İNANILMAZ TAPINTI: ABŞ-da 6 tonluq, 9 metr hündürlükdə dinozavr tapıldı
3-09-2017 01:18

ABŞ-ın Kolorado ştatında inşaat işçiləri 66 milyon yaşı olan dinozavr skeleti tapıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qalıqları incələyən ekspertlərin rəyinə görə, skeletin ağırlığı 6 ton, hündürlüyü 9 metr olub. Çox nadir növlərdən olan dinozavr skeleti Kolorado ştatının Tornton şəhərində təsadüfən inşaat işçiləri tərəfindən tapılıb.
Trikeratops dinozavrına aid olduğu deyilən skeletin 66 milyon il əvvəl basdırıldığı ehtimal olunur.