Axtarış

The search found 105779 results in 0.015 seconds.

Search results

  1. Kreml Trampın vəkili tərəfindən müraciət edildiyini təsdiq edib

    Kreml çərşənbə günü prezident Donald Trampın şəxsi vəkilindən 2016-cı il seçki kampaniyası dövrü Rusiyada biznes layihəsi ilə bağlı müraciət alındığını təsdiq edib.
     

    Muxalifet - 30-08-2017

  2. Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib

    Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.
     
    Oxu.az xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
    S.Sarkisyanı Xocalı hava limanında Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan qarşılayıb.
    Qeyd edilir ki, Sarkisyan Qarabağda qondarma rejimin qanunsuz “müstəqillik bayramı” ilə bağlı keçiriləcək tədbirə qatılacaq.

    Muxalifet - 30-08-2017

  3. Erməni girovluğunda olan Dilqəmin səhhəti ağırlaşdı — İSVEÇRƏDƏN HƏKİM GƏTİRİLDİ

    Erməni girovluğunda olan, qondarma rejimin qurduğu qondarma "məhkəmə" ilə ömrlük həbs edilən Dilqəm əsgərovun səhhəti ağırlaşıb.
     
    Bu haqda "Qoroskop" qəzetinin baş redaktoru, Əsgərovun dostu Səbuhi Rəhimli məlumat verib. O deyib ki, Dilqəmin səhhəti o qədər ağırlaşıb ki, separatçılar İsveçrədən onu müayinə etmək üçün həkim gətiriblər.
    Məsələ ilə bağlı Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəsindən xəbər almaq cəhdlərimiz boşa çıxdı. İş saatı bitdiyi üçün, zənglərimizə nümayəndəlikdən cavab verilmədi.

    Muxalifet - 30-08-2017

  4. Qəbələdə meşə zolağında yanğın söndürülüb

    Qəbələdə meşə zolağında yanğın söndürülüb.
     
    Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, avqustun 28-də Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar saat 17:00-da söndürülüb. Yanğınlar nəticəsində 3 ha ərazidə quru ağaclar və kol-kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunub.

    Muxalifet - 30-08-2017

  5. İzzət Bağırov şadlıq sarayında dava saldı

    Hadisə zamanı 2 nəfər xəsarət alıb
     
    Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.
    Hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.

    Muxalifet - 31-08-2017

  6. Bakıda avtomobil 62 yaşlı kişini vurub

    Hadisəni törətmiş sürücü saxlanılıb
     
    Bakıda ahıl kişini avtomobil vurub.
    Hadisə Sabunçu rayonunda qeydə alınıb.
    Belə ki, "Aeroport yolu" kimi tanınan ərazidə, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1955-ci il təvəllüdlü Quliyev Paşa Hidayət oğlunu 90-RX-574 dövlət qeydiyyat nişanlı, "Daewoo" markalı minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlər P. Quliyevin vəziyyətini ağır kimi qiymətləndirir.

    Muxalifet - 31-08-2017

  7. Amerikalıların cəmi 16 faizi Trampın fəaliyyətindən razıdır - "The Washington Post"

    Hər 10 amerikalıdan 6-ı Trampın fəaliyyətindən narazıdır
     
    ABŞ-ın "Pew Research" araşdırma mərkəzinin yeni sorğusunun nəticələrinə əsasən, amerikalıların yalnız 16 faizi Donald Trampın prezident postunda fəaliyyətindən razıdır.
    Bu barədə "The Washington Post" qəzeti yazıb.
    Araşdırmanın nəticələrinə görə, hər 10 amerikalıdan 6-ı (58 faiz) Trampın fəaliyyətindən narazı olduqlarını bildirib. Respondentlərin 25 faizi bununla bağlı suala cavab verməkdə çətinlik çəkib.

    Muxalifet - 31-08-2017

  8. ​ Qubadlı rayonunun işğalından 24 il ötür

    Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb
     
    Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 24 il ötür.
    Sahəsi 80250 hektar olan rayon 1993-cü ilin avqustun 31-də erməni işğalçıları tərəfindən zəbt olunub.
    Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

    Muxalifet - 31-08-2017

  9. 56 yaşlı kişi bıçaqlanıb - ŞİRVANDA

    Şirvan sakini bıçaqlanıb.
     
    Şəhər sakini 1961-cı il təvəllüdlü Zeynalov Nizami Yusif oğlu çoxsaylı bıçaq yaraları ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
     N.Zeynalovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 31-08-2017

  10. Hərbi bazadan 1 milyon dollarlıq silah-sursat oğurlandı

    ABŞ-ın Kentukki ştatında “Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb.
     
    “AP” agentliyinin verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi “qara bazarda”, qalanı isə “eBay” vasitəsi ilə satılıb.
     Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.

    Muxalifet - 31-08-2017

  11. Tramp Şimali Koreya ilə bağlı hərb variantını istisna etmir - AĞ EV

    ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı məsələsinin həlli istiqamətində hərbi variantı istisna etmir.
     
    TASS agentliyinin verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
    “Prezident müxtəlif variantları nəzərdən keçirir. Eyni zamanda o açıq-aydın deyib ki, hərbi variant mümkündür. Şimali Koreyaya qarşı sərt sanksiyalar tətbiq edilib, ABŞ Pxenyanın nüvə proqramı ilə bağlı ciddi tədbirlər görməkdə davam edir.”, deyə S.Sanders bildirib.

    Muxalifet - 31-08-2017

  12. ​ Türkiyə XİN Ərdoğanın mühafizəçilərinə görə ABŞ-a etiraz edib

    Türkiyənin xarici işlər nazirliyi  ABŞ-da prezident Ərdoğanın mühafizəçilərinə qarşı cinayət işinin açılmasına görə rəsmi Vaşinqtona etirazını bildirib.
     
     “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.

    Muxalifet - 31-08-2017

  13. Avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib

    Tormoz və sükan idarə mexanizmlərində  nasazlıqlar aşkar edilən avtomobillər nasazlıqlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatından keçiriləcək
     
    Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib.
     Nazirlər Kabineti bununla bağlı “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edib.

    Muxalifet - 31-08-2017

  14. Siyəzəndə iki yük avtomobili toqquşub: Ölən var

    Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
     

    Muxalifet - 31-08-2017

  15. Borcdan işığı kəsilən Astara sakinini “tok” vurdu - Video

    Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb.
     
    ARB TV xəbər verir ki, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektriyin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

    Muxalifet - 31-08-2017

  16. "Qarabağ kolleksiyası" Berlində

    "Qarabağ kolleksiyası" Berlində və Londonda uğurlu təqdimatdan sonra Belçikanın Antverpen şəhərində də nümayiş etdiriləcək.
     
    Fransa bürosunun məlumatına görə, “Qarabağ kolleksiyası” oktyabrın 25-də Antverpendə nümayiş olunacaq.
    Bu geyimlər Berlində yaşayan 25 yaşlı gənc dizayner Leoni Mergen tərəfindən hazırlanıb. Kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanaraq ərsəyə gətirilib.

    Muxalifet - 31-08-2017

  17. 13 yaşlı gənc ölümcül döyüldü - BİLƏSUVARDA

    Biləsuvar şəhərində 13 yaşlı yeniyetmə döyülüb.
     
    Hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.
    Belə ki, 2004-cü il təvəllüdlü Poladzadə Ədhəm Fuad oğlu bir qrup şəxs tərəfindən küçədə döyülüb. Azyaşlı müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
    Hələlik hadisənin səbəbləri məlum deyil.
    Faktla bağlı araşdırma aparılır. (report)

    Muxalifet - 31-08-2017

  18. ABŞ-ın Qarabağ şərti: Tramp Bakını seçdi - KUZNETSOV

    ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin dəyişməsi həmin postu tərk edən Riçard Hoqlandın ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri barədə ətraflı çıxışı ilə müşahidə olundu. Riçard Hoqland Dağlıq Qarabağ ətrafında bütün işğal edilmiş rayonların (müvəqqəti status əldə etmiş) Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və həmin ərazilərdə Azərbaycanın suverenliyinin bərqarar edilməsinin vacibliyini bəyan etdi.

    Muxalifet - 31-08-2017

  19. Xəzər Əliyev Beyrutda qəzada ölüb - YARDIMA EHTİYAC VAR - FOTO

    Beyrutda avtomobil qəzasında dünyasını dəyişən idmançımızın 3 gündür ki, meyiti orada qalıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı idmançının dostları yayıb.
    Onların sözlərinə görə, MMA növü ilə məşğul olan idmançımız Xəzər Əliyev Livanın Beyrut şəhərində ağır qəzaya düşüb və dünyasını dəyişib. Hazırda Beyrut şəhər morqunda saxlanılan nəşin ölkəyə gətirilməsi isə problemə çevrilib.
    İdmançının dostları bildirib ki, xəstəxanadan 12.000 dollar əməliyyat üçün, 7-8 min dollar isə meyitin ölkəsinə göndərilməsi üçün pul tələb edirlər.

    Muxalifet - 31-08-2017

  20. İzzət Bağırov restorandakı davadan danışdı - YENİLƏNİB

    Xəbər verildiyi kimi, Bakıdakı şadlıq evlərindən birində müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.
     
    Axşam.az-a açıqlama verən sənətçi məsələyə aydınlıq gətirib. O bildirib ki, bu hadisə ilə heç bir əlaqəsi yoxdur:

    Muxalifet - 31-08-2017

Pages