50 yaşlı kişi parkda bıçaqlanıb – BAKIDA

Azər Rəsulov naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb
 
Bakıda parkda orta yaşlı kişi bıçaqlanıb.
Hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prospektində yerləşən parkların birində 1967-ci il təvəllüdlü Rəsulov Azər Rəsul oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.