Axtarış
The search found 105779 results in 0.023 seconds.
Search results
“İKİ OTAĞI, ÜÇ KATİBƏSİ VARDI…” - AMEA-nın həbs edilən sabiq şöbə müdiri haqqında müdhiş iddialar
“Ölkədə vəzifəli şəxslərin, tanınmış generalların adını çəkməklə əməllərini həyata keçirirdi”
AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbsi edilib. Dələduzluqda ittiham olunan sabiq şöbə müdiri barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq 4 aylıq həbs qətimkan tədbiri seçilib.Muxalifet - 30-08-2017
Bakı Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina etdi - SƏBƏB...
Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır.
Bu haqda Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.
O qeyd edib ki, stadionda toy keçirilməsi üçün müraciətlər olsa belə, artıq qəbul edilmir:Muxalifet - 30-08-2017
İtən uşaq ailəsinə belə qovuşdu - VİDEO
Xəbər verdiyimiz kimi, Qubada iki gündür itkin düşən uşaq tapılıb.
Muxalifet.az həmin azyaşlı Natiq Əliyevin valideynlərinə qovuşma anını təqdim edir:
Muxalifet - 30-08-2017
Siyəzəndə 2 VAZ toqquşdu: bir nəfər öldü
Siyəzəndə baş verən yol qəzasında bir nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 29-da saat 15 radələrində Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində Sabirabad rayon sakini Rafiq Xudayev idarə etdiyi “VAZ-21043” markalı avtomobili yolun kənarında dayanmış “VAZ-21214” markalı avtomobilə vurub. Nəticədə R. Xudayev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 30-08-2017
Azərbaycanlı tərəfindən öldürülən dünya çempionunun atası danışdı: “Bu siçovulu tapıb...”
Rusiyanın Xabarovsk şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionu Andrey Draçovu vəhşicəsinə döyərək öldürən azərbaycanlı kiqboksçu Anar Allahverənov hələ də tutulmayıb və gizlənir.
Virtualaz.org xəbər verir ki, Draçovun dostları və atası ötən gün onun məzarə başına toplaşaraq qatilin hələ də azadlıqda qalmasına diqqəti cəlb ediblər və hüquq-mühafizə orqanları Allahverənovun axtarışlarını sürətləndirməyə çağırıblar.Muxalifet - 30-08-2017
Gəncədə pul-qızıl dolu çanta oğurlandı
Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Gəncə şəhəri ərazisindəki mağazalardan birindən içərisində 480 manat pul və 1080 manat dəyərində qızıl əşyalar olan çanta oğurlanıb.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən Razi Rzayev həbs edilib.
Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.Muxalifet - 30-08-2017
Krım tatarlarının lideri: “Bu, Putin üçün çətin olardı, əgər...”
Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkə Konstitusiyasında Krım tatarlarına muxtariyyət statusunun verilməsi barədə mövqeyi qətidir.
turantoday.com saytı xəbər verir ki, bu haqda Krım tatarlarının lideri, Ukrayna deputatı Mustafa Cəmilov bildirib.
Onun sözlərinə görə, Krım tatarlarına muxtariyyət statusunun verilməsi o qədər də asan olmayacaq.Muxalifet - 30-08-2017
Göz rəngini dəyişmək istədi, kor oldu - FOTO
Gözəllik uğruna göz rəngini dəyişdirmək üçün lisenziyasız fəaliyyət göstərən klinikaya gedən qız az qala kor olacaqdı.
İstanbulda 17 yaşlı qız qəhvəyi rəngli gözlərini mavi rəngə boyatmaq üçün piqmentlərin dəyişdirilməsi üçün əməliyyat keçirib.Muxalifet - 30-08-2017
Ögey atasından hamilə qalan 12 yaşlı qızdan XƏBƏR VAR
Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək.
Bu barədə Publika.az-a Balakən Rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva məlumat verib.Muxalifet - 30-08-2017
"Bakıya getməyək, lisenziya isə versinlər" – Erməni məşqçi
Bakıda keçiriləcək idman gimnastikası üzrə reytinqli turnirdə Ermənistan komandası iştirak etmək istəmir.
Erməni millisinin baş məşqçisi Akop Serobyan təhlükəsizlik məsələlərini bəhanə edərək, dekabrda Xorvatiyada keçiriləcək konqresdə iddia qaldıracaqlarını bildirib.Muxalifet - 30-08-2017
"Genosidi uyduranlar lənətə gəlsin!" - Erməni tarixçi - VİDEO
Xarkovda yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və blogger Filipp Ekozyantsın erməni yalanlarını necə faş eləməsi haqda məlumat vermişdik.
Musavat.com günümüz üçün aktuallıq kəsb edən daha bir video-çarxını – “Hay” xalqı üçün psixo-tarixi tələ” adlı çıxışını tərcümə variantında oxucuların diqqətinə çatdırır:Muxalifet - 30-08-2017
Kremlin əsas dayağı çökür – Şok göstərici
“Qazprom”un xalis mənfəəti 2017-ci ilin iyununda 34,8% azalıb.
Bu barədə informasiya şirkətin hesabatında yer alıb. Hesabata əsasən bu ilin birinci yarısında şirkətin xalis mənfəəti 408 054 milyard rubl olub. Bununla bərabər, şirkətin səhmdarlarının gəliri də 381346 milyard rubla qədər azalıb.Qeyd edək ki, bu ilin ilk yarısında “Qazprom”un borcu 2,92 trilyon rubla çatıb./axar.az
Muxalifet - 30-08-2017
Sərkisyanın Putinə qarşı növbəti demarşı: Səbəblər…
Ermənistanın xarici siyasətinin əsas istiqamətlərini şıltaq Sərkisyanın qeyri-məhdud istəkləri təşkil edir.
Bu sözləri Axar.az-a Ermənistanın xarici siyasətində olan dəyişikliklərə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanın düşünülmüş, ideoloji-siyasi əsasa malik xarici siyasət apardığını demək yanlış olar.Muxalifet - 30-08-2017
Ölkənin tanınmış hüquq müdafiəçiləri prezident İlham Əliyevə müraciət etdilər
Ölkənin bir neçə tanınmış hüquq müdafiəçisi ölkə prezidentinə mraciət ünvanlayıb. Muxalifet.az-a daxil olan müraciətdə deyilir:
"Hörmətli Cənab Prezident,
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin "Turan" İnformasiya Agentliyində apardığı yoxlamalara əsasən tez-tələsik həbs olunan agentliyin direktoru, Azərbaycanda jurnalistikanın inkişafında əhəmiyyətli rol oynamış Mehman Əliyevlə bağlı bir daha Sizə müraciət etmək qərarına gəldik.Muxalifet2 - 30-08-2017
UEFA nümayəndələri “Qarabağ” üçün Bakıya gəlir
UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.
qol.az xəbər verir ki, Ağdam klubunun müraciətinə cavab olaraq, qitənin ali futbol qurumu yaxın günlərdə Bakıya öz nümayəndələrini göndərəcək. Onlar BOS-un Çempionlar Liqasının qrup matçlarını qəbul edib-etməməyə nə dərəcədə hazır olduğunu yoxlayacaqlar. Məhz bundan sonra UEFA “Qarabağ”ın müraciəti ilə bağlı qərar verəcək.Muxalifet - 30-08-2017
“Hələ şeyx cavandır, indi “razkom” götürüb” - Cavanşir Paşazadə
“Varislik filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.Muxalifet - 30-08-2017
Toya ”Porshe" ilə gələn azərbaycanlılar qəfildən atəş açmağa başladı
Rusiyada azərbaycanlıların toy vaxtı bahalı maşınlarla atışması toy iştirakçılarını qorxuya salıb.
baku.ws xəbər verir ki, hadisə Ural əyalətində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlılar toyda dava salıblar, daha sonra silahlar işə düşüb.
Toy iştirakçıları əvvəlcə atəşfəşanlıq olduğunu düşünüblər.
Məlumata görə, ”Porshe Cayenne” avtomobillərinə minən azərbaycanlılar atəş aça-aça toyun keçirildiyi yerdən sürətlə uzaqlaşıblar.Muxalifet - 30-08-2017
Norveç XIN "Turan" Agentliyinə münasibətdən narahatdır
Norveç Xarici İşlər Nazirliyi Turan Agentliyinin ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.
"İnformasiya agentliyinin ətrafında yaranmış vəziyyətdən, ümumilikdə Azərbaycanda mətbuat azadlığının vəziyyətindən çox narahatıq", Norveç XİN-in Twitter səhifəsində dərc olunan məlumatda deyilir.
"Turan"a qarşı cinayət araşdırması çərçivəsində agentliyin direktoru Mehman Əliyev həbs edilib, agentliyin bank hesabları dondurulub. Bu səbəbdən agentlik sentyabrın 1-dən öz fəaliyyətini dayandırdığını bəyan edib.Muxalifet - 30-08-2017
Müsavat AKM Mehman Əliyevin həbsinə etiraz olaraq mitinqlərə başlayır
Müsavat Avropa Koordinasiya Mərkəzi Turan Agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq yaxın günlərdə Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlər keçirəcək.
Bu barədə "Amerikanın Səsi"nə Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib
Onun sözlərinə görə, ilk mitinq sentyabrın 9-da Nürnberq şəhərində olacaq.Muxalifet - 30-08-2017
"Azərbaycan hökuməti Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır" – Respublikaçı Senator
Amerikalı respublikaçı senator Marko Rubio Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.
“Azərbaycan hökuməti görkəmli jurnalist Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır”, Marko Rubio “Mətbuat azadlığına təzyiqlərə yox!” haştaqında yazıb.Muxalifet - 30-08-2017