Axtarış
The search found 105779 results in 0.015 seconds.
Search results
22 yaşlı Gəncə sakini özünü asıb
Gəncədə intihar hadisəsi baş verib.
Hadisə “Hərbi şəhərcik” adlanan yaşayış massivində qeydə alınıb.
1995-ci il təvəllüdlü Ələkbərov İbrahim Əzim oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 3-09-2017
İŞİD-in baş xəzinədarı İstanbulda yaşayır - ABŞ-dan şok iddia
ABŞ Maliyyə Nazirliyi İŞİD rəhbərliyində təmsil olunan Salim Mustafa Məhəmməd əl-Mənsuru ən təhlükəli terrorçu elan edərək, onun adını sanksiyalar siyahısına salıb.
ABŞ İŞİD-in Mosul üzrə maliyyəçisi kimi bilinən əl-Mənsurun İraqa qaçmaq əvəzinə Türkiyə ilə anlaşmaya getdiyini iddia edir. ABŞ-da hesab edirlər ki, əl-Mansur Mersin, İstanbul və ya Adanada yaşayır.Muxalifet - 3-09-2017
Vilayət Quliyevdən Ramil Səfərovun ekstradisiyası ilə bağlı maraqlı açıqlama
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Ramil Səfərovun ekstradisiyası və ondan sonrakı proseslərlə bağlı maraqlı xatırlatma edib.
– Düz 5 il bundan əvvəl, bazar günü səhər saat 9-da Macarıstan XİN-ə dəvət edilmişdim. Bir gün əvvəl mobil telefonuma zəng vurub soyuq və rəsmi səslə təyin olunan vaxtda nazirliyin dövlət katibi Jolt Nemetin məni gözləyəcəyini bildirmişdilər.Muxalifet - 3-09-2017
"Mübarizəmiz hakimiyyət uğrunda deyil, Azərbaycan naminədir" – ARİF HACILI
Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun açılışında iştirak ediblər.
Bu məsələyə sərt təpki göstərən Müsavat başqanı Arif Hacılı öz “Facebook” səhifəsində bu sözləri yazıb.
“Sarkisyan Vardenis-Ağdərə yolunun açılışında iştirak edib.
Bu yalnız 116 km. avtomobil yolu deyil.
Bu Ermənistanla Qarabağ arasında daha bir dəhlizdir.Muxalifet - 3-09-2017
Pentaqon rus əsgərlərinin canlı molekullarını almaq üçün tender elan etdi
ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya təlim komandanlığı avropoid irqindən olan Rusiya hərbi qulluqçularının canlı RNK nümunələrinin alınması üçn tender elan edib. (RNK bütün canlı orqanizmlərin hüceyrələrində olan üç əsas makromolekuldan biridir, digər ikisi DNK və zülaldır).
Muxalifet - 3-09-2017
Qəbələdə yanğın yeni ərazilərə keçib
Yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən çətinləşib
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) erilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.Muxalifet - 3-09-2017
Şüvəlanda 1 nəfər dənizdə batıb: axtarışlara başlanıb
Şüvəlan qəsəbəsində 1 nəfər dənizdə batıb.
Muxalifet - 3-09-2017
Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər - FOTO
Rusiya paytaxtında yaşayan müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçirirlər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mindən çox müsəlman səfirliyin qarşısına toplaşıb.
Onlar Myanmada baş verən müsəlman qırğınına son qoyulmasını tələb edirlər. Aksiya iştirakçıları "Allahu əkbər!" deyə qışqırırlar. Müsəlmanlar etiraz əlaməti olaraq səfirliyin qarşısında namaz qılıblar. Onlar Myanma dövlətini terrorçuluqda və müsəlmanlara qarşı soyqırımı törətməkdə günahlandırırlar.Muxalifet - 3-09-2017
İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü
İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb.
Bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib.
Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün...Muxalifet - 3-09-2017
Astanada qarışıqlıq - ƏCNƏBİLƏRLƏ KÜTLƏVİ DAVA
Sentyabrın 2-də gecə xeyli adam Astanada Almatı və Türküstan küçələrini bağlayıb. Hadisə yerinə dubinka və qalxanlarla silahlanmış xüsusi təyinatlı dəstə yeridilib. Bundan başqa ora yanğınsöndürənlər, “təcili yardım" briqadaları və iki avtobusla əlavə polis qüvvələri cəlb olunub.
Muxalifet - 3-09-2017
Toy karvanında növbəti qəza – Gəlin maşını "Mercedes"lə toqquşdu
Ağır yol qəza hadisəsi baş verib
Bəhramtəpə yolunda hərəkət edən toy karvanında ağır qəza baş verib. Gəlin maşını olan "Hyundai Elantra" ilə toy karvanında olan "Mercedes" markalı avtomobil tqquşub.
Toqquşma nəticəsində "Mercedes" kanala aşıb və sərnişinlər sıxılı vəziyyətdə qalıb. 2 nəfərin ağır yaralandığı bildirilir.
Hadisə yerinə FHN əməkdaşları, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Ərazidə tıxac yaranıb.Muxalifet - 3-09-2017
NATO-dan KXDR-ə TƏLƏB – Nüvə sınaqlarını dayandırın!
NATO-nun Baş katibi Yens Stoltenberq Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi növbəti nüvə sınağını pisləyən bəyanatla çıxış edib.
NATO-nun saytında xəbər verilir ki, Şimali Atlantika alyansı KXDR-nın keçirdiyi, beynəlxalq və bölgə təhlükəsizliyini təqdid edən nüvə sınaqlarından narahatlıq ifadə edir.
«Şimali Koreya rejimi təxirə salmadan bütün nüvə və raket sınaqları fəaliyyətini dayandırmalıdır» – deyə, Stoltenberq bəyan edib.Muxalifet - 3-09-2017
ƏRDOĞANDAN AZƏRBAYCAN MUSİQİSİNƏ MÖHTƏŞƏM KLİP – “Ya olacağıq, ya öləcəyik!”
Türkiyə prezidenti R. T. Ərdoğanın Azərbaycandan olan bəstəkar-müğənni Şəmistan Əlizamanlının oxuduğu “Turan eller var olsun” mahnısına çəkdirdiyi klipi təqdim edirik:
Muxalifet - 3-09-2017
Elektrik mişarı ustanın döş qəfəsini doğradı - AĞSUDA
Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə rayonunu Hacıuşağı kəndində baş verib.
Kənd sakini 1970-ci il təvəllüdlü Cavadov İmaməddin Mayıl oğlu qonşunun evində usta kimi elektrik mişarı ilə döşəmə üçün nəzərdə tutulan taxtaları yonan zaman yıxılıb. Elektrik mişarı zirzəmiyə düşən ustanın döş qəfəsini, qollarını və qarın nahiyəsini doğrayıb. Çoxlu qan itirən iki uşaq atası İ. Cavadov Ağsu rayon Mərkəzi Xəstəsinə aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 3-09-2017
Qubada 3 uşaq atası özünü asıb
Hadisə rayonun Talabı kəndində baş verib
Qubada intihar hadisəsi baş verib.
Rayonun Talabı kənd sakini, 1985-ci il təvəllüdlü Müzəffərov Samir Babaşah oğlu özünü asaraq öldürüb.
Ş.Müzəffərov 3 uşaq atası idi.
Faktı Quba Rayon İcra Hakimiyyətinin Talabı kənd İƏV nümayəndəsi Xanlar Heybətov və kənd sakinləri də təsdiq edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 3-09-2017
Musiqiçilər qəzaya düşdü: Toy musiqisiz qaldı - GORANBOYDA
Hadisə nəticəsində 2 nəfər yaralanıb
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə rayonun Ağcakənd kəndində baş verib.Muxalifet - 3-09-2017
Sərnişin sürücünü boğmağa çalışdı- SAXLAMADIĞI ÜÇÜN
Hadisə avtobus hərəkətdə olan zaman baş verib
Bakıda sürücü və sərnişinlər arasında növbəti insident baş verib.
Hadisə 96 saylı marşrut avtobusda qeydə alınıb.
İnsident sürücünün nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamaqdan imtina etməsindən sonra baş verib. Avtobusu dayanacaqdan kənarda saxlamağa məcbur edən sərnişin nəqliyyat vasitəsi hərəkətdə ikən sürücünü sükan arxasında boğmağa cəhd edib. Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşından düşüb.Muxalifet - 3-09-2017
Şüvəlanda dənizdə batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Xəzərdə batan şəxsin kimliyi məlum olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı bildirilən şəxs - 1990-cı il təvəllüdlü Hacızərova Arzu Nazim qızıdır.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.
***
15:53
Muxalifet - 3-09-2017
Şamaxıda oğul atasını baltaladı – DAHA SONRA İNTİHARA CƏHD ETDİ
Şamaxıda qətl hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Şamaxı şəhəri, Vəli Məmmədov küçəsi, 52 saylı mənzildə qeydə alınıb.
Rayon sakini, 1971-ci il təvəllüdlü Cahangirov Qadir Arif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı atası, 1947-ci il təvəllüdlü Cahangirov Arif Ağəli oğlunu baltalayaraq öldürüb.Muxalifet2 - 3-09-2017
Avtomobil çaya aşdı, 4 NƏFƏR XƏSARƏT ALDI
Samuxda yol qəzası baş verib.
Hadisə Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən Gəncə çayına düşüb.
Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, avtomobildə olan daha iki şəxs də Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Muxalifet2 - 3-09-2017