Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salındı

Hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.
Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü, əvvəlcədən məlumat verildiyi kimi, sentyabrın 5-6-da keçiriləcək.