Axtarış

The search found 105779 results in 0.073 seconds.

Search results

  1. Kürdəmirdə “Mersedes” 27 yaşlı piyadanı vuraraq öldürüb

    Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
     
    Hadisə gecə saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini,  1966-ci il təvəllüdlü Oruc Ələkbər oğlu Ələkbərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Mehbudovu vurub.
     Piyada  aldığı xəsarətlərdən hadisə yerində ölüb.
     Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır./apa

    Muxalifet - 30-08-2017

  2. Şamaxıda əl qumbarası partladılıb

    Şamaxı şəhərinin mərkəzində qumbara partladılıb.
     
    Hadisə bu gün axşam saatlarında Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs əvvəlcə ev sahibi 1960-cı il təvəllüdlü Fərəcov Raqif Soltan oğlunu küçəyə çağırıb. Darvazanın döyülmə səsini eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.

    Muxalifet - 30-08-2017

  3. 50 məktəbdə rus dilinin tədrisi ilə bağlı ƏMR

    Azərbaycanda 50 ümumi təhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsi davam etdiriləcək.
     
    Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

    Muxalifet - 30-08-2017

  4. KXCP-nin təşkilat sədrinin evinə oğru girib

    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Lənkəran şəhər təşkilatının sədrinin evinə oğru girib.
     
    Hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib.
    Belə ki, KXCP-nın Lənkəran şəhər təşkilatının sədri Azad Şəfiyevin evinə oğru girib.
    Evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. A.Şəfiyevin həyat yoldaşına ilkin tibbi yardım göstərilib.
    Faktla bağlı araşdırmalara başlanılıb. (report)

    Muxalifet - 30-08-2017

  5. İran generalını Moskvaya göndərdi

    İranın Müdafiə nazirinin müavini, briqada generalı Nəsrullah Kələntəri Moskvaya səfər edib.
     
    Rusiya Müdafiə Nazirliyi Kələntərinin Moskvada Rusiya Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Fominlə görüşdüyünü bildirib.
    Görüş zamanı əsas müzakirə mövzusu Yaxın Şərq məsələsi olub.

    Muxalifet - 30-08-2017

  6. "Putindən sonra ən nüfuzlu şəxs mənəm" – JİRİNOVSKİ

    "Prezident Vladimir Putindən sonra Rusiyada ən nüfuzlu şəxs mənəm".
     
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı videoblogger Yuri Dudeyə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
    O, 2018-ci ildə prezident seçksində ikinci yeri tutacağını bildirib.
    Qeyd edək ki, bundan öncə Jirinovski Putini istefaya səsləmişdi. O, Kremlə gələcəyi təqdirdə Ukraynanı işğal edəcəyini, bütün korrupsionerləri məhv edəcəyini bildirmişdi.

    Muxalifet - 30-08-2017

  7. “Hoqlandın açıqlaması Bakı üçün yeni taktiki imkanlar yaradır” – Tofiq Zülfüqarov

    ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan bəyanatı Ermənistanda ciddi diskusiyalara səbəb olub.
     

    Muxalifet - 30-08-2017

  8. Qubada meşədə itkin düşən 5 yaşlı oğlan tapıldı - FOTO

    Quba rayonunda meşədə itkin düşən 5 yaşlı uşaq tapılıb.
    Avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılaraq Quba rayon Polis Şöbəsinə gətirilib.
    Azyaşlının vəziyyəti normaldır.

    Muxalifet - 30-08-2017

  9. Ağstafada ana və yeniyetmə qızını maşın vurub

    Ağstafa rayonunda ana və onun yeniyetmə qızını avtomobil vurub.
     
    Naməlum avtomobil onları vuraraq hadisə yerindən qaçıb.
    Belə ki, rayon sakini Gülnar Mehdiyava və onun 11 yaşlı qızı Türanə Səttar qızı Mehdiyeva yolu keçmək istəyərkən naməlum maşın onları vurub. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasınma yerləşdiriliblər.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 30-08-2017

  10. Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salındı

    Hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır
     
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
    Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
    Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
    Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü, əvvəlcədən məlumat verildiyi kimi, sentyabrın 5-6-da keçiriləcək.

    Muxalifet - 30-08-2017

  11. ​Nazirlər Kabinetində ixtisarlar - 8 ŞÖBƏ MÜDİRİ İŞDƏN ÇIXARILDI

    Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib.
    Dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub. Qafqazinfo” məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb.

    Muxalifet2 - 30-08-2017

  12. ​Bakıda ər özündən 10 yaş kiçik arvadını boğub öldürdü

    Bakıda 36 yaşlı kişi özündən 10 yaş kiçik həyat yoldaşını boğaraq öldürüb.
    Muxalifet.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.
    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

    Muxalifet2 - 30-08-2017

  13. DTX narkotiklərlə mübarizədə 25 qaçaqmalçını yaxalayıb

    Cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir.
     
    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İctimai əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilir ki, narkotiklərin milli genofonda vurduğu ciddi ziyanla yanaşı, narkobiznesdən əldə edilən gə­lirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.

    Muxalifet - 30-08-2017

  14. “Qarabağ” Çempionlar Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

    "Qarabağ" klubu Çempionlar Liqasında ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
     
    Bununla bağlı UEFA ilə razılıq əldə olunub.
    "Qarabağ"ın Bakı Olimpiya Stadionunda ilk matçı sentyabrın 27-də baş tutacaq. Komandamız həmin gün "Roma"nı qəbul edəcək.
    Oktyabrın 18-də "Atletiko" və noyabrın 22-də "Çelsi" ilə görüşlər də ölkənin ən böyük stadionunda oynanılacaq.
    Qeyd edək ki, C qrupunda yer alan "Qarabağ"ın ilk oyunu "Çelsi"yə qarşı olacaq. Qrupun sonuncu oyunu isə dekabrın 5-də İtaliyanın paytaxtında keçiriləcək:
      12 sentyabr

    Muxalifet - 30-08-2017

  15. Zabit Səmədov belə qələbə qazandı - VİDEO

    Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistan Respublikasının paytaxtı Qroznıda hollandiyalı Errol Tsimmermanla görüşüb.
     
    Səmədov rəqibi üzərində inamlı qələbə qazanıb.
    Həmin görüşün videosunu təqdim edirik:

    Muxalifet - 30-08-2017

  16. İranda irqçi qanun: azərbaycanlılar müəllim ola bilməyəcək

    İran Təhsil Nazirliyinin yeni qanunlarına əsasən türklər kimi ləhcəsi olan qövmlərin nümayəndələri müəllim ola bilməyəcək.
     
     "GünAz TV" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin açıqladığı bəyanat irqçiliyi xatırladan qanunlarla doludur.
    Təhsil Nazirliyinin bəyanatı “Fars” xəbər agentliyində dərc olunub. Yeni qanun, Təhsil Nazirliyinə qəbul olunan işçilər, xüsusi ilə də müəllimlərlə bağlı yeni meyarlar təyin edir.

    Muxalifet - 30-08-2017

  17. Space-in məşhur eksperti həbs edildi: kimin qardaşıdır?

    AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, dələduzluqda ittiham edilərək barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq 4 aylıq həbs qətimkan tədbiri seçilmiş Hacı Xaliq Bəşərlə bağlı "Ölkə.Az"-a yeni məlumatlar daxil olub.
     
    Mənbə bildirir ki, daha çox Space telekanalının müxtəlif proqramlarında ekspert qismində iştirak edən keçmiş şöbə müdiri Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun doğma qardaşıdır.

    Muxalifet - 30-08-2017

  18. Ermənistan rəsmiləri Bakıya gəlir

    Sentyanbrın 20-də Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti Azərbaycana gələcək.
     
    AzVision.az "Hraparak"-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Respublika partiyasının sədr müavini Armen Aşotyan rəhbərlik edəcək.
    Məlumata görə, onlar Bakıda keçiriləcək plenar iclasda iştirak edəcəklər.
    Xatırladaq ki, daha öncə Vahan Hovhannisyan, Styopa Safaryan, Tevan Poğosyan, Artaşes Qeğamyan Bakıda təşkil edilən müxtəlif tədbirlərdə iştirak ediblər.

    Muxalifet - 30-08-2017

  19. “Amnesty İnternational”dan Azərbaycana qarşı təxribat

    Hikmət Hacıyev: “Bu şəxsin adı “arzuolunmaz şəxslər”in siyahısına daxil ediləcək”
     

    Muxalifet - 30-08-2017

  20. “PULU MƏN ALMIŞAM, MEHMAN ƏLİYEV YOX” - Eynulla Fətullayev

    “Saytımız, çoxunun iddia etdiyi kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb”
     
     “Layihənin pulunu mən almışam, Mehman Əliyev yox”. Bu sözləri “Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev deyib.

    Muxalifet - 30-08-2017

Pages