürokratiyasını razı salmaq cəhdi yox idi”, – deyə o bildirib.