İtkin düşən rus jurnalist tapıldı: Zorla Rusiyaya qaytarılacaq
30-08-2017 18:11

Rusiya Xarici İşlər Naziliyi bu gün Kiyevdə oğurlanan rusiyalı jurnalist, “Birinci kanal”ın müxbiri Anna Kurbatova ilə bağlı məqamları araşdırır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bldirib.
Qeyd edək ki, Rusiyanın “Birinci kanal”ının müxbiri A.Kurbatova bu gün Kiyevdə yoxa çıxıb.
Az öncə məsələyə Ukrayna Təhlükəsizlik Xidməti də münasibət bildirib. Dövlət qurumu A.Kurbatovanın zorla Rusiyaya qaytarılacağını açıqlayıb. Xidmətin açıqlamasında A.Kurbatova “rusiyalı propoqandist” kimi təqdim olunub./teleqraf.com