DÇ-2018: Norveç və Çexiya məğlub oldu: Azərbaycan 3-cü pillədə

Azərbaycan millisi turu 10 xalla başa vurub
 
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun növbəti oyunları keçirilib.
9 qarşılaşma C, E və F qruplarına təsadüf edib.
C qrupunda Almaniya Norveçi 6:0 hesabı ilə yenərək, xallarını 8 oyundan 24-ə çatdırıb. Şimali İrlandiya isə Çexiyanı 2 cavabsız qolla yenib. Bu nəticələrdən sonra Azərbaycan millisi turu 10 xalla 3-cü pillədə başa vurub.
Digər qruplarda isə postsovet məkanı təmsilçilərindən Ermənistan evdə Danimarkaya, Qazaxıstan səfərdə Polşaya, Litva isə Sloveniyaya böyük hesabla uduzub.
Dünya çempionatı, seçmə mərhələ
4 sentyabr
VIII tur
20:00. Azərbaycan - San Marino - 5:1
Qollar: Əfran İsmayılov, 20; 57. Araz Abdullayev, 25. Mikele Çevoli, 71-öz qapısına. Rəşad Sadıqov, 81 - Mirko Palatsi, 74
22:45. Almaniya – Norveç - 6:0
Qollar: Məsut Özil, 10. Yulian Draksler, 17. Timo Verner, 21; 40. Leon Qoretska, 50. Mario Qomes, 79
22:45. Şimali İrlandiya - Çexiya - 2:0
Qollar: Conni Evans, 28. Kris Brant, 41
Xal durumu: Almaniya - 24, Şimali İrlandiya - 19, Azərbaycan - 10, Çexiya - 9, Norveç - 7, San Marino - 0
E qrupu
20:00. Ermənistan – Danimarka - 1:4
Qollar: Ruslan Koryan, 6 - Tomas Delani, 17; 82; 90+3. Kristian Eriksen, 29
22:45. Monteneqro – Rumıniya - 1:0
Qol: Stevan Yovetiç, 75
22:45. Polşa – Qazaxıstan - 3:0
Qollar: Arkadiuş Milik, 11. Kamil Qlik, 74. Robert Levandovski, 86-penalti ilə
Xal durumu: Polşa - 19, Danimarka - 16, Monteneqro - 16, Rumıniya - 9, Ermənistan - 6, Qazaxıstan - 2
F qrupu
22:45. İngiltərə - Slovakiya - 2:1
Qollar: Erik Dayer, 37. Markus Reşford, 59 - Stanislav Lobotka, 3
22:45. Şotlandiya – Malta - 2:0
Qollar: Kristof Berra, 9. Li Qriffits, 49
22:45. Sloveniya – Litva - 4:0
Qollar: Yosip İliçiç, 25; 61 (hər ikisi penalti ilə). Benjamin Verbiç, 82. Valter Birsa, 90
Xal durumu: İngiltərə - 20, Slovakiya - 15, Sloveniya - 14, Şotlandiya - 14, Litva - 5, Malta - 0.