Myanmada öldürülənlərin sayı 1000 nəfəri ötüb - BMT

Avqustun 25-dən bu günə kimi Myanmada  baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.
Bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy "The Hindu nəşri"nə müsahibəsində xəbər verib.
"Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb", - deyə o bildirib.
Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.