Axtarış
The search found 105779 results in 0.016 seconds.
Search results
Yaponiya niyə Pxenyanın raketini vurmadı?
Şimali Koreyanın son raket atışı ilə bağlı Yaponiyanın sosial şəbəkələrində istifadəçilər öz hökumətlərinin fəaliyyətsizliyindən narazılıqlarını ifadə edirlər
"The Independent" yazır ki, Şimali Koreyanın raket sınaqlarının artması bir çoxlarının ABŞ, Yaponiya və Cənubi Koreyaya bu raketləri vurub salmaq çağırışlarına səbəb olub.Muxalifet - 30-08-2017
Tələbələr gediş haqqından azad oluna bilər - Danışıqlar aparılır
Azərbaycanda tələbələrə ictimai nəqliyyatda güzəşt tətbiq edilə bilər.
Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr üçün güzəşt kartı var. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılır:Muxalifet - 30-08-2017
“Rusiya Ukraynanı milliyyətçi ölkəyə çevirdi” - Volker
ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiyanın fəaliyyəti nəticəsində Ukraynanın milliyyətçi və Avropa yönümlü ölkəyə çevrildiyini bildirib.
BakuPost.az xəbər verir ki, o bu barədə o, Deutsche Welle nəşrinə verdiyi müsahibəsində bildirib.
"Düşünürəm ki, Rusiya Ukraynanı özünün nüfuz sahəsi kimi orbitində saxlamağa ümid edirdi. Amma reallıqda onlar daha milliyyətçi, birləşmiş və Avropa yönümlü bir Ukrayna yaratdılar. Bu isə, düzünü desək, heç də Rusiyanın maraqlarına uyğun gəlmədi”, - Volker bəyan edib.Muxalifet - 30-08-2017
Arvadını niyə boğaraq öldürdü? - HADİSƏNİN TƏFƏRRÜATI
Bakıda törədilən qətlin təfərrüatı məlum olub.
1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub.
B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib.Muxalifet - 30-08-2017
Azərbaycanın futbol millisi Norveçə yollandı — FOTO
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasının qonağı olacaq Azərbaycan milli komandası Osloya yola düşüb.
"Report" xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə səfərə çıxıb.
Yığma ilə birgə Skandinaviya ölkəsinə veteran futbolçular - AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov da uçub.Muxalifet - 30-08-2017
Millimizin baş məşqçisi: "Norveçdə bizi çətin oyun gözləyir"
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin sentyabrın 1-də səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl "Report"a müsahibə verib:
- Milli komandanın hazırlıq səviyyəsindən razısınız?Muxalifet - 30-08-2017
PKK-nın Suriyadakı liderlərindən Adnan Əbu Əmcəd öldürüldü
PKK terror qruplaşmasının Suriya qolu sayılan YPG-nin üst səviyyəli liderlərindən Adnan Əbu Əmcəd öldürülüb.
"Ölkə.Az" xəbər verir ki, terrorçu 29 avqust tarixində Rakkada İŞİD terrorçuları ilə baş verən silahlı toqquşmada qətlə yetirilib.
YPG terror qruplaşması tərəfindən sosial mediada açıqlama verilib. Açıqlamada Adnan Əbu Əmcədin Rakkada qətlə yetirilməsi təsdiqlənib.Muxalifet - 30-08-2017
Azərbaycan Gürcüstana daha bir helikopter göndərdi
Gürcüstan Hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaheti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə daha bir helikopter göndərib.
Nazirlyin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxın və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.Muxalifet - 30-08-2017
Oliqarx Cəbrayılov dişi ağrıdığı üçün oteli atəşə tutdu
Çeçen əsilli biznesmen Umar Cəbrayılov qaldığı oteldə hər kəsə qorxulu anlar yaşadıb.
Rusiya KİV xəbər verir ki, 59 yaşlı oliqarx “Dörd mövsüm” otelində qaldığı otağın divarlarına dəfələrlə atəş edib. Otelə dərhal polis çağırılıb və Cəbrayılovun açıqlaması hər kəsi təəccübləndirib. Belə ki, milyoner dişi ağrıdığı üçün yata bilmədiyini və bu addımı atdığını deyib. Ona tibbi yardım göstərilib.Muxalifet - 30-08-2017
Apellyasiya məhkəməsi Gözəl Bayramlını həbsdə saxladı
Avqustun 30-da AXCP sədrinin müavini Gözəl Bayramlının haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi məsələsinə baxılıb.
Nəsimi Rayon Məhkəməsi bu haqda vəsatəti təmin etmədiyindən həmin qərardan apelyasiya şikayəti verilmişdi.
Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə həmin şikayətə baxılıb və təmin olunmayıb. Bu haqda Gözəl Bayramlənın vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, Gözəl xanımın həbs qərarından şikayət artıq Avropa Məhkəməsinə göndərilib.Muxalifet - 30-08-2017
Vəkil Əfqan Muxtarlı ilə görüşüb
Vəkil Elçin Sadıqov Əfqan Muxtarlı ilə görüşüb.
Vəkilin bildirdiyinə görə, Əfqan Muxtarlının səhhətindəki problemlər hələ də qalmaqdadır. Onun ürəyindəki ağrılarla bağlı heç bir müayinə aparılmayıb, hansı ki, dəfələrlə müraciət edilib. Vəkil bildirir ki, Ə.Muxtarlının yenə də şəkəri yüksəkdir və qan təzyiqində problemlər var.
Sabah saat 15.00 da Apellyasiya Məhkəməsində, Ə.Muxtarlının həbsinin ev dustaqlığı ilə əvəz edilməsi vəsadətinin təmin olunmaması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.Muxalifet - 30-08-2017
Almaniyanın Sosial-Demokrat Partiyası Mehman Əliyevin dərhal azad olunmasını tələb etdi
SDP-nin insan hüquqları siyasətinin spikeri, Avropa Şurası Parlament Assambleyasında Almaniyanı təmsil edən deputatı Frank Şvabe Azәrbaycandakı silsilә hәbslәr barәsindә Sosial-Demokratlar Partiyasının mövqeyini bildirib;
Muxalifet - 30-08-2017
Gürcüstan iqtisadiyyatında 4.4 faiz artım, Azərbaycanda 1 faiz azalma
2017-ci ilin iyul ayında Gürcüstanda ÜDM-in artım tempi 3,8% təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, 2017-ci ilin ilk yeddi ayı ərzində ÜDM-in artım tempi 4,4%-ə çatıb.
Ötən ayın digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 6% olub. İstehlak qiymətləri isə iyun ayı ilə müqayisədə 0,9% aşağı düşüb.
Yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 13% artıb.
İyul ayında Gürcüstanda 3890 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 7,1% çoxdur.Muxalifet - 30-08-2017
Daha bir sığorta şirkəti ləğv olundu
"Buta Sığorta" ASC ləğv olunub.
Bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.
Məlumata əsasən, "Buta Sığorta" ASC-nin olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu,3066-cı məhəllə,168B ünvanında yerləşən cəmiyyətin Ləğvetmə Komissiyasına bildirə bilərlər.Muxalifet - 30-08-2017
Xəzərin Rusiya hissəsi YOX OLACAQ – TƏHLÜKƏ
Qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq.
Belə nəticəyə Amerika, Rusiya və Fransa alimlərinin birgə rəyi nəticəsində gəlinib. Tədqiqat barədə “Geophysical Research Letters” jurnalında qısa məqalə dərc olunub.Muxalifet - 30-08-2017
Almaniyadan ABŞ-a TƏLƏB: “Nüvə silahlarını ölkədən çıxart!”
Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabriel Amerikanın nüvə silahlarının ölkə ərazisindən çıxarılması tələbi ilə çıxış edib.
Bu haqda Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb.
“Əminəm ki, nəhayət nüvə silahları üzərində nəzarət və silahsızlaşmanı yenidən müzakirə etmək əhəmiyyətlidir. Mən Martin Şultsun fikirlərini düzgün hesab edirəm”, - Almaniya xarici siyasət idarəsinin başçısı ABŞ-a səfərinin yekunları ilə əlaqədar deyib.Muxalifet - 30-08-2017
Nüvə sazişindən çıxmayacağıq – İran prezidenti
Rəsmi Tehran İranla imzalanan nüvə razılaşmasından çıxmayacaq.
Bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani söyləyib. O, həmçinin, İranın nüvə razılaşmasını pozanlara qarşı səssiz qalmayacağını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ İranın nüvə razılaşmasının şərtlərinə əməl etmədiyini açıqlayıb./axar.azMuxalifet - 30-08-2017
Azərbaycanlılardan İranın irqçi qərarına etiraz: Qərar ləğv edilsin!
İran Təhsil Nazirliyinin psixi pozuntuları və ləhcəsi olan şəxslərin təhsil sahəsində işləyə bilməməyi haqqında qərarı ictimaiyyət tərəfindən etirazla qarşılanıb.
“Yolpress” xəbər verir ki, etirazçılar bu qanunun tamamilə səhv olduğunu və ləğvini tələb edirlər.
Bu qərarın təsdiqindən sonra xalq və bir neçə millət vəkili dünya ölkələrində əlillərin belə müəllim kimi işlədiklərini əsas gətirərək, qərarın ləğvinin vacib olduğunu bildiriblər.Muxalifet - 30-08-2017
Jurnalisti təhqir edən direktorun milyonluq villaları – FOTO
Jurnalisti təhqir edən Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın dəbdəbəli villalarının görüntüləri üzə çıxıb.
A24.az xəbər verir ki, sözügedən bahalı villalar paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşir. Villaların qiymətinin milyon manatdan çox olduğu deyilir. Həmin villaların direktor Nailə Məmmədovaya aid olmasını kənd sakinləri təsdiq edib.Muxalifet - 30-08-2017
Mehman Əliyev həbsdə qaldı
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bu haqda avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb.
Mehman Əliyevin vəkili həbs qərarından apellyasiya şikayəti vermişdi. Şikayətdə həbs qərarının qanunsuz və əsassız olduğu bildirilirdi.
Amma məhkəmə apellyasiya şikayətini təmin etməyib.Muxalifet - 30-08-2017