Moskvada Nadir şahın qılıncı oğurlandı

Moskvada Nadir şahın qılıncı oğurlanıb.
 
Rusiya polisi Dağıstandakı muzeydən oğurluq etməkdə şübhəli bilinənləri həbs edib. Oğrular muzeydən 100-dən çox əntiq əşya, o cümlədən Nadir şahın qılıncını aparıblar.
Qeyd edək ki, çox böyük tarixi əhəmiyyət daşıyan bu əntiq qılınc 1 milyon avro həcmində dəyərləndirilir.
Xatırladaq ki, oğurluq hadisəsi bu ilin iyununda olub.