İran generalını Moskvaya göndərdi
30-08-2017 09:55

İranın Müdafiə nazirinin müavini, briqada generalı Nəsrullah Kələntəri Moskvaya səfər edib.
Rusiya Müdafiə Nazirliyi Kələntərinin Moskvada Rusiya Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Fominlə görüşdüyünü bildirib.
Görüş zamanı əsas müzakirə mövzusu Yaxın Şərq məsələsi olub.