Dağlıq Qarabağda erməni əsgəri ölüb
1-09-2017 17:49

Bu gün Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağda erməni əsgəri ölüb.
“news.am” saytının verdiyi xəbərə görə, hadisə saat 11:50-də Dağlıq Qarabağın şərqində baş verib.
Mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparır.