“Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri haqda şok iddia - ŞİKAYƏT

“Arif Əliyev cinayət yolu ilə əldə etdiyi puldan gələnlərin cibinə basır deyə, ona “gözün üstə qaşın var” deyən yoxdur”
Göyçay şəhəri Nizami küçəsi ev 69 sakini İsmayılov Rüstəm İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Hazırda Almaniyada müvəqqəti yaşayan İsmayılov Rüstəm İsmayıl oğlu mətbaut vasitəsi ilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və Baş prokuror Zakir Qaralova müraciət edir:
“Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev saxtakarlıq yolu ilə mənim və əllidən çox göyçay sakinlərinin səhimlərini mənimsəyib, əmlakını məhv edib özününküləşdirməklə ağır cinayət törətsə də, onun barəsində heç bir tədbir görülmür. Baxmayaraq ki, bu barədə çoxlu sayda şikayətlər etmişəm. Cinayətkar Arif Əliyev Göyçay “Avtonəqliyyat” ASC -ni saxtakarlıqla öz əlinə keçirib, orada qanunsuz bazar fəaliyyəti ilə məşğul olur.
Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-ni qanunsuz olaraq kolxoz bazarı etmişdir. Atam 20 dekabr 1994-cü il tarixdə Göyçay "Avtonəqliyyat" ASC-nin həmin vaxtkı müdiri Mehman Məmmədovla bağladığı müqavilə ilə 80 kv.m yeri icarəyə götürüb, orada çörək bişirmə sexi inşa etdirmişdir. Həmçinin bu barədə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən də razılıq sənədi almışdır. 1996-cı il tarixdə oradan əlavə olaraq 371 kv.m yararsız boş torpaq sahəsi bizə icarəyə verilmişdir. Orada tikdirdiyimiz sexin tam qanuni olması və bizə aid olmasını təsdiq edən konkret və mötəbər sənədlərimiz var. Həmin obyektin icarə haqqı, vergi pulu tam qanuni ödənilmişdir və bu haqda qəbzlər var.
1999-cu il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri vəzifəsinə təyin olunur. Hansı ki, onun ixtisası şərabçı idi. Bundan sonra o, bizə məxsus qanunu seximizin qarşısını, yan-yörəsini hasara aldırıb qanunsuz maneələr yaratdı, sökülməsini tələb etdi. Obyektdəki avadanlıqları yararsız hala saldı. Atam buna dözməyib 2007-ci il tarixdə dünyasını dəyişdi.
2016-cı il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin balansında olmayan həmin qanunu əmlakımızı tamamilə dağıdıb yerlə-yeksan etmişdir. Bu hərəkəti ilə Arif Əlyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkibin yaradan cinayət əməli törətmişdir. Biz bu cinayət hərəkətləri barədə bütün orqanlara şikayətlər etmişik, ancaq heç bir tədbirlər görülmür. Çünki Arif Əliyev cinayət yolu ilə əldə etdiyi puldan gələnlərin cibinə basır deyə, ona “gözün üstə qaşın var” deyən yoxdur.
Şikayətmi bildirir ki, Arif Əliyev onlardan başqa, Göyçayda çoxlu sayda vətəndaşın haqqına girib, onların səhmlərinə saxtakarlıqla yiyələnibir: “Arif Əliyevin qanunsuz əməlləri nəticəsində tək mənim atam yox, bir neçə şəxs dözməyib dünyasını dəyişib.
Cənab Prezident! Hörmətli Mehriban xanım! Cənab Mədət Quliyev! Cənab Zakir Qaralov! Xahiş edirəm, göstərdiyim faktları yerində mənim iştirakımla yoxlatdırıb, ciddi tədbirlər görəsiniz.
Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin cinayətləri barədə çəkilmiş videonu sizə təqdim edirəm. Xahiş edirəm Arif Əliyevin cinayət əməllərindən əziyyət çəkən Göyçaylıların video-çıxışlarına baxın, görün nələri danışırlar”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.