Axtarış
The search found 105779 results in 0.02 seconds.
Search results
“ABŞ və onun müttəfiqlərinə qarşı istənilən hücuma hərbi cavab veriləcək” - METTİS
KXDR tərəfindən ABŞ və onun müttəfiqlərinə qarşı istənilən hücuma irimiqyaslı hərbi cavab veriləcək.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.
“Hərbi variantlarımız çoxdur və prezident onların hər biri ilə artıq tanış olub. Özümüzü və müttəfiqlərimiz olan Cənubi Koreya və Yaponiyanı istənilən hücumdan qorumağa qadirik. Müttəfiqlərimiz qarşısında öhdəliyimiz sarsılmazdır”, deyə C.Mettis qeyd edib.Muxalifet2 - 4-09-2017
Bakıda gənc oğlanın ayağı sındırılıdı – DAVA
Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Ramana qəsəbəsinin Bünyadov küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bədəlov Hakim Hikmət oğlu tanışı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı tanışı onun sol ayağının baldır sümüyünü sındırıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.Muxalifet2 - 4-09-2017
“Motivasiyam olmasa, işləməzdim, gedərdim” - PROSİNEÇKİ
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San Marino yığmasına qarşı keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçından bir gün əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.
Virtualaz.org bildirir ki, xorvatiyalı mütəxəssis əvvəlcə sentyabrın 4-də "Bakcell Arena"da baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb: “Üç gündə iki oyun keçirəcəyik. Norveçdən dünən gəlmişik. San Marino ilə matçda hədəf üç xaldır. Vaxt az idi. Rəqibi analiz etmişik...Muxalifet2 - 4-09-2017
Səddam Hüseynə məxsus qədim şahmat İraqa qaytarıldı
İraqın sabiq lideri Səddam Hüseynə məxsus olan və 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı oğurlanan qədim şahmat İraqa qaytarılıb.
Bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.
Şahmat taxtası ornamentlərlə bəzədilib, fiqurlar qızılı və gümüşü rəngdədir. Şahmat Səddam Hüseynin sarayından oğurlanıb. İraqa qaytarılan şahmatın bu müddət ərzində konkret harada saxlandığı və necə aşkarlandığı açıqlanmır.
Muxalifet2 - 4-09-2017
Amerika polisi Rusiya konsulluğunu mühasirəyə aldı
Rusiya Federasiyasının San-Fransiskodakı Baş konsulluğunun xidməti hissəsinə ABŞ hakimiyyəti nəzarət edir və ora polis tərəfindən mühasirəyə alınıb.
“RİA Novosti” xəbər verir ki, bunu baş konsul Sergey Petrov deyib.
O vurğulayıb ki, yaşayış olan hissədə əməkdaşlar yaşamağa davam edirlər: “Onlar orada yola düşənədək qala bilərlər, amma yalnız oktyabrın 1-nə qədər”.
Onun sözlərinə görə, "bu ABŞ hakimiyyəti tərəfindən təyin edilmiş müddətdir".Muxalifet2 - 4-09-2017
BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək – KXDR-ə QARŞI QƏRAR...
ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
“Reuters”in verdiyi xəbərə görə, iclas sentyabrın 4-də keçiriləcək.
KXDR-in son nüvə sınağından sonra 5 dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət edib.
Yeri gəlmişkən, Koreya Xalq Demokratik Respublikasının yeni nüvə sınağı keçirməsini BMT-nin baş katibi Antoniu Quterriş də qınayıb.Muxalifet2 - 4-09-2017
Ermənistan NATO ilə əməkdaşlıqdan imtina etdi – SARKİSYAN KREMLƏ ÇAĞIRILDIQDAN SONRA
Ermənistan ötən gün Gürcüstanda start götürən "Agile Spirit 2017" ("Çevik ruh - 2017") çoxmillətli hərbi təlimlərdə iştirakdan imtina edib.
Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar.Muxalifet2 - 4-09-2017
Merkel Türkiyəni Avropa İttifaqının tərkibində görmür
Türkiyəni Aİ-nin tərkibində görmürəm və heç vaxt görməmişəm
Almaniya kansleri Angela Merkel hesab edir ki, hazırda Türkiyə üçün Avropa İttifaqının tərkibində yer yoxdur.
TASS xəbər verir ki, bunu o, bazar günü Almaniyanın Nazirlər Kabinetinin rəhbəri postuna namizəd olan sosial-demokrat Martin Şultsla debatlar zamanı deyib.
"Türkiyəni Aİ-nin tərkibində görmürəm və heç vaxt görməmişəm", - deyə o qeyd edib.Muxalifet - 4-09-2017
Maşın vuran qadın həkimlərə yıxıldığını deyib
Zərərçəkmiş sınıq xəsarətləri xəstəxanaya daxil olub
Bakının Sabunçu rayonunda piyadanı maşın vurub.
37 yaşlı Cabbarova Zülfiyyə Aqşin qızı sınıq xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
O həkimlərə hamam otağında yıxılaraq xəsarət aldığını bildirib. Tibb işçiləri faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat veriblər. Polis əməkdaşları müəyyən ediblər ki, Z.Cabbarovanı Maştağa qəsəbəsində minik avtomobili vurub.Muxalifet - 4-09-2017
Hamilə qadın vəhşicəsinə döyülüb - MİNGƏÇEVİRDƏ
Hadisəni mübahisə zəminində qonşular törədib
Mingəçevirdə gənc hamilə qadın döyülüb.
Hadisə şəhərin bağlar yaşayış massivində baş verib.Muxalifet - 4-09-2017
Saatlıda 29 yaşlı gənci ilan vurub
Hadisə o, həyətyanı sahədə iş görən zaman baş verib
Saatlıda ilansancma hadisəsi baş verib.
Hadisə rayonun Dəlilər kəndində qeydə alınb.
Kənd sakini, 29 yaşlı Murad Abasəli oğlu Nəsirov həyətyanı sahədə iş görərkən onu ilan sancıb. Zərərçəkən dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tədbirlər görülüb. Zərərçəkmiş vəziyyətinin orta- ağır olduğu bildirilir.Muxalifet - 4-09-2017
3 uşaq anası özünü öldürmək istəyib – Sirkə içib
Anası qızının ona atılan böhtandan bezərək özünü öldürmək istədiyini deyib
Mingəçevirdə gənc qadın intihara cəhd edib.
Hadisə axşam saatlarında şəhərin Mingəçevir kəndi adlanan hissəsində baş verib.
Üç övlad anası olan 1988-ci il təvəllüdlü kənd sakini Abdullayeva Rəvanə Rəhman qızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünü öldürmək istəyib. O, ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb.Muxalifet - 4-09-2017
Prosineçki: "San Marino ilə matçda hədəf üç xaldır"
Ön xətdə Araz Abdullayev və Ramil Şeydayev oynayacaq
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San Marino yığmasına qarşı keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçından bir gün əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.
48 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə sentyabrın 4-də "Bakcell Arena"da baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb.
- Üç gündə iki oyun keçirəcəyik. Norveçdən dünən gəlmişik. San Marino ilə matçda hədəf üç xaldır. Vaxt az idi. Rəqibi analiz etmişik.Muxalifet - 4-09-2017
3 yaşlı uşaq 7-ci mərətəbədən yıxılıb – SAĞ QALIB
Bakıda körpə 7-ci mərtəbədən yerə yıxılıb.
Hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Ə.Əliyev küçəsi, ev 52, mənzil 153 ünvanında yaşayan 2014-cü il təvəllüdlü Əliyev Kənan Nəsiyət oğlu valideyn nəzarəti olmadan mənzilin pəncərəsindən yerə yıxılıb. Xoşbəxtlikdən körpə öncə peyk antenasının üzərinə düşüb. Daha sonra ikinci mərtəbədə yerləşən antenanın üzərindən ağacın budağının üstünə yıxılıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.Muxalifet - 4-09-2017
61 yaşlı müəllim özünü asıb – ZAQATALADA
Zaqatalada 61 yaşlı kişi intihar edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sentyabrın 3-də saat 21.00 radələrində rayonun Suvagil kənd sakini, 1956-cı il təvəllüdlü Rəfail Oruc oğlu İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağından asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. Rəfail İsmayılovun İntihar etməsi məlum olub.
Məlumatda bildirilir ki, Rəfail İsmayılov Suvagil kənd 1 saylı tam orta məktəbində tarix müəllimi işləyib.Muxalifet - 4-09-2017
Üçqat dünya çempionu: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”
Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb.
Mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb.
Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
Vətənə dönən komandamızı hava limanında qarşılayan Apasport.az-ın müxbiri dünya çempionu Məhəmmədrəsul Məcidovun fikirlərini öyrənib.
- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?Muxalifet - 4-09-2017
Qəbələdə yanğın hələ də söndürülməyib
Qəbələ rayonunda yanğının söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından bildirilib ki, söndürmə işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada əsasən, quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.Muxalifet - 4-09-2017
Samuxda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb
Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.
Samux-Əhmədbəyli yolunda "VAZ-2107" markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız "Təcili yardım" maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 4-09-2017
Ahıl kişini avtomobil vuraraq öldürüb - BAKIDA
Bakıda ahıl kişini avtomobil vuraraq öldürüb.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, "Beşmərtəbə dairəsi" kimi tanınan ərazidə 99-CC-331 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil yolu keçən təxminən 70-75 yaşlı kişini (hələlik şəxsiyyəti məlum deyil) vurub. Hadisəni törədən sürücü yaralanı xəstəxanaya çatdırarkən o, yolda dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, sürücü saxlanılıb.
Hazırda ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.Muxalifet - 4-09-2017
Məşhur öngörü: 2017-ci ildə nələr olacaq?
Volf Messinqi çoxları fövqəladə bacarığa malik öngörən hesab edir. Bəziləri isə onu sadəcə adi şarlatan sayır. Ona inanıb-inanmamağa hər kəs özü qərar verir. Bir o dəqiqdir ki, insanlar Messinqin öngörülərini maraqla oxuyurlar. Bəs, 2017-ci il haqda Messinqin öngörüsü nədən ibarətdir?
Axar.az xəbər verir ki, Messinqin fikrincə, 2017-ci il təlatümlü il olacaq, ancaq böyük dövlətlərin müharibəsi baş verəməyəck. İnsanları isə naməlum xəstəlik gözləyir.
Messinq dünyanın lideri olan dövlətlərin də adını çəkib: Rusiya, ABŞ və Çin.Muxalifet - 4-09-2017