Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. Netanyahunun yaxın adamları həbs edildi

    İsrail polisi Almaniyadan alınan sualtı gəmi ilə bağlı imzalanan müqavilədə qanunsuzluq aşkarlayıb.
     
     İsrail polisi sözügedən müqavilədə korrupsiya əməlləri aşkarladığı üçün 5 nəfəri saxlayıb.
    Qeyd edilir ki, nəzarət altına alınan 5 nəfər Baş nazir Benyamin Netanyahunun kabinetinin üzvləridir./axar.az

    Muxalifet - 4-09-2017

  2. Yağ bahalaşdı - VİDEO

    Yağın qiyməti bahalaşıb.
     
    "Xezerxeber" xəbər verir ki, 1 həftə əvvəl 10 manata satılan yağ indi 14 manatadır.
    Alıcıların sözlərinə görə, bahalaşma son günlər xüsusilə ciddi şəkildə hiss olunur. İstənilən yağ çeşidində 1-4 manat bahalaşma var.
    Satıcılar da qiymət artımını təsdiqləyirlər. Deyirlər ki, qiymət artandan sonra əksər insanlar ucuz yaz almağa çalışır. Ucuz yağlar isə tərkibinə görə bahalı olanlardan zəifdir.
    Amma nehrə yağının qiymətində dəyişiklik müşahidə olunmur. Bu yağların kilosu 8-10 manat arasında dəyişir.

    Muxalifet - 4-09-2017

  3. Krıma gedən azərbaycanlılara pis xəbər

    Ukraynanın icazəsi olmadan Krıma gedənlər ölkəyə buraxılmır.
     
    Ötən gün Azərbaycan vətəndaşı Krımdan Ukraynaya keçməyə çalışsa da, sərhədçilər həmyerlimizi geri qaytarıblar.
    Sərhəd Xidmətindən bildiriblər ki, Azərbaycan vətəndaşı müvəqqəti işğal edilmiş Krım ərazisinə icazəsiz daxil olduğu üçün ölkəyə buraxılmayıb.
    Soydaşımızın sərhədçilərə rüşvət təklifi də işə keçməyib. Adı açıqlanmayan Azərbaycan vətəndaşına üç il müddətinə Ukraynaya giriş qadağan olunub./teleqraf.com

    Muxalifet - 4-09-2017

  4. Obamanın Trampa yazdığı maraqlı məktub ələ keçdi - CNN

    Amerikanın CNN telekanalı ABŞ-ın sabiq prezidenti Barak Obamanın indiki Prezident Donald Trampa göndərdiyi məktubu əldə edib.
     
    ABŞ-ın 44 və 45-ci prezidentləri arasında sonuncu birbaşa təmas olduğu qeyd edilən məktubda maraqlı ifadələr var.
    Obama məktubuna “Cənab Prezident” ifadəsi ilə başlayıb və Trampı təbrik edir. Sabiq prezident eyni zamanda məktubda “Milyonlarla insan səni bağışladı” sözündən istifadə edir.

    Muxalifet - 4-09-2017

  5. ABŞ səfirindən islam dünyasını qızdıracaq sözlər

    Əslində İsrail Fələstin torpaqlarını işğal etməyib.
     
    Bu sözləri ABŞ-ın İsraildəki səfiri David Freidman “Yerusəlim Post” qəzetinə açıqlamasında deyib.
    O, həmçinin səfirliyin Qüdsə köçürüləcəyi barədə də ictimaiyyətə söz verib.
    Qeyd edək ki, Freidman Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasını dəstəkləyənlərdən biridir.

    Muxalifet - 4-09-2017

  6. Yol qəzasına düşən sürücülər əlbəyaxa davaya çıxdılar - GƏNCƏDƏ

     Gəncə şəhərində qəzaya düşən avtomobillərin sürücüləri arasında dava düşüb.
     
    Şəhərin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı xəsarət alan olmasa da, sürüclərdən biri - Gədəbəy rayonunun İnəkboğan kənd sakini, 1988-ci il təvəllüdlü Elzamin Ədalət oğlu Abbasov hadisə yerində döyülüb. Sürücülər və onların yaxın qohumlarının iştirakı ilə baş verən kütləvi davada E.Abbasov ağır bədən xəsarətləri alıb.

    Muxalifet - 4-09-2017

  7. Bakıda oğurluq: evdən 40 minlik qızıl və 5 min dollar aparıldı

    Bakıda evdən külli miqdarda qızıl və pul oğurlanıb.
     
    Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini Reyhan Hacıbala qızı Rüstəmova polisə müraciət edərək yaşadığı evdən 40 min manatlıq qızıl və 5 min ABŞ dollarının oğurlandığını bildirib.
     Daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirləri keçirilir.

    Muxalifet - 4-09-2017

  8. Bakıda iki qardaş bıçaqlanıb

    Bakıda iki qardaş bıçaqlanıb.
     
    Hadisə Binəqədi rayonu, 2-ci mədən ərazisində qeydə alınıb. Həmin ünvanda yaşayan qardaşlar – Ələkbər Quliyev və Ziyad bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
     Araşdırmalar zamanı iki qardaşa bıçaq xəsarəti yetirən şəxsin Gənci Meybullayev olması müəyyən edilib və o, saxlanılıb./apa

    Muxalifet - 4-09-2017

  9. Lənkəranın bazarında ölüm hadisəsi

    Lənkəranda bazarda ölüm hadisəsi baş verib.
     
    Mərkəzi bazarda hələlik kimliyi məlum olmayan kişi anidən yıxılıb və yerindəcə keçinib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-09-2017

  10. Tanınmış politoloqa ağır itki – QABİL HÜSEYNLİNİN QARDAŞI RƏHMƏTƏ GEDİB

    Azərbaycan prezidentin keçmiş müşaviri, tanınmış politoloq Qabil Hüseynliyə ağır itki üz verib.
    Belə ki, bu gün Q.Hüseynlinin kiçik qardaşı Hüseyn müəllim rəhmətə gedib.
    Politoloq Hurriyyet.org-un əməkdaşı ilə söhbətində qardaşının dünyasını dəyişdiyini təsdiq edib. Məlumata əsasən, yas mərasimi Tərtərin Seydimli kəndində keçiriləcəkdir.
    Muxalifet.az tanınmış politoloqa dərin hüznlə başsağlığı verir. Allah rəhmət etsin!
     

    Muxalifet2 - 4-09-2017

  11. Bakıda polis avtomobili qəzaya düşüb

    Bakıda polis avtomobili qəzaya düşüb.
     
    Hadisə paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Sərdar İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Nəsimi rayon Polis İdarəsinə məxsus, polis nəfəri Xəlil Allahverdiyevin idarə etdiyi “Fiat Doblo” markalı maşınla toqquşub.
     Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-09-2017

  12. Yeni hind filmi “Tualet” – 1 milyard əhalisi olan ölkədə ayaqyolunun yoxluğu ailələri dağıdır - ARAŞDIRMA

    Cefri Cetlmen
    “New York Times“
    Bu yay Hindistanın ən məşhur filmi tualet haqqındadır. Çünki o, boşanmaya səbəb olur; atanın yetkin oğlunu döyməsinə bəhanə verir; kənddə nifaq salır…
    "Tualet – bir eşq hekayəti" filmi – Hindistanın ən ciddi səhiyyə problemlərindən birindən bəhs edir. Bizim zəmanədə Hindistanda ən böyük problemdir: 1,3 milyard insanı üçün onun sayı kifayət deyil və hökumət milli tarixdə ən böyük tualet qurma kampaniyasına başlayıb.

    Muxalifet2 - 4-09-2017

  13. ​Bomba həyəcanı: 70 min insan təxliyə edildi - ÖLKƏ TƏŞVİŞ İÇİNDƏ

    Almaniyanın Frankfurt şəhərində II Dünya Müharibəsindən qalmış böyük bir bomba tapılıb.
    Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bombanın zərərsizləşdirilməsi üçün yerləşdiyi bölgədəki 70 000 sakin təcili təxliyə edilib.
    Təhlükəsizlik qüvvələri şəhərdə güvənlik tədbirlərini artırıb. Küçə və prospektlər tamamilə boşaldılıb. Bölgədəki 2 böyük xəstəxana, 2 qocalar evi də təxliyə edilib və 1 bankda yerləşən 1,7 ton qızıl təhlükəsiz yerə daşınıb.
    Bombanın zərərsiz hala gətirilmə prosesi 12 saat çəkəcək.

    Muxalifet2 - 4-09-2017

  14. Dünya böyük müharibənin astanasında: HİDROGEN BOMBASI NƏDİR?

    Şimali Koreyanın həyata keçirdiyi son hidrogen bombası sınağı dünyanın yeni müharibə təhlükəsi ilə üz-üzə qalması ilə nəticələnib. Diktator Kim Yonq-unun başçılıq etdiyi dünyanın ən sirrli ölkəsinin Yaaponiya üzərindən keçən ballistik raket etirazlara səbəb olub və müharibə ehtimalını gündəmə gətirib.
    Amma bu Şimali Koreyanı qətiyyən narahat etmir. Hətta Kim Yonq-un setyabrın 9-da dünyanı təhdid edəcək yeni bir həmləyə hazırlaşır. Belə ki, həmin gün Şimali Koreyanın növbəti nüvə sınağını həyata keçirəcəyi deyilir.

    Muxalifet2 - 4-09-2017

  15. “Moskva Ermənistanın NATO təlimlərində iştirakını qadağan edib” - Elxan ŞAHİNOĞLU

    “Bəzi dostlarım Ermənistanın bir müddət əvvəl NATO-nun Gürcüstanda təlimlərində iştirakından uzaqgedən nəticələr çıxarmışdılar. Hətta “Ermənistan Rusiyadan üz döndərir”, “Ermənistan Qərblə əməkdaşlığa üstünlük verir” kimi başlıqlara rast gəldim. Məndən məsələyə münasibət öyrənən jurnalistlərə hər zaman eyni cavabı söylədim. “Ermənistanın NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirakından böyük nəticələr çıxarmaq lazım deyil. İrəvan bu təlimlərdə iştiraka görə Moskvadan icazə alıb. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmayacaq”.

    Muxalifet2 - 4-09-2017

  16. ​“Bu partlayışların arxasında Rusiya dayanır...” TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN RƏHBƏRİ

    Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, general Aleksandr Bortnikova müraciət edərək Ukrayna ərazisində terror əməliyyatlarına son qoymağa çağırıb.
    Lenta.ru xəbər verir ki, general Qritsak bu haqda Ukrayna telekanallarından birinin efirində deyib.

    Muxalifet2 - 4-09-2017

  17. Myanmada buddistlərin məbədini yandırdılar

    Etnik Benqal sakinləri - rohinca döyüşçüləri Myanma və Banqladeş sərhədində buddistlərin məbədinə hücum ediblər.
     
    Məlumatına görə, xarici KİV-lər döyüşçülərin tarixi məbədin ərazisini yandırdıqları, Buddanın heykəllərini dağıtdıqları barədə məlumat yayıblar.
     Bildirilir ki, ərazidə gərgin vəziyyətlə əlaqədar 400 məktəbdə dərslər təhlükəsizlik baxımındn dayandırılıb.
     Qeyd edək ki, burada vəziyyət avqustun 25-də döyüşçülərin polis məntəqələrinə hücumları ilə gərginləşib. Toqquşmalar nəticəsində çox sayda ölən və yaralanan olub.

    Muxalifet - 4-09-2017

  18. ​Myanmada müsəlmanları dəstəkləməzsə, Kadırov Rusiyaya qarşı çıxacağını bildirib - VİDEO

    Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün İnstaqram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, dünən Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
    Virtualaz.org xəbər verir ki, Kadırov öz çıxışında Rusiya KİV-i fəaiyyətsizlikdə ittiham edib. “Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”, - kadırov bildirib.

    Muxalifet2 - 4-09-2017

  19. Boksçularımız təyyarəyə gecikdilər

    Almaniyada boks üzrə dünya çempionatına qatılan milli komandamızın üzvləri sentyabrın 3-ü saat 21:00-da vətənə qayıtmalı idilər.
     
     "Qafqazinfo" xəbər verir ki, boksçularımızdan 3-ü Kamran Şahsuvarlı, Pərviz Bağırov və Lorenso Sotomayor ölkəyə qayıda bilməyiblər. Onların Bakıya vaxtında gəlməməsinə səbəb isə təyyarəyə gecikmələri olub.
    Millimizin üzvlərindən yalnız dünya çempionu olan Məhəmmədrəsul Məcidov vaxtında paytaxtımıza qayıda bilib.

    Muxalifet - 4-09-2017

  20. ​Əmiləri ilə evlənən, soyunaraq atası ilə min oyundan çıxan qız – İSRAİL GERÇƏKLƏRİ - FOTOLAR

    İrodiada Qədim İsrail dövlətinin (İudeya) çarı Böyük İrodun nəvəsi idi. Çar Böyük İrod qəddarlığı ilə tanınır: məhz onun dövründə günahsız körpələrin qırğını baş vermişdi. Onun nəvəsi İrodiadanın əmri ilə isə İsa peyğəmbərin gəlişinin müjdəçisi, sonradan sədaqətli dostu, Zəkəriyyənin oğlu İoann (Yahya - ərəb.) qətlə yetirilmişdi.

    Muxalifet2 - 4-09-2017

Pages