Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
Rus jurnalist Ukraynada oğurlanıb
Ukraynada jurnalist oğurlanıb.
Rusiya KİV xəbər verir ki, oğurlanan Rusiyanın "Birinci kanal"ının əməkdaşı Anna Kurbatovadır. Televiziya məlumatı təsdiqləyib. Bildirilir ki, A.Kurbatova naməlum istiqamətə aparılıb.
Onun əvvəllər dəfələrlə təhdid edildiyi deyilir. Təhididlər Ukraynanın Müstəqillik günü ilə bağlı hazırladığı reportajdan sonra gəlməyə başlayıb.Muxalifet - 30-08-2017
Qubada meşədə itən uşağın tapılma anı — VİDEO
Quba rayonunun Əski İqrığ kəndi ərazisində meşədə itən uşağın tapılmasının təfərrüatı məlum olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev "Report"-a bildirib ki, uşaq huşsuz halda və yerə yıxılmış vəziyyətdə aşkarlanıb.
Onun sözlərinə görə, avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən Şimal Regional Mərkəzinə Quba rayonunun Əski İqrığ kəndi ərazisində Əliyev Natiq Namiq oğlunun itməsi ilə bağlı məlumat daxil olub:Muxalifet - 30-08-2017
Amerikalı həmsədr: "Bu münaqişə çox uzanır"
"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi mən fransalı və rusiyalı həmkarlarımla birlikdə tərəfləri bir-biri ilə konstruktiv şəkildə iş aparmağa həvəsləndirmək sahəsində işləməyi səbirsizliklə gözləyirəm".
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endru Şeffer deyib.Muxalifet - 30-08-2017
Nəcəf Nəcəfov Fondu Eynulla Fətullayevi təkzib etdi
Haqqin.az saytında dərc edilmiş jurnalist Eynulla Fətullayevin bu saytın yaradılması üçün Nəcəf Nəcəfov Fondu vasitəsilə Qərb donorlarından 200 min dollar alması haqqında məqalə həqiqətə uyğun deyil və tamamilə əsassızdır.
Bu barədə "Turan"a Fondun nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Fətullayev Nəcəfov Fondunun dəstəyi ilə saytın yaradılması ilə bağlı olmayan bir layihə həyata keçirib və onun dəyəri yuxarıda qeyd edilən məbləğdən 10 dəfə az olub.Muxalifet - 30-08-2017
Siyasi məhbusların müdafiəsinə həsr olunmuş vətəndaş forumu
Bu gün sosial şəbəkələrdə siyasi məhbusların müdafiəsi üzrə "Azad et" şüarı altında üç gün davam edən kampaniyanın yekunlarına həsr olunmuş vətəndaş forumu keçirilib.
Kampaniyanın təşəbbüskarları bir sıra gənclər təşkilatları, o cümlədən NİDA idi.
Üç gün ərzində Facebook və Twitter-də siyasi məhbusların fotoşəkilləri və onlar haqqında qısa məlumat yer alan yüzlərlə yazı dərc olunub.Muxalifet - 30-08-2017
"Mehman bəy "Turan"da demokratik Azərbaycanın kiçik modelini yaradıb"
Aygün Muradxanlı
Muxalifet - 30-08-2017
Rusiya Ermənistana yeni zenit-raket sistemi satmaq istəyir
Ermənistan Rusiyanın C-350E “Vityaz” zenit-raket sistemini almaq istəyir.
Ermənistan KİV xəbər verir ki, 2018-ci ildən başlayaraq yeni silah xarici ölkələrə satılacaq. Potensial alıcılar arasında Ermənistan, Hindistan, Vyetnam, Əlcəzair və daha bir neçə Yaxın Şərq ölkəsinin adı var.
C-350E “Vityaz” pilotsuz təyyarələrdən, qanadlı raketlərdən müdafiə olunmağa imkan verir və Hava Hücumundan Müdafiə sistemi ilə təchiz olunub.
S-400-dən bir sıra texniki parametlərdə geri qalmasına baxmayaraq, C-350E “Vityaz” 32 hədəfi vura bilər./modern.azMuxalifet - 30-08-2017
Ukraynada Saakaşvilinin tərəfdarları güllələnmə ilə hədələnir
Ukrayna daxili işlər naziri Arsen Avakovun keçmiş məsləhətçisi İlya Kiva Polşadan Ukraynaya keçməyi planlaşdıran Mixail Saakaşvilini qarşılamağa gedəcək hər kəsi, o cümlədən Radanın deputatlarını güllələyəcəyini deyib.
Ukrayna KİV xəbər verir ki, Kiva Saakaşvilini və onun tərəfdarlarını təxribatda ittiham edib.Muxalifet - 30-08-2017
18 yaşlı qız çoxlu dərman ataraq intihara cəhd edib - BİLƏSUVARDA
Biləsuvar rayonunda 18 yaşlı qız intihara cəhd edib.
Hadisə rayonun Xırmandalı kəndi ərazisində baş verib.
Belə ki, kəndin sakini, 1999-cu il təvəllüdlü Səidə Niyaz qızı Əsədova 30-a yaxın diabet xəstələrinin istifadəsi üçün nəzərdə tutulan preparat qəbul edib. O, huşunu itirib və yaxınlarının köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, S.Əsədovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet - 30-08-2017
"Qarabağ"dan müdhiş həmlə — DÜNYA ULDUZUNU GƏTİRİR
“Qarabağ” Enrike ilə danışıqlar apardığını təsdiqlədi
“Qarabağ” PAOK-un futbolçusu Pedro Enrikeni icarəyə götürmək istədiyini təsdiqləyib.
Ağdam klubunun direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlamasında braziliyalı yarımmüdafiəçi ilə danışıqlar apardıqlarını təsdiqləyib:
“Enrike transfer siyahımızda olan futbolçudur. Onu heyətə qatmaq üçün danışıqlar aparırırq. Hazırda danışıqlar müsbət yöndə davam edir”.Muxalifet - 30-08-2017
İtkin düşən rus jurnalist tapıldı: Zorla Rusiyaya qaytarılacaq
Rusiya Xarici İşlər Naziliyi bu gün Kiyevdə oğurlanan rusiyalı jurnalist, “Birinci kanal”ın müxbiri Anna Kurbatova ilə bağlı məqamları araşdırır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bldirib.
Qeyd edək ki, Rusiyanın “Birinci kanal”ının müxbiri A.Kurbatova bu gün Kiyevdə yoxa çıxıb.
Az öncə məsələyə Ukrayna Təhlükəsizlik Xidməti də münasibət bildirib. Dövlət qurumu A.Kurbatovanın zorla Rusiyaya qaytarılacağını açıqlayıb. Xidmətin açıqlamasında A.Kurbatova “rusiyalı propoqandist” kimi təqdim olunub./teleqraf.comMuxalifet - 30-08-2017
İrandan kürdlərə sərt xəbərdarlıq: Referendum təhlükəlidir
İran Xarici İşlər Nazirliyi Kərkük Şəhər Məclisinin Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı müstəqillik referendumunda iştirakına dair qərarını təhlükəli və narahatedici addım hesab edir.
Bu sözlər İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi tərəfindən verilən yazılı açıqlamada yer alıb. Sözçü Kərkük Şəhər Məclisinin qərarını İraqın ərazi bütövlüyü və suverenliyinə qarşı olan yanlış addım kimi qiymətləndirib.Muxalifet - 30-08-2017
Brilliant Dadaşova xəstəxanaya yerləşdirildi
Xalq artisti Brilliant Dadaşova iki gün öncə təcili olaraq Türkiyədə xəstəxanalardan birinə yerləşdirilib.
Sənətçi hazırda xəstəxanada həkim nəzarəti altındadır.
Şahidlərin sözlərinə görə, B.Dadaşovanın yanında bacısı İradə olub.
Xalq artistinin xəstəxanaya yerləşdirilmə səbəbi kimi yüksək temperatur və soyuqdəymə göstərilib. (1news.az)Muxalifet - 30-08-2017
“Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri haqda şok iddia - ŞİKAYƏT
“Arif Əliyev cinayət yolu ilə əldə etdiyi puldan gələnlərin cibinə basır deyə, ona “gözün üstə qaşın var” deyən yoxdur”
Göyçay şəhəri Nizami küçəsi ev 69 sakini İsmayılov Rüstəm İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Hazırda Almaniyada müvəqqəti yaşayan İsmayılov Rüstəm İsmayıl oğlu mətbaut vasitəsi ilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və Baş prokuror Zakir Qaralova müraciət edir:Muxalifet2 - 30-08-2017
Müxalifət siyasi məhbuslara görə bir araya gəldi
Bu gün Müsavat Partiyasının qərərgahında Siyasi məhbuslara azadlıq tələbi ilə keçrilən “Azadet” kampaniyasının tədbiri baş tutub.
Bu barədə Abzas.net-ə tədbirin təşkilatçılarından olan Əbülfəz Qurbanlı məlumat verib.
Əbülfəz Qurbanlı bildirib ki, tədbirdə hüquq müdafiəçiləri, gənclər, siyasətçilər, məhbus ailələri, ABŞ və Almaniya səfirlikləri, media nümayəndələri iştirak edib.
Çıxışçılar və tədbirin təşkilatçıları Azərbaycanda siyasi məhbus problemi davam etdikcə, bu kampaniyaların da davam edəcəyini bildiriblər.Muxalifet - 30-08-2017
Mehman Əliyevin vəkili Avropa Məhkəməsinə müraciət edəcək
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi tamamilə qanunsuzdur, bu barədə vəkil Fariz Namazlı jurnalistin həbsi ilə bağlı apellyasiya şikayətinin təmin edilməməsini şərh edərkən bildirib.
Muxalifet.az xəbər verir ki, onun sözlərinə görə, müdafiə tərəfi məhkəmədə ittihamın saxta olduğunu sübut edib.
Namazlı qeyd edib ki, işdə hətta Əliyevin həbs edilməsi üçün əsaslı şübhələr belə yoxdur.Muxalifet - 30-08-2017
ŞOK: Azərbaycanda enerji içkilərindən üç nəfər ölümcül vəziyyətə düşüb
Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov yerli KİV-lərdən birinə verdiyi müsahibədə Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı mövcud vəziyyətdən danışarkən bildirib ki, üç nəfər enerji içkilərindən ölümcül vəziyyətə düşüb.
Muxalifet2 - 30-08-2017
Putinin dostları Yanukoviçin iqamətgahına sahib çıxdılar
Rusiya prezidenti Vladimir Putinin dostları Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç üçün Krımda tikilən villanı alıblar.
Munscanner.com saytının araşdırmasına görə, 2007-ci ildə Yanukoviç Krımın Ayya burnunda yerləşən istirahət bazasını özəlləşdirib (bəzi məlumatlara görə, Viktor Yanukoviçin oğlu Aleksandr tərəfindən 1,2 milyon dollara satın alınmışdı - red.). İstirahət bazası hasarlanıb və təmtəraqlı villanın tikintisinə başlanılıb.Muxalifet2 - 30-08-2017
Azərbaycan Rusiyadan “İskəndər” alır?
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti “İskəndər” operativ-taktiki komplekslərinin satışı üzrə xarici tərəfdaşlardan alınmış sifarişləri nəzərdən keçirir. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu xidmətin direktoru Dmitri Şuqayev deyib.
“Təsdiq edirəm ki, sifarişlər var, lakin onlar barədə danışmaq hələlik tezdir”, - “Ordu-2017” beynəlxalq forumunun yekunlarına həsr edilmiş mətbuat konfransında o deyib.
Şuqayev vurğulayıb ki, “İskəndər” operativ-taktiki kompleksi yüksək dəqiqliyə malik silahların ən yaxşı nümunələrindəndir.Muxalifet2 - 30-08-2017
UEFA təsdiqlədi: “Qarabağ” oyunlarını Olimpiya stadionunda keçirəcək
UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-nın Mətbuat xidmətindən deyilib.
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını keçirəcəyi məkanın dəyişdirilməsi ilə bağlı göndərdiyi sorğuya baxılıb. Klubun bu mərhələdəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib", - UEFA-dan bildirilib.Muxalifet2 - 30-08-2017