Qubada meşədə itkin düşən 5 yaşlı oğlan tapıldı - FOTO

Quba rayonunda meşədə itkin düşən 5 yaşlı uşaq tapılıb.
Avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılaraq Quba rayon Polis Şöbəsinə gətirilib.
Azyaşlının vəziyyəti normaldır.

***
Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlan axtarılır.
 
FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub.
Hələlik axtarış işləri nəticə verməyib.